Roza Zərgərlinin qızı müğənniliyə başladı – VİDEO Vəfa Zeynallı qısa şortikdə diqqət çəkdi - FOTO Nigar Camal bədənini nümayiş etdirdi - VİDEO Aygün Kazımovanın qızı İlqarə alt paltarında - FOTO
Axtar
 
  • / Maqazin / — 22 Sentyabr 2021

    Roza Zərgərlinin qızı müğənniliyə başladı – VİDEO

  • / Maqazin / — 18 Sentyabr 2021

    Vəfa Zeynallı qısa şortikdə diqqət çəkdi - FOTO

  • / Maqazin / — 16 Sentyabr 2021

    Nigar Camal bədənini nümayiş etdirdi - VİDEO

  • / Maqazin / — 15 Sentyabr 2021

    Aygün Kazımovanın qızı İlqarə alt paltarında - FOTO

  • / Maqazin / — 09 Sentyabr 2021

    Azərbaycanlı model bu cür soyunmağı sevir – FOTO

  • / Maqazin / — 30 Avqust 2021

    Nigar Camal dərin sinə dekoltesi ilə diqqət çəkdi - FOTO

Pərvinin sevgilisi onu şantaj etdi: “Başına oyun açdığı tək mən deyildim” – VİDEO

Tarix 18.07.21, 15:43

Font ölçüsü : - / +
bitmap-img6


ARB TV-nin “Onun Sirri” verilişinin növbəti qonağı aktrisa Pərvin Abıyeva olub.

Məşhur aktrisa keçmiş nişanlısı haqqında maraqlı açıqlamalar edib.

O bildirib ki, ailəsi onun erkən yaşda ailə qurmağını istəyib.

“Anam təkid etdi. Xəstə ruhlu insan idi. Yaşına qədər yalan danışmışdı. Bir gün onun yalanları üzə çıxandan sonra anam dedi ki, istəmirəm ailə qurasız. Bu dəfə də mən tərslik etdim. Dedim, ayrılmıram. Sonra qara günlərim başladı. Manyak idi. 3 il məni şantaj etdi. Qorxurdum ailəm onun dediklərinə inanar. Nevroz xəstəliyi tapdım. Travmalar yaşadım. Mən də nişanlılıq dövrünü keçmişəm. Kim deyirsə, əli əlimə dəyməyib, boş söhbətdir. Məni ailəmlə hədələyirdi, qorxurdum. İşə girdim. Özümə telefon aldım. Onun bilməyini istəmirdim. Yolda telefonla danışdığım yerdə gəlib telefonu əlimdən alıb qaçırdı. İş yerimə gəlib, şantaj edirdi. Qışqırırdım, özümü yerə çırpırdım. Evdəkilər işə gedirdi. Tək qalırdım. Səhər onlar işə gedəndən sonra gəlib ev telefonunu xəttini ayırırdı. Qapını üstümə bağlayıb gedirdi. Evdəkilər gəlməzdən əvvəl də gəlib açıb gediridi.  58 kilodan 47 kiloya düşdüm. Həkimə getdim. Nə müalicə etsəm xeyri olmurdu”

Məşhur aktrisa nişanlısının onu atası ilə hədələdiyini də deyib. 

“Məni atamla hədələyirdi. Qohumlarımla görüşürdü, iş yerimdə mənə böyük problemlər yaratdı. Bir dəfə bir qohumumuzun evinə getdi. Ona dedilər ki, bu qızı bir də narahat etsən, sənə ətək geyindirib şəhərdə gəzdirərik. Mənə dedi ki, daha səni narahat etməyəcəm. Həbsə düşdü. Sonradan bildik ki, başına oyun açdığı tək mən deyilmişəm. Rusiyada həbs həyatı yaşadı. Azərbaycana gəldi, evləndi. Bir gün onun xanımı məndən kömək istədi. Külqabı ilə başını yarmışdı. Ona dedim ki, sənin yaşadıqlarının hamısını yaşamışam. Polisə get, şikayət et. Mən sənin arxanda dayanaram. Amma qız bu qədər şeydən sonra onunla evləndi. Bir oğlu da var” – deyə, Pərvin bildirib. 

 






Xəbərin oxunma sayı : 790

loading...

Maqazin

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda