“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

“Facebook”da sosial və siyasi məzmunlu paylaşımlara ən çox kim pul xərcləyib? – Siyahı

Tarix 28.07.26, 15:21

Font ölçüsü : - / +
bitmap-img6


Son 3 ay ərzində “Facebook” sosial şəbəkəsinin Azərbaycan seqmentində sosial və siyasi məzmunlu paylaşımlar üçün ən çox pul xərcləyən “Ali Karimli (Əli Kərimli)” adlı istifadəçi olub.

Yeniavaz.com xəbər verir ki, “Ali Karimli (Əli Kərimli)” bu ilin 27 aprel – 25 iyul tarixləri aralığında paylaşdığı sosial və siyasi məzmunlu 109 postun daha çox istifadəçi tərəfindən görülməsi üçün 811 dollar xərcləyib (bir post üçün orta hesabla 7,4 dollar).

İkinci sırada “Vahid Mustafa Yev” adlı istifadəçi dayanır. Son 90 gündə “Vahid Mustafa Yev” 21 post üçün 265 dollar xərcləyib. Üçüncü sırada yer alan “Rahman Hajiyev” adlı istifadəçi 7 post üçün “Facebook”a 111 dollar ödəniş edib.

Sosial və siyasi məzmunlu paylaşımlar üçün ödəniş edən digər istifadəçilərin ödədiyi vəsait 100 dollardan az olub.

Son 3 ayda “Facebook”un Azərbaycan seqmentində sosial və siyasi məzmunlu paylaşımlar üçün ən çox pul xərcləyən 10 istifadəçi aşağıdakı kimi olub:
“Ali Karimli (Əli Kərimli)”  – 811 dollar (109 post üçün);
“Vahid Mustafa Yev”  – 265 dollar (21 post);
“Rahman Hajiyev” – 111 dollar (7 post);
“Əlibala Məhərrəmzadə” – ≤ 100 dollar (2 post);
“Gülnarə Rahimova” – ≤ 100 dollar (16 post);
“Ramil Huseynov” – ≤ 100 dollar (16 post);
“Azer Amiraslanov” – ≤ 100 dollar (2 post);
“Ulvi Mehdiyev” – ≤ 100 dollar (1 post);
“Saadet Cahangir” – ≤ 100 dollar (36 post);
“Farac Quliyev” – ≤ 100 dollar (2 post).

Məlumat üçün onu da bildirək ki, siyahıda yer alanlar sosial şəbəkədə şəxs adları ilə qeydə alınan istifadəçiləri əhatə edir.  Şəxs adları ilə qeydə alınmayan istifadəçilər (səhifələr) sosial və siyasi məzmunlu paylaşımlar üçün daha çox pul xərcləyiblər. Son 3 ay ərzində “Facebook” sosial şəbəkəsinin Azərbaycan seqmentində sosial və siyasi məzmunlu paylaşımlar üçün ən çox pul xərcləyən səhifə “Qarabağ Dirçəliş Fondu” olub. Sözügedən müddət ərzində bu səhifədə 62 post üçün 1 380 dollar xərclənib.



Xəbərin oxunma sayı : 607




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap