“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

Azərbaycanda “Stop-Kredit” xidməti istifadəyə verilib - DETALLAR

Tarix 08.10.26, 15:12

Font ölçüsü : - / +
bitmap-img6


“Azərbaycan Kredit Bürosu” (Büro) MMC-nin hazırladığə rəqəmsal kredit tarixçəsi platforması olan Findoc portalında (Portal) yeni “Stop-Kredit” xidməti istifadəyə verilib.

Banker.az bu barədə Büroya istinadən xəbər verir.

Məlumata görə, yeni xidmət Azərbaycan Mərkəzi Bankının (AMB) bu il iyunun 25-də təsdiqlədiyi “Banklarda kredit risklərinin idarə edilməsi Qaydası” və “Bank olmayan kredit təşkilatlarında kredit risklərinin idarə edilməsi Qaydası”na edilən dəyişikliklərə əsasən, məsafədən göstərilən maliyyə xidmətlərində risklərin minimallaşdırılması və istehlakçıların hüquqlarının qorunması üçün vətəndaşlara rəqəmsal kanallar vasitəsilə istehlak kreditlərinin rəsmiləşdirilməsinə və ya kredit limitlərinin artırılmasına könüllü məhdudiyyət (özünəqadağa) tətbiq etmək hüququ tanınması məqsədilə hazırlanıb.

“Stop-Kredit” xidməti vətəndaşlara öz adlarına rəqəmsal kanallar vasitəsilə məsafədən istehlak kreditlərinin rəsmiləşdirilməsinə və ya mövcud kredit limitlərinin artırılmasına könüllü məhdudiyyət (özünəqadağa) tətbiq etmək imkanı yaradır.

Xidmətdən yararlanmaq üçün vətəndaşların Findoc portalına və ya mobil tətbiqinə daxil olaraq şəxsi kabinetləri vasitəsilə müvafiq funksionallıq üzərindən sorğu yerləşdirmələri kifayətdir. AMB-nin qaydalarda etdiyi müvafiq dəyişikliklərə əsasən isə oktyabrın 1-dən etibarən kredit təşkilatları tərəfindən məsafədən kredit rəsmiləşdirilməsindən öncə müvafiq məhdudiyyətin mövcudluğu yoxlanılmalı və yalnız məhdudiyyət olmadığı halda kreditləşmə həyata keçirilməlidir.

“Stop-Kredit” xidmətini vətəndaşlar Portal üzərindən ləğv etmək və ya yenidən aktivləşdirmək imkanına malikdirlər.

Portal real-vaxt rejimində, 7/24 əsaslarla fəaliyyət göstərir və hazırda Portalda qeydiyyatdan keçmiş şəxslərin sayı 225 mindən artıqdır.



Xəbərin oxunma sayı : 409




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap