“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

Orta əmək ömrü hesablandı: Bu ölkələrdə qadınlar kişilərdən çox işləyir

Tarix 08.08.24, 17:51

Font ölçüsü : - / +
bitmap-img6


2023-cü ildə Avropa İttifaqı ölkələrində orta əmək ömür uzunluğu 36,9 il təşkil edib.

Musavat.com xəbər verir ki, bu məlumatı Aİ statistika orqanı açıqlayıb.

Eurostat-ın statistikasına görə, göstərici keçən il 15 yaşı olan şəxsin ömrü boyu neçə il əmək qabiliyyətli əhali arasında qalacağına dair proqnozu əks etdirir.

Aİ ölkələri arasında ən uzun iş ömrü Hollandiyada (43,7 il), İsveçdə (43,1 il) və Danimarkada (41,3 il) gözlənilir. Rumıniya (32,2 il), İtaliya (32,9 il) və Xorvatiya (34 il) sakinləri ən az işləyəcəklər.

Almaniyada bu rəqəm 39,6 il, Fransada 36,8 il, İspaniyada 36,3 il olub.

Aİ-də kişilər üçün orta iş stajı 39 il, qadınlar üçün 34,7 il olub. İndi 4,3 il olan bu göstərici 2001-ci ildə 7 il idi.

Estoniya və Litva qadınların kişilərdən daha çox işlədiyi yeganə ölkələrdir. Latviya və Finlandiyada müxtəlif cinslər üçün göstəricilər praktiki olaraq eynidir.

Statistika idarəsi bildirib ki, 2001-ci ildən bəri avropalıların iş həyatı davamlı olaraq artıb, lakin 2020-ci ildə COVID-19 pandemiyası səbəbindən azalıb. 2001-ci ildə bu rəqəm 32, 2013-cü ildə 34,7, 2019-cu ildə 35,9 il olub, sonra isə 2020-ci ildə 35,6 ilə düşüb.a



Xəbərin oxunma sayı : 643




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap