Xatirə İslamdan dərin sinə dekoltesi - FOTO Roza əməliyyat etdirməyib, təbiidir - Özü deyir (VİDEO) “Keçmişlərini unudublar“ - Afaq Gəncəli “Anasına bax, qızını al“ - Fotolar
Axtar
 
  • / Maqazin / — 25 Noyabr 2021

    Xatirə İslamdan dərin sinə dekoltesi - FOTO

  • / Maqazin / — 19 Noyabr 2021

    Roza əməliyyat etdirməyib, təbiidir - Özü deyir (VİDEO)

  • / Maqazin / — 04 Noyabr 2021

    “Keçmişlərini unudublar“ - Afaq Gəncəli

  • / Maqazin / — 01 Noyabr 2021

    “Anasına bax, qızını al“ - Fotolar

  • / Maqazin / — 24 Oktyabr 2021

    “Onu görəndə utanırdım“ - İlk məhəbbətindən danışdı

  • / Maqazin / — 21 Oktyabr 2021

    Rəqqasə Aygün bədənini belə titrətdi - VİDEO

Peskovdan Ukrayna ordusunun dron zərbəsinə dair açıqlama – “Rusiyanın narahatlığı özünü doğruldur”

Tarix 27.10.21, 15:12

Font ölçüsü : - / +
bitmap-img6


“Türkiyənin Ukraynaya hücum dronları satmaq qərarından Rusiyanın narahatlığı özünü doğruldur, Türkiyə dronları Ukraynanın şərqində sabitsizlik riski yaradır”.

AzFakt.com xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov deyib.

Xatırladaq ki, oktyabrın 26-da Ukrayna hökumət qüvvələrinin ölkənin şərqində Rusiyanın dəstəklədiyi separatçıların mövqeyinə Türkiyə istehsalı olan “Bayraktar TB2” dronu ilə uğurlu zərbə endirməsi haqda xəbər yayılıb.

in Baş Qərargahı “Bayraktar”-ın zərbə anının videosunu da yayıb. Dron zərbəsiylə qarşı tərəfin bir artilleriya qurğusunun məhv edildiyi bildirilir.



Donbasda separatçıların açdığı atəşdən Ukrayna silahlı qüvvələrinin bir üzvünün öldürüldüyü, daha birinin yaralandığı qeyd olunur. "BBC" dron zərbəsinin də bu atışmaya cavab olaraq endirilməsi ehtimalından yazır.

“Bayraktar TB2” Türkiyənin əməliyyat-taktiki pilotsuz uçan zərbə aparatıdır. O, dörd raketlə havada 12-24 saat qala, məsafədən 8 km-dək hədəfi vura bilir. Dronu “Bayrak Makina” şirkəti istehsal edir.

Ukrayna 2019-cu ilin əvvəlində Türkiyədən “Bayraktar TB2” partiyalarının alışı üzrə saziş imzalayıb.

Azərbaycan da ötən il 44 günlük 2-ci Qarabağ müharibəsində “Bayraktar TB2” dronlarından geniş istifadə edib, bu dronlarla düşmənin dağlıq ərazilərdə yerləşdirilmiş yer-hava sistemlərini vurub. Əməliyyatlar nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa elədi.

“AzPolitika.info”








Xəbərin oxunma sayı : 856

loading...

Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda