“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

Kartdan-karta ianə köçürmələri dayandırılır? - Açıqlama

Tarix 14.08.26, 18:02

Font ölçüsü : - / +
bitmap-img6


Avqustun 1-dən etibarən kartdan-karta köçürmələrə tətbiq olunan yeni məhdudiyyətlər şəxsi bank kartları vasitəsilə həyata keçirilən yardım kampaniyalarının gələcəyi ilə bağlı suallar yaradıb. Belə ki, indiyədək müalicə xərcləri, təhsil və digər sosial ehtiyacların qarşılanması üçün vətəndaşlar əsasən şəxsi kart hesablarını paylaşaraq çoxsaylı şəxslərdən ianə toplayıblar.

Yeni qaydaların tətbiqi fonunda belə kampaniyaların hansı mexanizmlə davam etdiriləcəyi və sosial məqsədli köçürmələrin məhdudiyyətlərdən necə qorunacağı məsələsi aktuallaşıb. Digər tərəfdən, Prezident İlham Əliyev tərəfindən təsdiqlənən “Kraudfandinq haqqında” Qanun vəsaitlərin xüsusi platformalar üzərindən daha sistemli və şəffaf şəkildə toplanması üçün yeni imkanlar yaradır. Bu baxımdan, yeni mexanizmin ənənəvi kartdan-karta yardım kampaniyalarını nə dərəcədə əvəz edə biləcəyi və vətəndaşlar üçün praktik tətbiqinin necə təşkil olunacağı diqqət çəkir. 

Valyuta.az xəbər verir ki, mövzu ilə bağlı Modern.az-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov qeyd edib ki, kartdan-karta köçürmələrə tətbiq olunan yeni qaydalar əslində əvvəllər ayrı-ayrı banklar tərəfindən tətbiq edilən məhdudiyyətlərin vahid şəkildə ümumiləşdirilməsidir.

Onun sözlərinə görə, yeni qaydalar bütün əməliyyatlara deyil, yalnız riskli hesab olunan köçürmələrə şamil edilir.

“Əvvəllər də banklar tərəfindən müəyyən məhdudiyyətlər və qaydalar tətbiq olunurdu. Yeni qaydalar isə əsasən riskli qrup və ya riskli əməliyyat hesab olunan köçürmələrə aid ediləcək”.

Deputat qeyd edib ki, yardım və sosial kampaniyalar bu kateqoriyaya daxil deyil:

“İstər yardım kampaniyaları, istərsə də digər sosial kampaniyalar kartdan-karta əməliyyatlarla bağlı riskli əməliyyatlar hesab olunmur. Riskli əməliyyat sayılmadıqları üçün banka əvvəlcədən məlumat verməklə həmin kampaniyaları hər hansı məhdudiyyət olmadan həyata keçirmək mümkün olacaq. Bu baxımdan, xüsusilə təhsil, sosial və səhiyyə sahələri üzrə təşkil olunan kampaniyaların keçirilməsində hər hansı maneənin yaranacağı gözlənilmir”.

V.Bayramov vurğulayıb ki, bu kampaniyalarla bağlı əsas tələb bankın məlumatlandırılması ola bilər:

“Qeyd etdiyimiz kimi, həmin kampaniyalar riskli hesab edilmir. Buna görə də banklar tərəfindən onlara məhdudiyyət tətbiq olunacağı gözlənilmir. Sadəcə, bununla bağlı banka məlumat verilməsi tələb oluna bilər”.

Deputat bildirib ki, kartdan-karta köçürmələrə tətbiq olunan yeni qaydalar “Kraudfandinq haqqında” qanunla ziddiyyət təşkil etmir:

""Kraudfandinq haqqında" qanunda xüsusi platformaların yaradılması nəzərdə tutulur. Bu platformalar vasitəsilə startaplar və sahibkarlar maliyyə cəlb edə, onlayn səhmlərin yerləşdirilməsini, həmçinin bəzi hallarda yardım və ianələrin toplanmasını həyata keçirə biləcəklər.

Kraudfandinq platformaları Mərkəzi Bankın reyestrində qeydiyyata alınacaq. Rəsmi qeydiyyatdan keçdikləri, rəsmi fəaliyyət göstərdikləri və bank hesablarına malik olduqları üçün həmin platformalar üzərindən aparılan əməliyyatlara hər hansı məhdudiyyət tətbiq olunması nəzərdə tutulmur.

Bu əməliyyatlar kartdan-karta köçürmələrdən kənar həyata keçirilən transferlərdir. Ona görə də kartdan-karta əməliyyatlarına tətbiq edilən qaydalar heç bir halda "Kraudfandinq haqqında" qanunla ziddiyyət təşkil etmir", - deyə V.Bayramov əlavə edib.



Xəbərin oxunma sayı : 364




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap