“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

Bu il dövlət sektorunda işləyənlərin sayı 31,6 min nəfər azalıb - Rəsmi

Tarix 12.10.26, 11:25

Font ölçüsü : - / +
bitmap-img6


Bu ilin sentyabr ayının 1-ə olan rəsmi məlumatlara görə, Azərbaycanda muzdla çalışan (əmək müqaviləsi ilə) işçilərin sayı 1 milyon 776,8 min nəfər olub.

Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, muzdla çalışan işçilərin 834,2 min nəfəri dövlət sektorunda, 942,6 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.

Müqayisə üçün bildirək ki, bu ilin əvvəlində muzdla çalışan işçilərin sayı 1 milyon 808 min nəfər olub.
Açıqlanan məlumatlardan da göründüyü kimi, bu ilin ilk 8 ayında muzdla çalışan işçilərin sayı 31,2 min nəfər azalıb. Bu ilin ilk 8 ayında dövlət sektorunda işləyənlərin sayı 31,6 min nəfər azalıb, qeyri-dövlət sektorunda işləyənlərin sayı isə 0,4 min nəfər artıb.
Qeyd edək ki, son 10 ildə (2016-2026-ci illər) Azərbaycanda muzdla çalışan (əmək müqaviləsi ilə) işçilərin sayı belə olub:
1 yanvar 2016 – 1 495,8 min nəfər;
1 yanvar 2017 – 1 514,0 min nəfər;
1 yanvar 2018 – 1 521,3 min nəfər;
1 yanvar 2019 – 1 548,9 min nəfər;
1 yanvar 2020 – 1 641,0 min nəfər;
1 yanvar 2021 – 1 691,8 min nəfər;
 1 yanvar 2022 – 1 705,1 min nəfər;
1 yanvar 2023 – 1 733,9 min nəfər;
1 yanvar 2024 – 1 741,8 min nəfər;
1 yanvar 2025 – 1 778,5 min nəfər;
1 yanvar 2026 – 1 808 min nəfər;
1 aprel 2026 – 1 797,6 min nəfər;
1 may 2026 – 1 792,3 min nəfər;
1 iyul 2026 – 1 787,4 min nəfər;
1 avqust 2026 – 1 781,1 min nəfər;
1 sentyabr 2026 – 1 776,8 min nəfər.



Xəbərin oxunma sayı : 202




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap