“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

Paytaxtda mənzillərin qiyməti BAHALAŞIR

Tarix 03.10.23, 20:50

Font ölçüsü : - / +
bitmap-img6


Hazırda əmlak bazarında qiymətlər bahalaşmaqda davam edir. Bu barədə əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev deyib.

Onun sözlərinə görə, əvvəlki dövrlərə nisbətən bazarda alıcı qıtlığı yaşanır.

"İnsanlar bir müddət əvvəl evləri əsasən ipoteka ilə alırdılar. Qiymətlər indi elə həddə bahalaşıb ki, ipoteka ilə də mənzil almaq artıq əlverişli deyil. Belə ki, 4% güzəştli ipoteka ilə maksimum 100 min manat, güzəştsiz ipotekalar isə 150 min manata qədər dəyişir", - deyə ekspert əlavə edib.

E.Fərzəliyev bildirib ki, yay fəsli ilə hazırki dövrü müqayisə etsək çox da qiymət artımı yoxdur.

"Həmişə sentyabr ayının 15-dən əmlak bazarında canlanma baş verirdi. Lakin bu il belə olmadı. Əsasən mənzilə tələbat Yasamal, Nərimanov və Nəsimi rayonlarındadır. Hazırda şəhərin mərkəzi hissələrində qiymətlər çox bahalaşdığından əsas tələbat qiymətləri ucuz olan Abşeron və Xırdalan ərazisindəki mənzillərədir. Həmin ərazilərə tələbatın artması da getdikcə ordakı mənzillərin qiymətlərinin bahalaşmasına səbəb olur. Paytaxtda ortalama qiymət olaraq təmirsiz mənzillərin qiyməti bir kvadrata görə 1500-4000 manat arası dəyişir. Təmirli mənzillərdə isə 2000-4000 manat arası dəyişir.

Kirayə mənzil bazarında isə vəziyyət xüsusilə tələbələr üçün acınacaqlıdır. Kirayə qiymətləri sürətlə artmaqda davam edir", - deyə o, qeyd edib.//Trend



Xəbərin oxunma sayı : 610




İqtisadiyyat

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap