“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

Səfir Paris meriyasına cavab verdi - Məhkum olunanlar kimlərdir?

Tarix 01.09.26, 18:22

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva Paris meriyasının ittihamlarına cavab verib.

AzFakt.com xəbər verir ki, səfir bu barədə “X” hesabında paylaşım edib.

"Bu məktubla Paris meriyası və Fransadakı Erməni Təşkilatları Koordinasiya Şurasının (CCAF) 2 sentyabr 2026-cı ildə Paris meriyasının qarşısındakı meydanda "Azərbaycan tərəfindən saxlanılan erməni məhbusların" portretləri kimi təqdim olunan şəkillərin nümayiş etdirilməsini nəzərdə tutan birgə təşəbbüslə bağlı dərin narahatlığımı və qəti etirazımı bildirirəm. İlk növbədə, sizin mövcud vəziyyətlə daha yaxından tanış olmağınıza kömək edəcəyinə ümid etdiyim bir sıra məlumatları diqqətinizə çatdırmaq istərdim", - o yazıb.

Səfir vurğulayıb ki, Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir, ölkənin ərazi bütövlüyü Fransa və Ermənistan da daxil olmaqla, beynəlxalq ictimaiyyət tərəfindən tanınır. O həmçinin otuz illik münaqişənin nəticələrini xatırladıb və qeyd edib ki, ərazi bütövlüyü bərpa edildikdən sonra Azərbaycan Qarabağın bərpası üzrə irimiqyaslı işlər həyata keçirir.

L. Abdullayevanın sözlərinə görə, 2025-ci ilin avqustunda Vaşinqton sammitində Azərbaycan və Ermənistan arasında sülh sazişi paraflanıb, birgə bəyannamə imzalanıb, bu isə iki ölkə arasındakı münasibətlərdə yeni bir mərhələ açıb. O həmçinin Ermənistanın Baş naziri Nikol Paşinyanın iki ölkə arasında sülhün "görünən və hiss edilən" olması barədə 8 avqust 2026-cı il tarixli bəyanatına istinad edib.

Səfir qeyd edib ki, Fransa Prezidenti Emmanuel Makronun dəstəklədiyi sülh prosesi ərazi bütövlüyünün qarşılıqlı tanınmasına əsaslanır və bu, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan tərəfindən təsdiqlənib.

"Bu yeni kontekstdə səfirlik keçmişin birtərəfli və münaqişəli şərhini təqdim edə biləcək və ya iki dövlət arasında başlanmış sülh prosesinin ruhuna uyğun olmayan narrativləri yenidən Parisin ictimai məkanına çıxara biləcək hər hansı təşəbbüsü xüsusi narahatlıqla qarşılayır. Biz narahatıq ki, Ermənistan Respublikasının hakimiyyət orqanları ən yüksək səviyyədə sülh gündəliyini və Azərbaycanla münasibətlərin normallaşdırılmasını davam etdirməyə hazır olduqlarını açıq şəkildə bəyan etdikləri halda, nəzərdən keçirilən təşəbbüs, görünür, Fransadakı erməni diasporunu təmsil edən təşkilatlardan irəli gəlir", - müraciətdə bildirilib.

Abdullayeva həmçinin qeyd edib ki, "sərgi"nin keçirilməsi sülh gündəliyinə ziddir.

"O ki qaldı erməni məhbuslara, onlar ağır cinayətlərdə: insanlığa qarşı cinayətlərdə, müharibə cinayətlərində, terrorizmdə, eləcə də hakimiyyəti zorla ələ keçirmə cəhdində ittiham olunublar. Onların arasında Ukraynaya qarşı müharibəni maliyyələşdirdiyinə görə "Mirotvorets" sanksiya siyahısına daxil edilmiş Ruben Vardanyan da var. Fransa Ukraynanı qətiyyətlə dəstəklədiyi halda, belə profilli şəxslərin azad edilməsini tələb etmək bizə ziddiyyətli görünür", - o yazıb.

Səfir əlavə edib ki, Bakı Hərbi Məhkəməsi tərəfindən mühakimə olunan şəxslər, o cümlədən Qarabağdakı tanınmamış rejimin keçmiş nümayəndələri bir sıra cinayətlərdə, o cümlədən sülhə və insanlığa qarşı əməllərdə təqsirli biliniblər.

Diplomat Paris meriyasını sərginin keçirilməsi ilə bağlı qərara yenidən baxmağa və onu dayandırmağa çağırıb.

Açıklama yok.



Xəbərin oxunma sayı : 1225




Siyasət

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap