“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

Qadınların təqaüd yaşının qaldırılması: Səbəblər və dünya praktikası - ŞƏRH

Tarix 09.06.21, 21:23

Font ölçüsü : - / +
bitmap-img6


"Azərbaycanda təqaüd yaşının artırılması o qədər də ciddi müzakirələrə və etirazlara səbəb olmur”.

Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli qadınların pensiya yaşının artırılması ilə bağlı qərara münasibətində deyib. Onun sözlərinə görə, Azərbaycanda illər öncə bir qanun qəbul olunub və həmin qanuna görə, hər il təqribən 6 ay qadınların və kişilərin pensiyaya çıxma yaşı artırılacaq:

"Proses kişilərdə 65, qadınlarda isə 63 yaşına kimi davam edəcək. Bu qərarı verərkən əmək bazarının xüsusiyyətlərinin nəzərə alınacağını söyləmişdilər. Burada əmək bazarı ilə birbaşa əlaqənin olduğunu düşünmürəm. Çünki Azərbaycanda demoqrafik vəziyyət hələ ki, yaxşıdır, əmək bazarında belə işçi çatışmazlığı müşahidə olunmur. Əksinə, ciddi şəkildə işsizlik var. Ona görə də təqaüd yaşının artırılmasının yeganə səbəbi Sosial Müdafiə Fondunun vəsaitlərinə qənaət kimi anlamaq olar. Çünki insanlar nə qədər gec təqaüdə çıxırlarsa, il ərzində bir o qədər az təqaüd verilir. Ölkə üzrə yaşayış yaşını nəzərə alsaq, təqaüdə çıxdıqdan sonra az müddətdə təqaüd ala bilirlər. Bu da ciddi problemlərdən biridir. Əslində yanaşma belə olmalıdır, insanlar təqaüdə çıxdıqdan sonra ən azı 15 il təqaüd almalıdırlar”. 
 

Natiq Gəfərli bildirib ki, xarici, əsasən də inkişaf etmiş ölkələrdə təqaüd yaşıyla bağlı bu normalar önə çəkilir: 

"İnkişaf etmiş ölkələrin müxtəlif yanaşmaları var. Qərbi Avropa ölkələrində demoqrafik vəziyyət çox pisdir. İşçi qüvvəsi çatışmazlığı müşahidə olunur. Bu zaman bəzi ölkələr təqaüd yaşını artırmaqla bağlı qərarlar verdi. Nəticə etibarı ilə bu qərarları iş yerlərində peşəkarların çatışmazlığı ilə izah elədilər. Bir çox ölkələrdə təqaüd yaşının artırılması mənfi qarşılanır”.



Xəbərin oxunma sayı : 505




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap