Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

  • / Maqazin / — 15 May 2026

    Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib

Nigar Fərhad xaricdə təhsil adı ilə vətəndaşları aldadıb? - VİDEO

Tarix 20.07.26, 20:02

Font ölçüsü : - / +
bitmap-img6


Xaricdə təhsil və iş ümidi ilə minlərlə manat ödəyən şəxslər indi nə vəd edilən xidmətlərə çata, nə də pullarını geri ala bilirlər.

Belə bir problemlə bir qrup paytaxt sakini ``Xəzər Xəbər``ə müraciət edib.

Xezerxeber.az-ın məlumatına görə, bir qrup vətəndaş ``Aid-Group`` xaricdə təhsil şirkəti və onun rəhbəri Nigar Fərhaddan şikayətçidirlər.

Şikayətçilərdən Aliyə Əfəndiyeva deyir ki, sosial şəbəkələrdə şirkətin reklamlarını görüb, müraciət edib. Üç övladının Kanadada təhsil alması üçün mart ayında 17 min manat ödəniş edib, Nigar Fərhadla müqavilə bağlayıb.

Kiminin övladı üçün, kiminin isə özü üçün xaricdə yeni həyat qurmaq ümidi beləliklə yarımçıq qalıb.

Ramin Bedimirzadə də ABŞ-də təhsil almaq üçün müqavilə əsasında 4350 manat ödədiyini deyir. Şikayətçinin sözlərinə görə, nə təhsil prosesi başlayıb, nə də ödədiyi məbləği geri ala bilib.

Şikayətçilər deyirlər ki, onların sayı bununla məhdudlaşmır. İddialara görə, zərərçəkənlərin sayı çoxdur və dəymiş zərərin məbləği də kifayət qədər böyükdür. Onlar başlarına gələnlərlə bağlı hüquq-mühafizə orqanlarına müraciət ediblər.

``Aid Group`` şirkətinin mövqeyini öyrənmək üçün ofisinə getdik, lakin qapısı bağlı idi. Şirkətin sosial şəbəkə səhifələrində qeyd olunan əlaqə nömrələrinə zəng etsək də, zənglərimiz cavabsız qaldı. Hazırda şikayətçilər pullarının qaytarılmasını və məsələyə hüquqi qiymət verilməsini gözləyirlər.

Öyrəndik ki, məsələ hüquq-mühafizə orqanlarında araşdırılır.




Xəbərin oxunma sayı : 361




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap