“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

“Aİ-95” benzinin idxalı artıb: Yerli istehsal niyə yoxdur?

Tarix 19.11.26, 18:55

Font ölçüsü : - / +
bitmap-img6


Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 151,41 milyon ABŞ dolları dəyərində 145 min 466 ton "Aİ-95" ("Premium") markalı avtomobil benzini idxal edib.

Dövlət Statistika Komitəsinin məlumatına görə, bu, 2025-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 69 %, kəmiyyət olaraq – 38 % çoxdur.

Azərbaycan Bolqarıstandan 51,18 milyon ABŞ dolları dəyərində (1 il əvvəlki göstəricidən 44 dəfə artıb) 42 min 882 ton (+31 dəfə), Yunanıstandan 38,7 milyon ABŞ dolları dəyərində 32 min 697 ton (bir il əvvəl tədarük olmayıb), Rusiyadan 27,15 milyon ABŞ dolları dəyərində (-54 %) 31 min 241 ton (-55 %), Belarusdan 18,8 milyon ABŞ dolları dəyərində (+90 %) 21 min 461 ton (+78 %), Birləşmiş Ərəb Əmirliklərindən 7,6 milyon ABŞ dolları dəyərində (-7 %) 9 min ton (-3 %) benzin alıb.

Hesabat dövründə Azərbaycan 3,86 milyon ABŞ dolları dəyərində (+39 %) 5 min 517 ton (+31 %) "Premium" markalı benzin ixrac edib.

Azərbaycan Gürcüstana 2,69 milyon ABŞ dolları dəyərində (-3 %) 3 min 773 ton (-10 %) və Ermənistana 1,16 milyon ABŞ dolları dəyərində 1 min 743 ton benzin satıb.

Azərbaycanın yanvar-sentyabr aylarında 145 min tondan çox “Aİ-95” markalı benzin idxal etməsi ölkədə bu yanacaq növünə olan tələbatın daxili istehsal hesabına ödənilmədiyini göstərir? Azərbaycanda “Aİ-95” istehsalının təşkili və ya artırılması perspektivi varmı?

Məsələ ilə bağlı iqtisadçı-ekspert Natiq Cəfərli “Cebheinfo.az”-a bildirib ki, Azərbaycanda “Aİ-95”-in istehsalı ilə bağlı müəyyən işlər görülür:

“Hətta müəyyən dövrdə qısa istehsal da olundu. Sadəcə istehsal həcmləri çox azdır. İndiyədək də Azərbaycanın ən qədim neft ölkəsi olmasına baxmayaraq, “Premium” markalı neft istehsal etməməsi doğru deyil.

Vaxtında bununla bağlı tədbirlər görülməli idi. İndi Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda təmir işləri bitdikdən sonra Azərbaycanda “Premium” markalı neftin istehsalı təmin olunacaq.

Ancaq Azərbaycanın tələbatını tam ödəyəcəyini indidən söyləmək çətindir. Çünki rəqəmlər bəlli deyil ki, istehsal həcmi nə qədər olacaq”.



Xəbərin oxunma sayı : 304




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap