“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

Xaçmaz sakinləri Qusarçayın yatağında baş verən dəyişikliklərdən narazıdırlar - VİDEO

Tarix 01.09.26, 10:17

Font ölçüsü : - / +
bitmap-img6


Qusarçay əvvəlki yatağından çıxaraq sahil ərazilərini yuyub. Sel suları çayın kənarındakı torpaq sahələrinə qədər çatıb. Sakinlərin sözlərinə görə, kəndləri birləşdirən yol da yararsız vəziyyətə düşüb.

Xezerxeber.az xəbər verir ki, söhbət Ağaşirinoba, Qıraqlı, Yeni Həyat, Ceg, Kuzunqışlaq və Çayqırağı kəndlərinə gedən yoldan gedir. Sakinlər deyirlər ki, əvvəl çayın kənarı ilə keçən torpaq yol olub. Hazırda həmin yolun bir hissəsi yoxdur. Buna görə də yeni yol salınır.

Sakinlərin iddiasına görə, yeni yolun salınması zamanı bağ sahələrinə də ziyan dəyib. Onlar bildirirlər ki, ərazidəki gilas, fındıq, armud və digər meyvə ağacları kəsilərək yol üçün istifadə olunan əraziyə çevrilib.

Sakinlərin əsas narahatlığı isə bundan sonra baş verə biləcək hadisələrlə bağlıdır.

Deyirlər ki, çayın qarşısı bəndlə möhkəmləndirilməsə, növbəti sel zamanı yataq daha da genişlənə və ətrafdakı torpaqları təhlükə altına sala bilər.

Problemin yalnız kənd yolları ilə məhdudlaşmadığı bildirilir. Dövlət əhəmiyyətli ödənişli yolun üzərində yerləşən körpünün də sel sularından zədələndiyi deyilir. Körpünün altında böyük çat əmələ gəlib. Sakinlər burada da təhlükənin aradan qaldırılmasını istəyirlər.




Xəbərin oxunma sayı : 187




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap