“Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

  • / Maqazin / — 15 May 2026

    Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib

  • / Maqazin / — 12 May 2026

    Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 05 May 2026

    Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO

  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

Plastik əməliyyatın tamam dəyişdiyi məşhurlar - Fotolar

Tarix 30.07.21, 21:05

Font ölçüsü : - / +
bitmap-img6


Son vaxtlar plastik əməliyyat etdirən məşhurların sayı daha da artıb. Əksəriyyəti bıçaq altına yataraq tək burun, liposaksiya etdirməklə kifayətlənmir. Bir çoxları estetik proseduralarla bütün bədən və üz quruluşunu dəyişdirir.

Axşam.az plastik əməliyyatın tamamilə dəyişdiyi məşhurları təqdim edir:

Əməkdar artist Lalə Məmmədova son günlər görünüşündəki dəyişikliklə gündəmdən düşmür. Müğənni ilk əvvəl burnuna plastik əməliyyat etdirib. Daha sonra isə o, saç rəngini dəyişdirib. İfaçı saçını gah tünd rəngə boyatdı, gah da saraltdı. İzləyiciləri L.Məmmədovanı hər dəfə bu dəyişikliyə görə tənqid etsələr də, ifaçı özünü indi daha çox bəyəndiyini bildirib.

Rəqqasə Fatimə Fətəliyeva da son günlər dəyişikliklərlə diqqət çəkib. Müğənni əvvəlcə liposaksiya etdirərək, artıq çəkidən xilas olub. Daha sonra qaşlarını qaldıraraq, üzündə bir çox müdaxilələr etdirib. Sonda isə Fatimə saç rəngini dəyişərək yeni görünüş alıb.


Aparıcı Zümrüd Bədəlova da son vaxtlar görünüşündə xeyli dəyişikliklər edib. belə ki, o, əməliyyatla qaşlarını qaldırtdırıb, üzündə kosmetoloji proseduralar etdirib. Zümrüd eyni zamanda liposaksiyaya da müraciət edib.

Xalq artisti Aygün Kazımova illərlə müxtəlif plastik əməliyyatlar etdirib. Sənətçi üz, bədən nahiyələrindəki dəyişikliklərə görə dəfələrlə bıçaq altına yatıb. Son günlər də Kazımova saç düzümlərində tez-tez dəyişiklik etməsi ilə gündəmə gəlir.

Müğənni Xatun Əliyeva da plastik əməliyyat etdirənlər siyahısındadır. Sənətçi həm bədənşəkilləndirmə əməliyyatı etdirib, həm də rinoplastika. Burnunu kiçiltdirən Xatun üzündə də kosmetoloji proseduralar edib.







Xəbərin oxunma sayı : 961




Maqazin

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap