“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

Aylıq ödəniş etsə də, hesabına 1306 manat borc yazıldı - VİDEO

Tarix 03.09.26, 22:35

Font ölçüsü : - / +
bitmap-img6


Aylıq ödənişini etsə də, 1306 manat borcu yaranıb. Novxanı sakini təbii qaz sərfiyyatına görə ona əsassız borc hesablandığını iddia edir.

Xezerxeber.az xəbər verir ki, Abşeron rayonunun Novxanı qəsəbəsi Şıxəli Qurbanov küçəsində yaşayan Samirə Yusifova deyir ki, hər ay istifadə etdiyi təbii qazın ödənişlərini mütəmadi şəkildə həyata keçirib. Onun sözlərinə görə, smart kart sistemindən istifadə etsələr də, sonradan sistemdə texniki problem yarandığı məlum olub. Nəticədə, istifadə etmədikləri qaz üçün də əlavə borc hesablanıb.

Samirə Yusifovanın sözlərinə görə, təxminən bir il əvvəl ailəsinə əvvəlcədən məlumat verilmədən qaz sayğacı dəyişdirilib və əvəzinə mexaniki sayğac quraşdırılıb. Yeni sayğacın yaşadıqları evdən uzaqda yerləşdirilməsi isə ailə üçün əlavə çətinlik yaradıb.

Məsələ ilə bağlı Abşeron Qaz İstismar Sahəsindən "Xəzər Xəbər"ə bildirildi ki, problemdən məlumatlıdırlar. Vətəndaşın müraciətinə baxılıb və məsələ ilə bağlı Azəriqaz istehsalat birliyinə rəsmi məktub göndərilib.

Qaz İstismar Sahəsindən verilən məlumata görə, vətəndaşın hesabında yaranmış əlavə borcun araşdırılaraq qısa müddət ərzində silinəcəyi təmin ediləcək.



Xəbərin oxunma sayı : 568




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap