“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

İran “bombaların atası”nı düzəldib - Kimə qarşı istifadə edəcək?

Tarix 22.10.26, 13:51

Font ölçüsü : - / +
bitmap-img6


"Keçmişdə İranın müdafiə doktrinası sırf müdafiə xarakteri daşıyırdı. Biz hücuma məruz qalacağımız təqdirdə cavab verəcəyimizi bəyan edirdik".

Bunu SEPAH-ın sözçüsü, briqada generalı Hüseyn Mohebbi SNN-ə verdiyi müsahibədə deyib. İndi isə onun bildirdiyinə görə, İranın hərbi doktrinası artıq "hücum və asimmetrik" hala gəlib.

SEPAH sözçüsü Yaxın Şərqdə artan gərginlik fonunda İrana hücum edən istənilən ölkənin ərazisinə müdaxilə etməklə hədələyib: "İndi deyirik: əgər hər hansı bir ölkə bizə hücum edərsə, biz yalnız cavab verməyəcəyik, həm də onun ərazisinə girəcəyik. Doktrinamız hücum xarakteri daşıyır və asimmetrik hala gəlir. Düşmənə elə zərbə endirəcəyik ki, onlar hərəkətlərimizin bütün gücünü dərk etsinlər".

Mohebbi həmçinin bildirib ki, İran "bütün bombaların atası" adlandırılan yeni bir silah növünü təqdim etməyə hazırlaşır. "Biz "bütün bombaların atası"nın təqdimatı üçün hazırlıq mərhələsindəyik. Bu, düşmən üçün yeni bir şeydir", - deyə Mohebbi qeyd edib. Lakin yeni silah haqqında ətraflı məlumat verməyib.

Daha əvvəl Amerika mediası xəbər vermişdi ki, ABŞ Prezidenti Donald Tramp hərbi əməliyyatların bərpası əmrini verəcəyi təqdirdə "bütün bombaların anası" - ABŞ arsenalındakı ən böyük qeyri-nüvə bombasından istifadə edərək İranın enerji infrastrukturuna zərbə endirməyi planlaşdırır.

Bu arada İran mediasının məlumatına görə, bu gün səhər SEPAH Hərbi Dəniz Qüvvələri Fars körfəzinin şimalında dörd gəminin vurulduğunu açıqlayıb. İRNA xəbər agentliyi SEPAH-a istinadla yazıb ki, İran Hərbi Dəniz Qüvvələrinin qırıcı təyyarələri Fars körfəzinin şimalında neft yükü daşıyan gəmilər aşkar ediblər. Onlara endirilən zərbə nəticəsində gəmilərdə yanğın baş verib. Heyət üzvlərinin vəziyyəti barədə məlumat verilməyib. SEPAH bu neft daşınmasını qanunsuz adlandırıb.

Bundan əlavə, SEPAH Hörmüz boğazının qərbində daha üç gəminin minaya düşdüyünü bildirib.

Zədələnmiş gəmilərin hansı ölkəyə aid olduğu və itkilər açıqlanmır.



Xəbərin oxunma sayı : 439




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap