“Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO
Axtar
 
  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

  • / Maqazin / — 17 Dekabr 2025

    Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO

  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

Nizami rayonunda “at oynadan” tikinti şirkəti - “Orbita MTK” kimindir?

Tarix 29.01.26, 12:45

Font ölçüsü : - / +
bitmap-img6


Coşqun Cəbrayılova ünvanlanan ağır və cavabsız suallar

Bakının Nizami rayonunda, Bəkir Çobanzadə küçəsində baş verən son hadisələr şəhər ekologiyasının amansızcasına iqtisadi maraqlara qurban verilməsinin növbəti acı nümunəsidir.

Onilliklər boyu ətrafa nəfəs verən, kökləri torpağa, budaqları isə sakinlərin yaddaşına həkk olunmuş 50-60 yaşlı nəhəng Eldar şamlarının bir gecədə yerlə-yeksan edilməsi sadəcə bir tikinti layihəsinin tərkib hissəsi deyil, həm də ətraf mühitə qarşı törədilmiş mənəvi cinayətdir.

AzFakt.com-un kommersant.az-a istinadən verdiyi məlumata görə, Famil Bağıyevin sahibi olduğu “Orbita MTK”tərəfindən həyata keçirilən bu qanunsuzluq nəticəsində təbiətin canlı abidələri soyuq beton qatları və cansız daş döşəmələrlə əvəz olunub. Qədim ağacların yerində ucalan yeraltı qaraj şəhərsalma prinsiplərinin ekoloji dəyərlərdən nə qədər uzaq düşdüyünü aydın göstərir.

Ən düşündürücü məqam isə odur ki, bu proses Nizami Rayon İcra Hakimiyyətinin birbaşa nəzarəti altında olan ərazidə baş verir, lakin qurumun nümayiş etdirdiyi dərin sükut müxtəlif şübhələrə yol açır. Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov əgər bu prosesdən xəbərsizdirsə, bu bir ayıb; xəbərdar olub göz yumubsa, bu, ikiqat ayıbdır.

Rayonun mərkəzi küçələrindən birində ağır texnika işləyərkən, onlarla ağac kökündən kəsilərkən yerli hakimiyyət orqanlarının bunu “görməməsi” ağlasığmazdır. Bu vəziyyət icra strukturları ilə tikinti şirkəti arasında aşkar maraq birliyinin, yaxud gizli sövdələşmənin mövcudluğu ehtimalını qaçılmaz edir. Dekorativ ağacların əkilməsi ilə yaradılan süni görüntü itirilmiş ekosistemin yerini doldura bilməz; çünki yarıməsrlik bir şam ağacının oksigen istehsalı ilə yeni basdırılmış bir fidanın təsiri müqayisəolunmazdır.

İctimaiyyət indi haqlı olaraq soruşur: dövlət tərəfindən qorunan yaşıl zolaqlar hansı imtiyazlar müqabilində özəl şirkətlərin qaraj layihələrinə çevrilir və bu ekoloji terrora göz yuman məmurlar nə vaxt qanun qarşısında cavab verəcəklər?

Mərhum Ulu Öndərin “qollarım” dediyi yaşıllıqların kəsilməsinə icra hakimiyyətinin başçısı nəyin müqabilində göz yumub? Göründüyü kimi suallar çox, cavab yox, nəticə isə göz önündədir.



Xəbərin oxunma sayı : 148




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap