| |
|
Məmurların adından “təcili” pul istəyirlər - DTX araşdırma aparır
Sabiq sədr Almaniyada tikinti biznesinə başlayıb - Şərikli bina tikir + FOTO
Məmməd Musayevlə əlbir olub 100 milyonu “yeyiblər” - Vəzifəli şəxslər həbs edildi
“Qardaşımla birgə 16 milyon vermişik” - Tale Heydərovun ifadəsi oxundu
Deputat Cavanşir Feyziyev Londonda milyonluq mülklər alıb - SİYAHI
Saleh Məmmədov 1 ilə 176 milyon manat artıq vəsait xərcləyib - RƏSMİ
Leysan Məmmədovun fəaliyyəti araşdırılacaq….- Milyonlar necə xərclənir?
“Azəraqrar”ın əsl rəhbəri kimdir? - Nazirin sabiq komandirinin maaşı 7 dəfə artırılıb?
Bizim iradəmizə qarşı çıxanın başı əziləcək - Azərbaycan Prezidenti
Maliyyə Nazirliyi AAYDA yoxlama aparır - Ciddi yeyintilər aşkarlanıb
Vensin Azərbaycana səfəri: Zəngəzur dəhlizinin müzakirələri yeni mərhələdə
Sovet təhsil elitası və cavabsız qalan suallar:Rektor 6 il sonra universitetə necə daxil olub?
Binəqədi rayonunda neft buruqları ərazisində daha bir qanunsuz tikinti - FOTO/VİDEO
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması - Kompromat savaşı yenidən başlayıb
Pensiyaların verilmə tarixi dəyişir? - 10 GÜN FƏRQ…
Tarix 16.08.26, 12:34 |
|
Maaş və pensiya vəsaitlərinin vətəndaşın seçdiyi istənilən bank hesabına yönəldilməsi Azərbaycanda bank xidmətləri bazarında rəqabəti artıra bilər. Vətəndaş bankını sərbəst seçdikdə banklar müştərini saxlamaq üçün komissiyaları azaltmağa, rəqəmsal xidmətləri yaxşılaşdırmağa, kredit və digər maliyyə məhsullarını daha əlverişli şərtlərlə təqdim etməyə çalışacaqlar. Lakin bank seçmək azadlığı vacib olsa da, daha fundamental problem qalır: vətəndaş pensiyasını nə vaxt alacaq?
Bu gün pensiyaların ödənilməsi vahid tarixdə həyata keçirilmir. Bakı, Sumqayıt və Abşeronda ödənişlər adətən ayın 12-14-də, regionlarda isə ayın 19-22-də başa çatır. Halbuki pensiyaçının xərcləri ayın 12-də və ya 22-də başlamır. Ərzaq, dərman, kommunal xidmətlər, kirayə, mənzil xərcləri və kredit ödənişləri ayın ilk günündən başlayır. Belə olan halda haqlı sual yaranır: pensiyaçı ayın ilk iki-üç həftəsində gündəlik ehtiyaclarını hansı vəsait hesabına qarşılamalıdır?
Məsələ xüsusilə aşağı gəlirli pensiyaçılar üçün ağırdır. 2026-cı ilin ilk yarısında pensiya ödənişlərinə 3 milyard 916 milyon manat yönəldilib, iyulun 1-nə orta aylıq pensiya 594 manat, yaşa görə orta pensiya isə 632 manat olub. Belə böyük həcmli vəsaitin vətəndaşın hesabına nə vaxt çatması yalnız texniki məsələ deyil, sosial və maliyyə əhəmiyyətli məsələdir.
Burada başqa bir sual da ortaya çıxır: əgər pensiya ödənişlərinin maliyyələşdirilməsi üçün vəsait vaxtında dövlət büdcəsində nəzərdə tutulubsa, xəzinədarlıq və ödəniş mexanizmində gecikməyə nə ehtiyac var? Son aylarda enerji bazarında neft və qaz qiymətlərinin yüksək olması fonunda dövlətin pensiya ödənişlərini həyata keçirmək üçün vəsait çatışmazlığı yaşaması məntiqli görünmür. Əgər problem maliyyə çatışmazlığı deyil, inzibati və ya texniki mexanizmlə bağlıdırsa, bunun səbəbi ictimaiyyətə izah edilməlidir.
Başqa sözlə, pensiyaçı öz halal və qanuni gəlirini almaq üçün niyə ayın 15-20 gününü gözləməli, bu müddətdə borc axtarmalı və ya kredit götürməli, bir növ "dilənçilik" vəziyyətinə düşməlidir? Pensiya sosial təminatdırsa, onun vaxtında ödənilməsi də həmin təminatın ayrılmaz hissəsi olmalıdır.
Digər mühüm məsələ isə vəsaitin bank sistemində hərəkətidir. Əgər, məsələn, 650 milyon manat 12 gün ərzində illik 10 faiz gəlirlə yerləşdirilsəydi, nəzəri olaraq təxminən 2,14 milyon manat faiz gəliri yarana bilər. Bunun üçün vəsaitin hansı hesabda saxlanıldığı, bankların sərəncamında olub-olmadığı və həmin müddətdə gəlir yaradıb-yaratmadığı açıqlanmalıdır.
Əgər vəsait bankların sərəncamında deyilsə, gecikməni bankların qazancı ilə əlaqələndirmək düzgün olmaz. Əgər sərəncamındadırsa, bu zaman həmin vəsaitin niyə pensiyaçının hesabına daha tez köçürülmədiyi və bu müddətdə əldə edilən gəlirin kimə məxsus olduğu sualı yaranır.
Problem bununla da bitmir. Pensiyasını gözləyən vətəndaş həmin dövrdə kredit kartına, istehlak kreditinə və digər borclanma vasitələrinə müraciət edə bilər. Əgər banklar məhz pensiya ödənişlərinin gözlənildiyi günlərdə yaşlı əhali üçün kredit reklamlarını intensivləşdirirlərsə, bunun sosial tərəfi ayrıca araşdırılmalıdır. Vətəndaşın öz pulu hesabına çıxışı gecikir, eyni zamanda ona həmin gəlir əsasında borc təklif olunur. Bu, bank üçün kommersiya fəaliyyəti olsa da, sosial baxımdan ciddi sual doğurur.
Müasir ödəniş sistemlərinin real vaxt rejimində işlədiyi bir şəraitdə pensiyaların niyə regionlar üzrə 7-10 günlük fərqlə ödənildiyi də izah olunmalıdır. Əlbəttə, burada texniki və təşkilati səbəblər ola bilər. Amma rəqəmsallaşma imkanları genişləndikcə bu mexanizmin də təkmilləşdirilməsi mümkündür.
Bu baxımdan maaş və pensiya alan şəxslərə bank seçimi azadlığının verilməsi çox müsbət addım olardı. Vətəndaş istədiyi banka keçə bilməli, banklar isə "hazır müştəri"yə deyil, xidmət keyfiyyətinə görə rəqabət aparmalıdırlar. Lakin bu, problemin yalnız bir tərəfidir. İkinci və daha vacib məsələ pensiyanın vaxtında ödənilməsidir.
Optimal model ondan ibarət ola bilər ki, dövlət pensiya vəsaitini müəyyən edilmiş vahid tarixdə (ayın ilk 3 günündə) bank sisteminə çatdırsın və vətəndaş əvvəlcədən seçdiyi bank hesabında həmin vəsaitə dərhal çıxış əldə etsin. Belə olduqda həm banklar arasında rəqabət artar, həm də pensiyaçının öz pulunu həftələrlə gözləməsi problemi aradan qalxar.
Əsas məsələ şəffaflıqdır: pensiya vəsaiti nə vaxt ayrılır, xəzinədarlıqdan nə vaxt çıxır, hansı hesabda saxlanılır, banklara nə vaxt çatır və nə üçün vətəndaşın hesabına daha əvvəl köçürülmür? Bu suallara açıq cavab verilməlidir.
Pensiyaçı dövlətin və bankın müştərisi deyil, öz pulunun sahibidir. Buna görə də əsas prinsip sadə olmalıdır: vətəndaş həm bankını sərbəst seçməli, həm də öz pensiyasına vaxtında çıxış əldə etməlidir. Heç bir pensiyaçı ayın ilk 15-20 gününü ərzaq, kommunal xərc və dərman üçün borc axtararaq keçirməməlidir.
Xəbərin oxunma sayı : 448
Sosial
Xəbərlər
-
“Tərəflər hələlik əhəmiyyətli irəliləyiş əldə etməyiblər” – “Axios” DÜNYA 16 avq 2026, 18:01
-
Yağış yağacaq, külək əsəcək – Sabahın havası
-
Pensiyaların verilmə tarixi dəyişir? - 10 GÜN FƏRQ…
-
Daş karxanasında bədbəxt hadisə - 65 yaşlı kişi öldü
-
Türkiyədə təriqət lideri həbs edildi - Nədə ittiham olunur?
-
Maxaçev həm titulunu qorudu, həm rekord vurdu
-
Evlilik təklifi alanda yalnız bir şey istədim - Məlahət Abbasova
-
“Deputat dedi ki, o işlərə baxan çox həyasızdır” - VİDEO
-
Yağış, şimşək, duman... - Faktiki hava açıqlandı
-
Arıqlamaq üçün edilən bu üsul risklidir - Professor xəbərdarlıq etdi
-
Sakinləri ziyana salan hadisə: “Zülmlə almışdıq, bizim günahımız nədir?!“ – VİDEO
-
CENTCOM Yaxın Şərq xəritəsini dəyişib - FOTO
-
Paytaxtda bazarlar sıxışdırılır: Fermerlə alıcının arasına kim girir?
-
Adınıza xəbəriniz olmadan kredit götürə bilərlər - Ekspert xəbərdarlıq etdi
-
İtkin düşən üç iranlı pilot tapıldı - Qətər əsir götürübmüş
-
Tiktok-da xəstəyə yığdığı yardımı özünə götürdü - Tutuldu
-
Polis Bakıda əməliyyat keçirdi: Saxlanılan var (VİDEO)
-
Həbs qərarını eşidib məhkəmə zalından qaçdı - Hələ də tapılmır
-
“Bunu bir sınaq dövrü kimi qəbul edirik“ - Metropoliten rəsmisi
-
Azərbaycanlı müğənni döyüldü - 20 Yanvar dairəsində
-
“The Guardian“ dəhşətli həqiqəti açdı: Rusiya ordusunda kütləvi canlı qüvvə qıtlığı başladı
-
Əhalinin banklara olan kredit borcu 10 milyard manata çatır – Siyahı
-
ABŞ NATO müttəfiqlərinin İran müharibəsindəki davranışını unutmayacaq - Tramp
-
Klublarımızın yay planları: Kim gəlir, kim gedir?
-
Məktəbli formaları: Qiymət və keyfiyyəti necədir?
-
“Amay”da öldürülən şəxs iş adamı imiş - FOTOLAR
-
“Trampın prioriteti Ukraynaya silah göndərmək deyil“ - Ağ Evdən açıqlama
-
Uşaqlara alimenti qadın ödəyəcək - Başqasına qoşulub qaçıb
-
Milyarderlər ikinci və üçüncü pasport dalınca düşüb – gizli səbəblər açıqlandı
-
Abdullah Zubir Azərbaycanı tərk edib - “Əl-Şahaniya” klubunda oynayacaq
-
Emin Ağalarov “Sea Breeze”dəki hadisə ilə bağlı - Açıqlama yaydı
-
İşçilərə ən yüksək maaşı hansı sahələrdə təklif edirlər? - Median maaş 750 manatdır
-
ABŞ Kubaya qarşı hərbi ssenaridən imtina edib - “Bloomberg“
-
Elektrik naqili qollarına dolandı - Cərəyan vurub öldürdü
-
“Hörmüzü bir tvitlə işğal edə bilməzsiniz” - İran Trampı lağa qoydu
-
Bakıda külək əsəcək, rayonlarda leysan olacaq - Proqnoz
-
Xaçmazda bir gündə iki faciə - Ataları öz övladını bıçaqladılar
-
Netanyahunun bu açıqlaması qalmaqal yaratdı - Britaniyadan etiraz
-
Elektrikli avtomobilini evdə şarj edənlər diqqət: Artıq pul ödəyə bilərsiniz
-
Azərbaycanda 13 yaşlı qız hamilə qaldı - Atasının 45 yaşlı dostu həbs edildi
-
Hamıya eyni vaxtda bildiriş gələcək - TƏHLÜKƏ VAR
-
Bitki yağlarında aşkarlanan təhlükəli maddə - Zərərləri nələrdir?
-
Mağazanın tavanı uçdu, qadın xəsarət aldı - VİDEO
-
Azərbaycanda dağıdıcı zəlzələ gözlənilirmi? - AÇIQLAMA
-
Seçkiyə görə barışdılar - 100 milyon xərcləyəcək
-
Ekspres avtobuslar harada dayanır? - MƏKANLAR
-
Nazirlikdən çimərliklərə gedən vətəndaşlara XƏBƏRDARLIQ
-
“Tezliklə Hörmüzü ABŞ ərazisi elan edəcəm“ - Donald Tramp
-
Metroya minənlərin nəzərinə! - Bu gündən xətlər ayrılır
-
Azərbaycanda neçə kişi həyat yoldaşının soyadını götürüb? - STATİSTİKA
-
İnstaqramda bu gün nələr paylaşıldı? - FOTOLAR
-
“Axmaqlar, onlar bunun necə bir iş olduğunu bilmirlər“ - Lukaşenko
-
Böyükşor gölü yaşıl rəngə boyandı - Analizlər aparılır+Foto
-
“Türkiyə Avropanın 6-cı iqtisadiyyatıdır” - Ərdoğan
-
“Sea Breeze”də ayağı su nasosunda qalan azyaşlı öldü - RƏSMİ
-
Bakıda məktəb sahibinə icarə haqqı niyə ödənilmir? - ŞİKAYƏT - VİDEO
-
Husilər Moha limanına raketlər - Dronlar və qayıqlarla hücum edib
-
Azərbaycanda ictimai nəqliyyatın ümumi vahid kartı yaradılır? - Açıqlama
-
Batma təhlükəsi ilə üzləşən 5 nəfər xilas edildi - 4-ü uşaqdır
-
“Pilot 16“ tikinti şirkəti vətəndaşın evinə ziyan vurub - VİDEO
-
Azərbaycanda zəlzələ - Şimal rayonlarında hiss olundu
-
Bu avtobuslar gecə saat 12-yə qədər işləyəcək - VİDEO
-
Kirayə müqaviləsi bağlamayanları gözləyən böyük risk - Açıqlama
-
Şam yeməyini nə vaxt yemək yaxşıdır? - Alimlər uyğun vaxtı açıqladı
-
Bu marşrutların hərəkətinə məhdudiyyət tətbiq edildi - SİYAHI
-
Vaşinqton və Kiyev arasında kəşfiyyat mübadiləsi - Əməkdaşlıq ən yüksək həddə çatıb...
-
Paşinyan II Qaregindən əl çəkmir - Məhkəmə işi icraata götürdü
-
Bakıda mənzil qiymətləri yenə artır: Ən bahalı rayonlar və rekord qiymətlər
-
Yekun tibbi müayinə kimlərə şamil olunur? - Nazirlikdən açıqlama
-
Ermənistandan Azərbaycana hansı məhsullar ixrac edilə bilər? - VİDEO
-
Türkiyə Aİ-yə qəbul edilməyəcəyini yaxşı bilir - Lavrov
-
“Dövlət satınalmalarında 294,3 milyon manat qənaət edilib“ - Sədr müavini
-
Kartdan-karta ianə köçürmələri dayandırılır? - Açıqlama
-
Təyyarələr Sakit okean üzərindən niyə uçmur? - Bir narahatedici səbəbi var
-
Son 15 ildə SOCAR-da işçilərin sayı 34,3 min nəfər azalıb - İllər üzrə rəqəmlər
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
-
ABŞ artıq İsrail kəşfiyyatına inanmır - “Trampla Netanyahu arasında çatlar yaranıb”
-
Heyvan kəsimi məntəqələrində hansı tələblərə əməl olunmalıdır? - VİDEO
-
Mərkəzi Asiya qaranlığa qərq oldu - 4 ölkədə işıqlar söndü
-
“Daha sərt olacağıq...” - Lavrov “qan-qan” deyir
-
Hansı bankın öhdəliyi daha çoxdur? - CƏDVƏL
-
Alıuşağı kəndinin girişində qarayaraya görə post yaradılıb - Fotolar
-
Tanıdığınız şəxsin adından gələn şübhəli mesajlara inanmayın - DİN
-
DSX-də generalların yeri dəyişdi - Müzəffər Pirizadə Elçin Quliyevin müavini oldu
-
Yeni dövlət rüsumları müəyyənləşdi - FƏRMAN
-
Azərbaycanda bir ilk - Qüsursuz İnklüziv Teatr fəaliyyətə başlayır
-
Marketlər bizi belə aldadır: Daha çox pul xərcləməyimiz üçün 7 gizli üsul
-
Naxçıvanın tarixində böyük dirçəliş və inkişaf mərhələsi başlayır
-
“Baku Electronics”dən onlayn alış-veriş etməyin - Müştəri şikayətçidir
-
Pakistan geosiyasi oyunlarda əsas əlaqələndirici ölkəyə çevrilməyə çalışır - Financial Times
-
Təcili tibbi yardım maşınında uşaq dünyaya gətirdi - Fotolar
-
Xameneidən şok qərarlar: SEPAH və orduda yeni komandirlər
-
Ermənistan ərazisində enerji dəhlizinin yaradılması TRIPP və bütün bölgə üçün müsbət nəticə verəcək
-
Mina partlayışlarından 363 nəfər xəsarət alıb - Baş Prokurorluq
-
Türkiyədə “Süleymançılar“a qarşı əməliyyat: 37 şübhəli saxlanıldı
-
Xüsusi qorunan torpaqlarda təsərrüfat fəaliyyətinə icazə - Qanun nə deyir?
-
Niyə davamlı yuxumuz gəlir - Bu yazını mütləq oxuyun
-
Sabahdan metroda dəyişiklik: “Nizami“ və “28 May“ arasında qatar olmayacaq
-
Kamran Əsədov məhkəmədə: “Onlara qarşı tədbir görün“
-
Milyardlarla dollar zərər, yüz minlər müflisləşmə həddində - “Wildberries“ çökür
-
Sığorta şirkətlərinin yığım və ödənişləri bir ildə necə dəyişib? - SİYAHI
-
Naxçıvanın yeni iqtisadi modelinin konturları
-
Hörmüzdən hər gün 8-9 milyon barel neft keçir - ABŞ energetika naziri
-
Bağlı qalan 10 cinayətin üstü açılıb - 130 nəfər saxlanılıb
-
Şimali Koreyadan xəbərdarlıq: “Nüvə müharibəsi həddinə yaxınlaşırıq”
-
IV qrupda ən çox dövlət sifarişli yer bu ixtisasa ayrıldı - SİYAHI
-
“Azeri Light“ yenidən ucuzlaşdı - Neçəyə satılır?
-
Tramp Türkiyədən niyə gizli çıxarılıb? - Yeni detallar
-
Borc bataqlığına düşməmək üçün qızıl qayda - Kredit götürənlərin diqqətinə!
-
Məşhur milyarderin qızına qarşı sərt ittiham – 20 illik həbs ala bilər
-
Tovuzda sel körpünü dağıtdı - Kəndin rayonla əlaqəsi kəsildi
-
Böyük Qayıdış davam edir - Ağdam şəhərinə daha 92 ailə ...
-
Naxçıvanın inkişafı daha sürətlənir
-
“Minalar məcburi köçkünlərin təhlükəsiz qayıdışını əngəlləyir“ - Azərbaycan XİN
-
Sumqayıt Tibb Mərkəzində qalmaqal - 13 əməkdaş qanunsuz olaraq işdən çıxarılıb
-
Bakının bu küçələrində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq - Siyahı
-
Konfrans Liqası:“Qarabağ“ “Dinamo“nu məğlub etdi, “pley-off“a çıxdı
-
Filippində plastik fəlakət - musson yağışı zibil selinə səbəb olub
-
Maşın almaq istəyənlərin NƏZƏRİNƏ: Bu xərcləri mütləq hesablayın
-
Bakının mərkəzində tualet DAVASI: saxlanılan var
TOP 10
ARXİV






