Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Aysel Əlizadənin sinə dekolteli geyimi - Fotolar Afaq gecə xalatında pozalar verdi - VİDEO Röyanın “Halloween” tərzi - Fotolar
Axtar
 
  • / Maqazin / — 15 Dekabr 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 20 Noyabr 2024

    Aysel Əlizadənin sinə dekolteli geyimi - Fotolar

  • / Maqazin / — 17 Noyabr 2024

    Afaq gecə xalatında pozalar verdi - VİDEO

  • / Maqazin / — 29 Oktyabr 2024

    Röyanın “Halloween” tərzi - Fotolar

  • / Maqazin / — 28 Oktyabr 2024

    Günelin təsbehi türk mediasının gündəmində - FOTO

  • / Maqazin / — 22 Oktyabr 2024

    Tünzalə Ağayeva qəzətdən plaş geyindi - VİDEO

Pensiyalar nə qədər artırılacaq? - Komitə sədrinin müavini açıqladı

Tarix 10.10.24, 14:15

Font ölçüsü : - / +
bitmap-img6


Bu ilin 23 sentyabrında VII çağırış Milli Məclisin ilk iclası keçirilb. İclasda Prezident İlham Əliyev də iştirak edib. Prezident İlham Əliyev Milli Məclisdə bir sıra məsələlərə toxunub, mesajlar verib. Prezidentin haqqında danışıdğı məsələlərdən biri də minimum pensiya və əmək haqlarının qaldırılması ilə bağlı olub.

Dövlətimizin başçısı gələn il də minimum əmək haqqı və minumum pensiyaların artırılacağını vəd edib. "Əlbəttə, bizim gələcək planlarımızı həll etmək, o cümlədən vətəndaşların sosial rifahını yaxşılaşdırmaq üçün iqtisadiyyat daim inkişaf etməlidir. Çünki biz 2018-ci ildən bu yana dörd sosial islahatlar paketi həyata keçirmişik. Bu sosial islahatlar paketinin məbləği 7 milyard manatdır və bu, 4 milyon insanı əhatə edir. Son beş il ərzində Azərbaycanda minimum əməkhaqqı 2,7 dəfə, minimum pensiya 2,5 dəfə artmışdır. Onu da bildirməliyəm, artıq göstəriş verildi ki, gələn ildən minimum əməkhaqqı və minimum pensiya yenə də artırılacaqdır”,- o deyib.

Qeyd edək ki, Azərbaycanda sonuncu dəfə pensiyalar bu ilin fevral ayında artırılıb. Prezidentin imzaladığı sərəncamla pensiyalar indeksləşdirilib.

Sərəncamla 2024-cü il yanvarın 1-dək təyin edilmiş bütün pensiyalar Dövlət Statistika Komitəsinin təqdim etdiyi məlumata əsasən, 2023-cü il üzrə orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq 11,2 faiz indeksləşdirilməklə bu ilin 1 yanvar tarixindən artırılıb.

Qeyd edək ki, pensiyaların indeksləşdirilməsi hər ilin əvvəli həyata keçirilir. Ancaq bəzi ekspertlər növbəti dəfə pensiyaların indeksləşdirilmədən əvvəl artırılacağını düşünür.

Məsələ ilə bağlı Modern.az-a danışan Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini Elşad Musayev bildirib ki, ölkə başçısının çıxışı göstəriş kimi də qəbul oluna bilər:

"Milli Məclisin ilk iclasında ölkə başçısı cənab İlham Əliyev minimum əməkhaqqının və minimum pensiyanın artırılması ilə bağlı anons verib. Görünür ki, bu, hökumətin planında da nəzərdə tutulur. Eyni zamanda bu, icra strukturlarına və hökumətə bir göstəriş kimi də qəbul oluna bilər. Hesab edirəm ki, Azərbaycanın kifayət qədər iqtisadi gücü və potensialı var".

Elşad Musayev vurğulayıb ki, məslənin daha geniş miqyasda həlli gözlənilir:

"Bu bölgədə minimum və orta aylıq əməkhaqları da, minimum pensiya da digər ölkələrdən yuxarıda olmalıdır. Ona görə də bu məsələni, yalnız indekləşdirilmə ilə əlaqələndirmək doğru olmazdı. Daha geniş miqyasda bu məsələrin həllinin gözlənildiyi hiss olunur. Deputat kimi biz də maraqlıyıq ki, pensiyalar, əmək haqları artsın. Çünki müəyyən kəsim var ki onların sosial müdafiəyə ehtiyacı var. Bizim borcumuz da onan ibarətdir ki, həmin sosial müdafiəyə ehtiyacı olan kəsimin tələbatlarını ödəməkdən ötrü tövsiyələr verək və bu yöndə fəaliyyət göstərək".



Xəbərin oxunma sayı : 859




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap