“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

Tale Heydərovun məktəbindən narazılıq: “Səs-küydən otura bilmirik“ (VİDEO)

Tarix 28.08.26, 9:31

Font ölçüsü : - / +
bitmap-img6


Avropa-Azərbaycan Məktəbinin havalandırma və soyutma sisteminin yaratdığı səs-küy ətrafda yaşayan sakinlərin narazılığına səbəb olub.

Bununla bağlı Baku TV-nin qaynar xəttinə müraciət daxil olub.

Badamdar qəsəbəsində yaşayan sakinlərin sözlərinə görə, gecə və səhər saatlarında fasiləsiz işləyən havalandırma sistemindən yüksək səslər gəlir. Onlar bildiriblər ki, problemlə bağlı üç ildir məktəb rəhbərliyinə və aidiyyəti qurumlara müraciət etsələr də, indiyədək hər hansı tədbir görülməyib.

"Səhərə qədər yatmaq mümkün deyil. Bu səsə görə yata bilmirik. Nə edək? Buradan köçək? Bu evi almışıq. Bu gecə səhərə qədər oğlum yata bilməyib", - sakinlərdən biri deyib.

Digər sakin isə uzun müddətdir bu problemdən əziyyət çəkdiyini bildirib:

"Altı ildir bu əziyyətlə yaşayırıq. Havalandırma sisteminin səsindən dəfələrlə məktəbə şikayət etmişik. Lakin problem həll olunmayıb".

Qaynarinfo qeyd edir ki, Avropa Azərbaycan Məktəbi fövqəladə hallar naziri Kəmaləddin Heydərovun oğlu Tale Heydərovun qurucusu olduğu Avropa Azərbaycan Cəmiyyəti (TEAS) tərəfindən 2011-ci ildə təsis edilmiş özəl ümumtəhsil məktəbidir.




Xəbərin oxunma sayı : 304




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap