“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

Şəxsi məlumatlarınızı heç kimə göndərməyin - DİN çağırış edir

Tarix 28.08.26, 10:19

Font ölçüsü : - / +
bitmap-img6


"Vətəndaşların bank hesablarına çıxış əldə etmək və pul vəsaitlərini mənimsəmək məqsədilə yeni üsullardan və fərqli təkliflərdən istifadə olunur, nəticədə vətəndaşlar maddi zərərə məruz qalırlar".

AzFakt.com xəbər verir ki, bu, Daxili İşlər Nazirliyinin kiberdələduzluqla bağlı müraciətində qeyd olunub.

Bildirilib ki, saxta internet səhifələri və keçidlər, hədiyyə və uduş vədləri, eləcə də cəlbedici təkliflər vasitəsilə bank kartlarına dair məxfi məlumatların əldə edilməsinə cəhd göstərilir:

Naməlum şəxslər özlərini bank və ya digər qurumların əməkdaşı kimi təqdim edərək kart sahibinin adı və soyadı, kartın etibarlılıq müddəti, CVV/CVC kodu və mobil telefona göndərilən birdəfəlik OTP təhlükəsizlik kodunu tələb edə bilərlər.

DİN bildirir ki, banklar və digər dövlət və ya özəl qurumların əməkdaşları vətəndaşlardan şəxsi və bank məlumatlarını telefon, sosial şəbəkələr və mesajlaşma tətbiqləri vasitəsilə tələb etmirlər.

Bu məlumatlar heç bir halda başqa şəxslərlə paylaşılmamalıdır. Məlumatların ələ keçirilməsi kart sahibinin xəbəri və razılığı olmadan maliyyə əməliyyatlarının aparılmasına və pul vəsaitlərinin mənimsənilməsinə səbəb ola bilər.

Vətəndaşlara tövsiyə olunur ki, bank kartı və hesablarına dair məxfi məlumatları heç kimlə paylaşmasınlar, tanımadıqları şəxslərdən göndərilən linklərə daxil olmasınlar, şübhəli internet səhifələrində kart məlumatlarını daxil etməsinlər; "uduş”, "hədiyyə”, "kampaniya” və digər cəlbedici təkliflərə qarşı diqqətli olsunlar, bank əməkdaşı olduğunu bildirən şəxslərin tələbi ilə belə CVV/CVC və OTP kodlarını təqdim etməsinlər.

DİN vətəndaşları şəxsi və maliyyə məlumatlarının təhlükəsizliyinə ciddi yanaşmağa çağırır.

Kiberdələduzluqla bağlı hər hansı halla qarşılaşdığınız zaman "102” Xidməti-Zəng Mərkəzinə və ya DİN-in rəsmi sosial şəbəkə hesablarına müraciət edə bilərsiniz.



Xəbərin oxunma sayı : 415




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap