Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Orxan Əsədova qarşı 8 maddə ilə ittiham irəli sürüldü - Onu “Mossad“ izləyib

Tarix 10.11.21, 9:05

Font ölçüsü : - / +
bitmap-img6


Kipr polisi bu il sentyabrın 27-də həbs edilmiş azərbaycanlı killerə nəhayət rəsmi ittiham irəli sürüb. Virtualaz.org "The Washington Post”a istinadən xəbər verir ki, polis 38 yaşlı Rusiya vətəndaşı Kiprdə yaşayan israilli biznesmenləri qətlə yetirmək üçün sifarişlə göndərildiyini təsdiqləyib. Bu haqda Kipr hüquq-mühafizə orqanlarının nümayəndəsi açıqlayıb.

Həmin məmur bildirib ki, 38 yaşlı şübhəli barəsində səkkiz maddə üzrə ittiham irəli sürülüb və o, gələn ay məhkəmə qarşısında dayanacaq. Bu maddələrə cinayətkar qruplaşmaya mənsub olmaq, qanunsuz silah gəzdirmək, sui-qəsd planlaşdırmaq da daxildir. Habelə ona qarşı terrorçuluq maddəsi üzrə ittiham irəli sürülüb.

Xatırladaq ki, barəsində xarici medianın neçə vaxtdır yazdığı killerin kimliyi gizli saxlanılırdı. Nəhayət bir gün əvvəl jurnalistlər onun kimliyini müəyyən edə biliblər, məlum olub ki, həmin şəxs Orxan Əsədovdur. Bir neçə gün əvvəl onun Kiprə getmiş qardaşı demişdi ki, həmin şəxs Moskvada ticarətlə və taksi fəaliyyəti ilə məşğul olub, ailəsini çətinliklə dolandırıb və günahı yoxdur.

Lakin həmin kiprli məmur deyib ki, azərbaycanlının həbsi onun planlaşdırdığı qətlin həyata keçirilməsinə lap az qalmış mümkün olub. Mənbə bildirib ki, Kipr polisi onun izinə "xarici kəşfiyyat agentliyindən” daxil olan məlumat əsasında düşüb.

Bundan əvvəl isə Kipr mediası həmin xarici kəşfiyyat xidmətinin İsrailin "Mossad” xarici kəşfiyyat agentliyi olduğunu bildirmişdi. Məlumatda deyilirdi ki, "Mossad” həmin azərbaycanlını Rusiyada neçə vaxtdır izləyirdi və onun İran xüsusi xidmət orqanları ilə təmaslarını müəyyən etmişdi.

Xatırladaq ki, azərbaycanlı killerin işi üzrə Kiprdə biri yemək çatdıran kuryer olmaqla daha beş nəfər həbs edilib, habelə onun gizlətdiyi 2 silah tapılıb. Killerin İran xüsusi xidmət orqanlarının sifarişi ilə göndərildiyi bildirilir, onun hədəfindəki biznesmenlərdən biri də israilli milyarder Tedi Saqi olub.



Xəbərin oxunma sayı : 814




Kriminal

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap