“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

Qadın tanışı ilə mübahisə edərək avtomobili qəsdən aşıran şəxs istintaqa cəlb olunub - TƏFƏRRÜAT

Tarix 19.07.24, 17:44

Font ölçüsü : - / +
bitmap-img6


Qadın tanışı ilə mübahisə edərək avtomobili qəsdən aşıran şəxs istintaqa cəlb olunub

İyulun 3-də Bakının Yasamal rayonu Kənar Dairəvi yolda avtomobilin dərəyə aşması nəticəsində bir nəfərin ölməsi, bir nəfərin isə xəsarət alması ilə nəticələn yol qəzası ilə bağlı bəzi təfərrüatlar məlum olub.

“Report”un əldə etdiyi xəbərə görə, “Cherry” markalı avtomobilin sürücüsü yanında olan qadın tanışı ilə mübahisə edərək maşını qəsdən dərədən aşırıb.

İstintaq orqanı tərəfindən sürücü istintaqa cəlb edilib və ona qəsdən adam öldürmə faktı ilə bağlı ittiham irəli sürülüb.

Baş Prokurorluğun Mətbuat xidmətindən “Report”un sorğusuna cavab olaraq bildirilib ki, iyulun Yasamal rayonu Kənar Dairəvi Yolda “Cherry” markalı avtomobilin dərəyə aşması nəticəsində 1982-ci il təvəllüdlü Günay Əkbərovanın ölməsi, 1990-cı il təvəllüdlü Mustafa Nəcəfovın isə xəsarətlər alması faktı ilə bağlı Yasamal rayon prokurorluğunda cinayət işi başlanıb.

“İbtidai istintaq zamanı Mustafa Nəcəfovun idarə etdiyi avtomobili qəsdən dərədən aşağı aşırması nəticəsində sərnişin Günay Ələkbərovanın hadisə yerində ölməsi, özünün isə müxtəlif dərəcəli bədən xəsarətləri almasına əsaslı şübhələr müəyyən edilib”- deyə məlumatda qeyd edilib.

Mustafa Nəcəfov iş üzrə Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilib və hazırda xəstəxanada müalicəsinin davam etdirilməsi nəzərə alınaraq barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib. Hazırda cinayət işi üzrə ibtidai istintaq davam etdirilir.



Xəbərin oxunma sayı : 814




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap