“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

Onlarla sahibkarın fəaliyyəti dayandı: “Nə kompensasiya var, nə də alternativ yer”

Tarix 28.07.26, 15:53

Font ölçüsü : - / +
bitmap-img6


Paytaxtın Nərimanov rayonu, Təbriz küçəsi 95 ünvanında fəaliyyət göstərən onlarla sahibkar obyektlərinin gələcək taleyi ilə bağlı narahat olduqlarını bildirirlər.

AzFakt.com xəbər verir ki, onların sözlərinə görə, təxminən iki ay əvvəl ərazidə dövlət layihəsinin həyata keçiriləcəyi bildirilib və obyektləri boşaltmaları tələb olunub. Bundan sonra ticarət fəaliyyəti dayandırılıb, ərazi hasarlanıb, elektrik, su və qaz təchizatı kəsilib.

Sahibkar Qabil Qasımov bildirib ki, obyektin rəsmi çıxarışı var və burada 2010-2011-ci illərdən fəaliyyət göstərirlər. Onun sözlərinə görə, mülkiyyətçilərlə əvvəlcədən razılaşma aparılmadan obyektlərin boşaldılması nəticəsində sahibkarlar həm fəaliyyət imkanını, həm də obyektlərə yatırdıqları vəsaiti itiriblər.

Sahibkarlar məsələ ilə bağlı Bakı Şəhər və Nərimanov Rayon İcra Hakimiyyətlərinə müraciət etdiklərini, lakin onlara yalnız layihə ilə bağlı gözləmələrinin bildirildiyini deyirlər. Onların sözlərinə görə, kompensasiya, alternativ yer və ya obyektlərin gələcək taleyi barədə hələlik rəsmi məlumat verilməyib.(milli.az)



Xəbərin oxunma sayı : 178




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap