| |
|
Xankəndi futbol stadionunda nə baş verir? - Mühəndis yoxluğu, fəhlələrə keyfiyyətsiz yemək...
Yüksək faiz, qanunsuz girov: “S Lombard”ı kim himayə edir?
“Azəraqrar”da qalmqal - “Nazirin komandiri” yeni direktora qarşı...
Məmurların adından “təcili” pul istəyirlər - DTX araşdırma aparır
Sabiq sədr Almaniyada tikinti biznesinə başlayıb - Şərikli bina tikir + FOTO
Məmməd Musayevlə əlbir olub 100 milyonu “yeyiblər” - Vəzifəli şəxslər həbs edildi
“Qardaşımla birgə 16 milyon vermişik” - Tale Heydərovun ifadəsi oxundu
Deputat Cavanşir Feyziyev Londonda milyonluq mülklər alıb - SİYAHI
Saleh Məmmədov 1 ilə 176 milyon manat artıq vəsait xərcləyib - RƏSMİ
Leysan Məmmədovun fəaliyyəti araşdırılacaq….- Milyonlar necə xərclənir?
“Azəraqrar”ın əsl rəhbəri kimdir? - Nazirin sabiq komandirinin maaşı 7 dəfə artırılıb?
Bizim iradəmizə qarşı çıxanın başı əziləcək - Azərbaycan Prezidenti
Maliyyə Nazirliyi AAYDA yoxlama aparır - Ciddi yeyintilər aşkarlanıb
Vensin Azərbaycana səfəri: Zəngəzur dəhlizinin müzakirələri yeni mərhələdə
Prezident TÜRKPA-nın nümayəndə heyətini qəbul edib - VİDEO/FOTO
Tarix 06.06.24, 18:09 |
|
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 6-da TÜRKPA-nın Baş katibi Mehmet Süreyya Eri, Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuşu, Qazaxıstan Parlamenti Məclisinin sədri Yerlan Koşanovu, Qırğızıstan Joqorku Keneşinin sədri Nurlanbek Şakiyevi, Özbəkistan Ali Məclisi Senatının sədri Tənzilə Narbayevanı, Şimali Kipr Türk Cümhuriyyəti Məclisinin sədri Zorlu Töreni və Macarıstan Milli Assambleyasının sədrinin müavini Marta Matraini qəbul edib.
AzFakt.com Azərtac-a istinadən xəbər verir ki, görüşdə çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev dedi:
-İlk növbədə, xoş gəlmisiniz. Sizin hamınızı səmimiyyətlə salamlayıram. Əminəm ki, TÜRKPA-nın növbəti plenar iclası yaxşı nəticələr verəcək. Belə toplantılar bir qayda olaraq Türk dünyasının birliyinin təzahürü olur, əminəm ki, Bakı toplantısı da istisna olmayacaq. Türk dünyasının birləşməsi istiqamətində ölkələrimiz böyük səylər göstərirlər. Bildiyiniz kimi, Azərbaycanın xarici siyasətinin prioritetlərinin müəyyən edilməsi zamanı Türk dünyasının gücləndirilməsi, Türk dövlətləri ilə əlaqələrimiz prioritet istiqamət kimi müəyyən olunub. Builki prezident seçkilərindən sonra andiçmə mərasimindəki çıxışımda bildirmişdim ki, bizim ailəmiz Türk dünyasıdır, bizim başqa ailəmiz yoxdur. Əslində, bu, ölkəmizin bu istiqamətdəki siyasətini açıq şəkildə büruzə verir. Şadam ki, son illər ərzində Türk Dövlətləri Təşkilatı xətti ilə aparılan işlər birliyimizi daha da gücləndirir.
Bildiyiniz kimi, mənim təşəbbüsümlə bir aydan sonra Şuşada Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşü keçiriləcək. Mən hesab etdim ki, ildə bir dəfə Zirvə görüşünün keçirilməsi kifayət etməz. Çünki həm sürətli, yəni davamlı təmaslara ehtiyac var, eyni zamanda, hər bir Zirvə görüşü birliyimizin gücləndirilməsinə istiqamətlənmiş növbəti addım olur. Çox şadam və həmkarlarıma minnətdaram ki, onlar bu təşəbbüsü dəstəkləyiblər və düz bir aydan sonra Şuşa şəhərində qeyri-rəsmi Zirvə görüşü keçiriləcək. O görüşün əsas mövzuları nəqliyyat və iqlimlə bağlı olacaq. Bu da təbiidir. Çünki bu gün nəqliyyat əlaqələrinin qurulması və genişləndirilməsi Türk dünyasının birləşməsi ilə sıx bağlı olan prosesdir. Orta Dəhlizin fəaliyyətə başlaması və yükdaşımaların artırılması göz önündə olan məsələlərdir. Burada Türk Dövlətləri Təşkilatına üzv olan bütün ölkələr birgə fəaliyyət göstərir. Mən hesab etdim ki, indiki zəmanədə Orta Dəhlizin potensialına dünyada daha böyük ehtiyac var. Biz bu mövzu ilə bağlı, gələcək addımlarımızla bağlı geniş fikir mübadiləsi aparmalıyıq.
İqlim məsələləri isə bu gün Azərbaycanın gündəliyində duran əsas vəzifələrdən biridir. Bildiyiniz kimi, Azərbaycan bu il COP29 konfransına ev sahibliyi edəcək. Bu, bizim üçün həm böyük məsuliyyətdir, həm də böyük şərəfdir. Bu qlobal tədbirə hazırlıq ərəfəsində, əlbəttə ki, qardaş ölkələrlə bu məsələləri də müzakirə etmək böyük fayda verəcəkdir.
Zirvə görüşünün Şuşada keçirilməsi təbii ki, böyük rəmzi məna daşıyır. Şuşa 4 ilə yaxındır ki, işğaldan azad edilib və orada sürətlə quruculuq-bərpa işləri aparılır. Türk Dövlətləri Təşkilatına üzv ölkələrin liderləri Şuşaya səfərlər etmişlər. Türkiyə Prezidenti, Özbəkistan Prezidenti, Qazaxıstan Prezidenti, Qırğızıstan Prezidenti Ağdama və Füzuliyə səfər etmişdir. Yəni bu, işğal edilmiş torpaqların bərpası üçün, əlbəttə, böyük məna daşıyır. Biz bir daha qardaş dəstəyini hiss edirik, bütün Azərbaycan xalqı bunu hiss edir. Onu da bildirməliyəm ki, azad edilmiş torpaqlarda qardaş ölkələrin təşəbbüsü və maliyyə dəstəyi ilə artıq bir məktəb və bir incəsənət mərkəzi fəaliyyətə başlamışdır. Bunlar Özbəkistan və Qazaxıstan tərəfindən inşa edilib. Bir məktəbin təməlini isə bu yaxınlarda Qırğızıstan Prezidenti ilə bərabər Ağdam rayonunda qoyduq. Cəbrayıl rayonundakı bir məntəqədə isə Macarıstanın maliyyə dəstəyi ilə bir məktəb inşa ediləcək. Yəni bütün bunlar bir daha birliyimizi göstərir. Bu fürsətdən istifadə edərək mən qardaş ölkələrə bir daha təşəkkürümü bildirmək istəyirəm.
Onu da qeyd etməliyəm ki, azad edilmiş ərazilərdə bu gün geniş yol-nəqliyyat infrastrukturu yaradılır və bu nəhəng layihələrin icrasında Türkiyədən olan şirkətlər fəal iştirak edirlər. İndi Şuşaya gedən hər bir insan yeni çəkilən avtomagistraldan keçərək öz gözü ilə görür ki, orada 7 tunel, 9 viaduk, bir çox körpülər inşa edilir və podratçıların əksəriyyəti Türkiyədən olan şirkətlərdir. Eyni zamanda, dəmir yolunun bərpası prosesi də sürətlə gedir. Horadiz-Ağbənd dəmir yolunun podratçısı da Türkiyə şirkətləridir. Yəni biz azad edilmiş torpaqlarda Türk dünyasının birliyini əyani şəkildə görürük. Təbii ki, bu, həm bizi sevindirir, həm də bütün Türk dünyası ölkələrinin bir-birinə nə qədər bağlı olmasından xəbər verir.
Azad edilmiş torpaqlarda həyat bərpa olunur. Artıq 4 şəhər və 4 kənd bərpa edilib və keçmiş köçkünlər oraya qayıtmışlar. Yeddi mindən çox keçmiş köçkün artıq öz dədə-baba torpaqlarında yaşayır və bu ilin sonuna qədər bu rəqəm ən azı 20 minə çatacaq. Geniş quruculuq, abadlıq işləri aparılır və Qarabağ, Şərqi Zəngəzur dünyanın ən inkişaf etmiş bölgələrindən birinə çevriləcəkdir.
Mən bir daha qeyd etmək istəyirəm ki, TÜRKPA-nın bugünkü toplantısı böyük əhəmiyyət daşıyır. Əminəm ki, müzakirə ediləcək məsələlər bizim birliyimizi daha da gücləndirəcək. Eyni zamanda, hər dəfə qardaş ölkələrdən yüksəkvəzifəli şəxslər ölkəmizə gələndə, bu, bizi sevindirir. Türk dünyası böyük bir ailədir, böyük potensiala malikdir, böyük coğrafiyanı əhatə edir. Nəqliyyat yolları, enerji resursları, insan kapitalı, artan əhali, demoqrafik vəziyyətin müsbət olması – bunlar, böyük bir güc potensialıdır. Bizim vəzifəmizdir ki, bu potensialı dünya miqyasında böyük bir gücə çevirək, əminəm ki, bu olacaq, biz bunu görürük. Hər bir toplantı, hər bir Zirvə görüşü bizim məqsədlərimizə doğru atılan növbəti addım olur.
Bir daha sizi salamlayıram, xoş gəlmisiniz. Sizə xoş səfər arzulayıram.





Xəbərin oxunma sayı : 682
Siyasət
Xəbərlər
-
Bu şirkət tenderlərdə “zerkalnı” məbləğlər udur - SİYAHI
-
Su və Meliorasiya İnstitutunun strukturu təsdiqləndi - 435 ştat vahidi müəyyən edildi
-
Aqil Ələsgər Şimali Kiprdə Prezident və Baş nazirlə görüşlərdə iştirak etdi - FOTO
-
TƏBİB-in təcili yardım maşınları ilə bağlı tapşırığı: Bakıda sirenlər susmur
-
Sumqayıtda velosiped oğurluqlarının qarşısı alınıb - Həbslər var
-
Dövlət xidmətinin rayon şöbəsində insident - Həbs olunan var
-
İkinci əl avtomobillərin satışında mühüm dəyişiklik - Kimlərə şamil olunacaq?
-
Anbarlarda yer qalmadı, büdcə boşalır: Hindistanı çıxılmaz vəziyyətə salan “düyü bolluğu“
-
Dövlət Komitəsinin sədrinin müavinlərinin sayı artırılıb - FƏRMAN
-
Təhsil müəssisələri hələ də odun ilə qızdırılır? - FOTOFAKT
-
“Adlarını birinci görməyəndə stres keçirirlər” - Zahid Oruca söz atdı
-
Baş redaktor İnam Kərimova müraciət etdi - “Sizdən xahiş edirəm ki...“
-
Naxçıvana yanacaq tədarükü hardan həyata keçirilir? - SOCAR açıqladı
-
Azərbaycanda kuryerlər vergiyə cəlb olunacaqlar - Parlament ilk oxunuşda qəbul etdi
-
Taksi sürücülərinin vergi ödəmə qaydası dəyişdirilir - Artacaq, yoxsa azalacaq?
-
Biləcəridəki Dəmiryol Xəstəxanası sökülür - VİDEO
-
Azərbaycanda evini kirayəyə verənlərlə bağlı yenilik: Vergi qaydaları dəyişir
-
TRİPP layihəsi nə vaxt tamamlanacaq? - Nazir detalları açıqladı
-
Qələbə dairəsində hərəkətdə dəyişiklik edildi - VİDEO
-
Azərbaycanda pensiya və sosial yardım alanların sayı AÇIQLANDI
-
MDB-nin subay prezidenti - Maya Sandu “Persona”da
-
Dünyanı qorxudan xəbərdarlıq - Hökumətlərə çağırış edildi
-
İşsiz qalıb, pensiyasını da bərpa edə bilmir - “3 aydır həkimlərdəyəm”
-
“Möhürü də var, apostil də olunub, amma universitetdən cavab gəlir ki, belə tələbəmiz yoxdur” - Şikayət
-
ABŞ-ın Küveytdəki bazasına zərbələr endirilib - SEPAH
-
Ramiz Mehdiyev ona verilən cəzadan narazıdır - Şikayət edib
-
Mərdəkan qəsəbəsində yataqxana binası yandı - VİDEO
-
Ailəsindən ayrılan kişinin başqa qadınla meyitinin tapılmasının yeni təfərrüatı - Video
-
Britaniyadan Ukraynaya hərbi yardım - “Gripen“ qırıcıları ilə bağlı da razılaşma var
-
Yeni rüsum Gürcüstandan gətirilən avtomobillərin qiymətinə təsir edəcək? - VİDEO
-
Avtobus sürücülərinin qayda pozmasına görə hansı tədbir görülür? - VİDEO
-
8 Noyabr prospekti 2 həftədir təmirdədir... - “Nə var üstünü örtməyə?”+Video
-
“Mançester Siti” Holanı satmağa hazırlaşır - 175 milyon avro tələb edcək
-
Bu cihaz olmadığından özəl xəstənalara üz tuturlar - VİDEO
-
Anna Akopyan tıxacda qaldı -Qadın sürücüləri etiraza çağırdı
-
Kolbasa və sosiska alarkən diqqətli olun: Bu əlamətlər təhlükədən xəbər verir
-
ƏDV güzəşti uzadılır - çörək və ərzaq ucuzlaşacaqmı?
-
Prokuror məşhur iş adamlarına cəza istəyəcək - 800 min manatlıq mənimsəmə
-
“Meridian Luks“, “Vegas City Hall“, “Sarı Gəlin“ şadlıq saraylarında nöqsanlar - Camış əti, saxta kürü...
-
Hərbçilərin həyat yoldaşlarına minimum əməkhaqqı verilə bilər - Yenilik
-
Etibar Pirverdiyevin adı keçən prosesin qapalı keçirilməsi tələb olundu - QALMAQAL
-
Azərbaycanda iki sosial müavinət artırılır - Yeni məbləğ
-
Binəqədidə 23 yaşlı qadın qətlə yetirildi - Ögey qardaşı saxlanıldı
-
“İran Vaşinqtona hücum etsə, ABŞ görünməmiş cavab zərbəsi endirəcək“ - Tramp
-
Azərbaycanda orta aylıq maaş 1173 manata çatıb - Bəs vətəndaş niyə bahalıqdan şikayətlənir?
-
Bakıdakı insidentin təfərrüatı: Sevgilisini başqa qadınla tutubmuş - VİDEO
-
“Təcili Çatdırılma Problemi Bildirişi” başlıqlı saxta mesajlar göndərirlər - XƏBƏRDARLIQ
-
“Azərbaycan Restaurants“ audit tələbini yerinə yetirmədi - Cərimə olundu
-
Mariam Kvrivişvili İlham Əliyevin qəbulunda - FOTOLAR
-
Bakıda ilin ən uzun gecəsi olacaq - Tarix açıqlandı
-
Prezident Almaniyanın XİN rəhbərini qəbul etdi - Fotolar
-
Yol-nəqliyyat hadisələri ən çox hansı günlərdə baş verir? - Rəsmi məlumat
-
Azərbaycanda saatlıq əməkhaqqı sistemi: yeni qanunda nə deyilir?
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
İran ABŞ-də “çirkli bomba” partlatmağa hazırlaşır - CNN
-
Eşitmə məhdudiyyətli məktəbli müdir otağına girib seyfi boşaltdı - Cəza verildi
-
Bu şəxslərə 70 milyonluq dəstək: 600 mənzil və avtomobillər
-
Türkanda qanunsuz karxana işlədən şəxsə hökm oxundu - Elektron qolbaqda gəzəcək
-
Nigar Camal özünə 420 min manata lüks avtomobil aldı - VİDEO
-
“ATA Tinqçilik“in 37 min avroluq işi: Direktorun ölkədən çıxışına “stop“ qoyuldu
-
Din xadimləri ilə bağlı yayılan məlumatlar barədə - Xəbərdarlıq
-
“Türkiyəyə bir də zibilli ayağını basmayacağını bəyan edir...“ - Deputatdan sərt açıqlama
-
Nazirlikdə bu qayda dəyişdi - Anar Bayramov rayonlara gedir
-
Dövlət şirkətlərində kütləvi ixtisarlar gözlənilir - Hansı qurumlar bağlanacaq?
-
“Parlament danışmaqxana deyil” - Spikerdən deputata irad
-
Ev sahibini hədələyib 11 min manat alanlar tutuldu - FOTO
-
Bakıda reklam agentliyinin rəhbəri həbs olundu - Borc davası
-
Həcc ziyarətində yeni xidmətlər, yeni qiymətlər - AÇIQLAMA
-
Aldığı telefonun kreditini ödəyə bilmədi, arvadını döydü
-
Yollarda faciəvi statistika: 9 ayda 500 nəfər ölüb
-
Dərsliklər niyə narazılıq yaradır? - Nazirlik ictimaiyyətin passivliyini əsas gətirdi
-
Azərbaycana 314 milyon dollarlıq smartfon idxal edilib - Ən çox hansı ölkədən gətirilib?
-
Təcili tibbi yardım sistemində idarəetmə böhranı: TƏBİB rəhbərliyi vəziyyətə nə zaman müdaxilə edəcək?
-
Epşteyn həbsxanada öldürülmüş ola bilər - Məhkəmə-tibbi ekspert şübhəli məqamları açıqlayıb
-
Prokuror cəza istədi, məhkəmə bəraət verdi - Bakıda səs-küylü dələduzluq işi
-
Bakıda sərxoş kişi əvvəl maşını mağazaya çırpdı, sonra qadını yumruqladı - VİDEO
-
Nazir generallara ali hərbi rütbələrini təqdim etdi - FOTOLAR
-
Azərbaycanda siqaret bahalaşa bilər - Qiymət və tarix açıqlandı
-
Qaxda 125 ağac kəsərək nazirliyə 34 minlik zərər vuran şəxsə elektron qolbaq taxıldı - TƏFƏRRÜAT
-
İsrail 2006-cı ildə iranlı generalı İstanbulda qaçıraraq öldürüb – NYT
-
Türkiyədə Sözcü TV-də əməliyyat keçirilib - Kanala qəyyum təyin edilib
-
Bülbülə gölündə bənd yarıldı: Evlər su altında qaldı (VİDEO)
-
Hikmət Hacıyev Aİ rəsmiləri ilə bir araya gəldi - Nələr müzakirə olunub?
-
Mehriban Əliyevadan Milli Dirçəliş Günü paylaşımı - FOTO
-
“Böyük Qayıdış” davam edir: Növbəti köç karvanı ilə 83 ailə yola salınıb
-
Azərbaycan-Böyük Britaniya əməkdaşlığı: regional maraqlar və qlobal çağırışlar
-
Azərbaycanın çoxşaxəli xarici siyasətinin və beynəlxalq əməkdaşlığa verdiyi önəmin növbəti təzahürü
-
Prezident Milli Dirçəliş Günü münasibətilə paylaşım edib - FOTO
-
Millimiz ili qələbə ilə yekunlaşdırdı - Andorranı məğlub etdi
-
Azərbaycanda Milli Dirçəliş Günüdür
-
İnstaqramda bu gün nələr paylaşıldı? - FOTOLAR
-
Bakıda 50 illik park məhv olur: Villalardan tonlarla zibil tökülür (VİDEO)
-
Sənəd olsa da, belə yerlərdə ev tikmək olmaz - Diqqət
-
Moskva və Vaşinqton arasında çox sayda ziddiyyət hələ də qalır - Lavrov
-
Leyla Əliyeva Qaraçuxur İdman Zalının açılışında - Fotolar
-
Saxta “İvanovka” məhsulları istehsal edən sex bağlandı - VİDEO
-
Gələn ildən bank əmanətləri vergiyə cəlb ediləcək - XƏBƏRDARLIQ
-
Alyona Əliyeva “Sərhədsiz Uçuş” sərgisində - VİDEO
-
“Mahal MTK“da rüşvət və özbaşınalıq - Müştəriləri belə aldadırlar
-
“Tərtər işi”nə görə daha üç nəfər təzminat alacaq - Məbləğlər
-
“Putin Ukrayna məsələsində mövqeyini yumşaldır, güzəştlərə gedir“ - Tramp
-
“Boranı” restoranında qeyri-adi tələblər: “3-4 nəfərlə gəl”, “Əlavə pul ödə”…
-
Məşhur salonlar şəbəkəsinin rəhbəri ilə bağlı məhkəmədən qərar - Xitam verdildi
-
TRIPP layihəsi Tehranda narahatlıq yaradıb - İran Ermənistanı hədələyir
-
Azərbaycan-Böyük Britaniya strateji tərəfdaşlığı regional və beynəlxalq təhlükəsizlik amilidir
-
500 manat qazananın 300 manatı vergiyə gedəcək - Bu şəxslər üçün şok qərar
-
“Putinlə Trampın görüşü mütləq baş tutacaq” - Uşakov
-
Azərbaycanın 12 Milli Qəhrəmanı sağdır - SİYAHI
-
“Kristal“da gizli rəqəm OYUNU - Deputatın oğlu vətəndaşları aldadır?
-
Dövlət qulluğunda işləmək istəyənlərin NƏZƏRİNƏ - Qaydalar və ödənişlər dəyişir
-
Avropa İttifaqından Kiyevə rekord dəstək: Ukraynaya 8 milyard avro ayrıldı
-
FHN-ə məxsus 21 nəqliyyat vasitəsi cəmi 27 min manata satıldı - SİYAHI
-
Bakıda 5 milyonluq əmlak sahibindən xəbərsiz söküldü - Amma gör kimi məhkəməyə veriblər!
-
ABŞ Yaxın Şərqdə hərbi qüvvələrini artırır - Daha bir təyyarədaşıyan göndərdi
-
Hər 100 manatın 65 manatı... - Yeni rəqəm açıqlandı
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Minimum əməkhaqqı bu qədər olacaq - Əhaliyə şad xəbər
-
Ayın 17-də qar yağacaq - 10 dərəcə şaxta olacaq
-
Kirayədə qalanların bilmədiyi qayda - Bu pulu kim ödəməlidir?
-
Plastik cərrahiyyə sertifikatı olmayan Səkinə Xudiyeva cərimələndi - Şikayəti rədd edildi
TOP 10
ARXİV






