“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

Azərbaycanda bitkiçilik məhsulları üzrə özünütəminetmə səviyyəsi azalıb - FOTO

Tarix 07.10.26, 15:27

Font ölçüsü : - / +
bitmap-img6


Son 7 ildə Azərbaycanda bir sıra bitkiçilik məhsulları üzrə özünütəminetmə səviyyəsində azalma qeydə alınıb.

Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadla xəbər verir ki, dənli bitkilər üzrə ümumi özünütəminetmə səviyyəsi 2018-ci ildəki 74,1%-dən 2024-cü ildə 68,4%-ə düşüb.

Beləliklə, göstərici 5,7 faiz bəndi azalıb.
Ən ciddi geriləmələrdən biri buğda üzrə müşahidə olunub. Bu məhsul üzrə özünütəminetmə səviyyəsi 64,8%-dən 56,1%-ə enib. Bu, 8,7 faiz bəndi azalma deməkdir.

Arpa üzrə göstərici 103,1%-dən 94,6%-ə, qarğıdalı üzrə 82,7%-dən 77,4%-ə, vələmir üzrə isə 89,2%-dən 77,5%-ə düşüb.

Paxlalılar üzrə də azalma var. 2018-ci ildə 72% təşkil edən göstərici 2024-cü ildə 65,1%-ə düşüb.

Kartof üzrə dəyişiklik nisbətən az olub: özünütəminetmə səviyyəsi 90,8%-dən 88,8%-ə enib. Tərəvəzlər üzrə isə göstərici 115%-dən 105,8%-ə düşüb.

Pomidor üzrə də 138%-dən 119,7%-ə azalma qeydə alınıb.

Qoz və fındıq üzrə göstərici 130%-dən 126,1%-ə, üzüm üzrə isə 92,5%-dən 89,4%-ə geriləyib.

Bununla yanaşı, bəzi məhsullar üzrə özünütəminetmə səviyyəsi yüksəlib. Meyvə və giləmeyvə üzrə göstərici 123,2%-dən 128,5%-ə, bostan məhsulları üzrə 99,7%-dən 101,7%-ə yüksəlib.






Xəbərin oxunma sayı : 367




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap