“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

Kiberpolis xarici saytlara hücumlar təşkil edən şəxsləri saxlayıb - VİDEO

Tarix 07.08.26, 19:00

Font ölçüsü : - / +
bitmap-img6


Daxili İşlər Nazirliyi Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin (KMBİ) əməkdaşları tərəfindən keçirilən növbəti əməliyyat-texniki tədbirlər nəticəsində müxtəlif xarici ölkələrin informasiya sistemlərinə kiberhücumlar təşkil etməkdə şübhəli bilinən 23 yaşlı Ramil Feyziyev və 22 yaşlı Elçin Abdullazadə saxlanılıblar.

DİN-in Mətbuat xidmətindən verilən xəbərə görə, araşdırmalarla müəyyən olunub ki, saxlanılan şəxslər xarici dövlətlərə məxsus çoxsaylı veb-saytların serverlərinə müdaxilələr edərək onların idarəetmə panellərinə icazəsiz giriş əldə ediblər. Daha sonra məxfi məlumatları ələ keçirən bu şəxslər internet resurslarının əsas səhifələrində dəyişikliklər edib, özlərinə məxsus proqram təminatı yerləşdirərək nəzarətə götürüblər. Bununla da onlar ələ keçirdikləri internet resurslarının idarəetmə panellərinin satışını təşkil ediblər.

Araşdırma zamanı müəyyən edilib ki, R.Feyziyev ümumilikdə 2300, E.Abdullazadə isə 179 xarici veb-sayta qanunsuz müdaxilə edərək həmin internet resurslarını ələ keçiriblər.

Faktla bağlı Baş İdarədə Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, kiberpolis tərəfindən müxtəlif ölkələrin hüquq-mühafizə orqanları ilə qarşılıqlı əməkdaşlıq çərçivəsində əməliyyat-istintaq tədbirləri davam etdirilir.

"Bir daha vətəndaşların diqqətinə çatdırırıq ki, informasiya sistemlərinə qanunsuz müdaxilə etmək, onları ələ keçirmək və ya satışını həyata keçirmək cinayət əməlidir. Bu kimi qanunsuz hərəkətlərə yol verən şəxslər həm yerli, həm də beynəlxalq qanunvericiliyin tələblərinə uyğun olaraq hüquqi məsuliyyət daşıyırlar. Rəqəmsal mühitdə anonim qalacaqlarını düşünən şəxslər müasir istintaq və kiberkriminalistik imkanlar sayəsində müəyyən edilərək qanun qarşısında cavab verməyə məcbur olurlar. Unutmaq olmaz ki, yüksək texniki bilik və bacarıqlar yalnız qanuni məqsədlərə, cəmiyyətin, dövlətin və informasiya təhlükəsizliyinin qorunmasına xidmət etməlidir", DİN-dən bildirilib.





Xəbərin oxunma sayı : 238




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap