“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

Tikinti üçün yeddi nazirlikdən icazə alınmalıdır? - Nazirdən açıqlama

Tarix 07.10.26, 16:00

Font ölçüsü : - / +
bitmap-img6


"Əslinə qalsa, bu məsələ artıq həllini tapıb. 1 yanvar 2025-ci ildən cənab Prezidentin fərmanı ilə kənd təsərrüfatı torpaqlarının 5 hektardan yuxarı olan sahədə olma şərti ilə 1 faizində kənd təsərrüfatı təyinatlı tikintilər aparılmasına icazə verilir".

AzFakt.com xəbər verir ki, bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov Milli Məclisin Aqrar siyasət komitəsinin bugünkü iclasında deputat Siyavuş Novruzovun etirazına cavab olaraq deyib.

"Proses və prosedur olduqca sadələşdirilib, bir pəncərə sisteminə keçilib. Sadəcə, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə müraciət edərək fermer-sahibkar öz kənd təsərrüfatı təyinatlı torpağında kənd təsərrüfatı təyinatlı tikinti apara bilər", - deyə nazir əlavə edib.

Xatırladaq ki, Siyavuş Novruzov fermerlərin öz ərazisində nə anbar, nə ofis, nə digər başqa bir şey tikmək üçün imkanının olmadığını, torpağın kateqoriyasının dəyişilməsi üçün yeddi nazirlikdən icazə almalı olduğunu deyib.



Xəbərin oxunma sayı : 319




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap