Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO “Həyatımı alt-üst etdin, hər şeyi dəyişdin“ - VİDEO Yarıçılpaq libası ilə diqqət çəkdi - Fotolar Ayselin kürək və sinə dekolteli geyimi - VİDEO
Axtar
 
  • / Maqazin / — 21 Sentyabr 2025

    Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 20 Sentyabr 2025

    “Həyatımı alt-üst etdin, hər şeyi dəyişdin“ - VİDEO

  • / Maqazin / — 15 Sentyabr 2025

    Yarıçılpaq libası ilə diqqət çəkdi - Fotolar

  • / Maqazin / — 29 Avqust 2025

    Ayselin kürək və sinə dekolteli geyimi - VİDEO

  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

Qarşılıqlı münasibət qarşılıqlı etimada, inama əsaslanır

Tarix 10.06.24, 14:22

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycanın dövlət müstəqilliyi bərpa olunduqdan sonra onu rəsmən tanıyan dövlətlərdən biri də Misir Ərəb Respublikası oldu. Misir Ərəb Respublikası Azərbaycanın müstəqilliyini 1991-ci il dekabrın 26-da tanıdı. 1993-cü ildə qarşılıqlı diplomatik əlaqələrin yaradılması haqqında protokola əsasən Misirin Bakıda, 1994-cü ilin yanvarında isə Azərbaycanın Qahirədə səfirlikləri açıldı. Bunlar iki dövlət arasında qarşılıqlı etimada, inama əsaslanan münasibətlərin təzahürü idi. Ermənistan-Azərbaycan münaqişəsinin həlli məsələsində Misir Azərbaycanın ərazi bütövlüyünü həmişə dəstəkləyib, üzv olduğu beynəlxalq təşkilatlarda ədalətli mövqeyini daim müdafiə edib.

İyun ayının 8-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Misir Ərəb Respublikasına rəsmi səfəri də bu münasibətlərin davamı kimi tarixləşdi. Rəsmi səfərdə cənab İlham Əliyev mətbuata verdiyi bəyanatda qeyd etdi ki, cari səfər Misir-Azərbaycan əlaqələrinin inkişafına böyük töhfə verəcək, ölkələrimiz arasındakı siyasi müntəzəm xarakter daşıyan dialoq bundan sonra da davam etdiriləcək. 
      
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bildirdi ki, "Bütün beynəlxalq məsələlərdə bizim fikrimiz üst-üstə düşür. Hər iki ölkə beynəlxalq təşkilatlar çərçivəsində fəal çalışır, o cümlədən BMT, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində fəal əməkdaşlıq olunur, habelə İslam həmrəyliyinin gücləndirilməsi istiqamətində birgə səylər göstərilir".
      
Ermənistanın Azərbaycanın 20 faiz torpağını işğal etməsinə qarşı başlayan Vətən müharibəsində qazanılan tarixi Zəfəri xatırladan ölkə başçımız Azərbaycanın ədalətli müharibədə Zəfər qazandığını da, Azərbaycanın ərazi bütövlüyünün tam bərpa olunduğunu da xatırladaraq dedi: "Danışıqlar prosesində irəliləyiş üçün yaxşı imkanlar var. Azərbaycanın Qazax rayonunun otuz ildən çox müddət ərzində işğal altında olmuş dörd kəndi danışıqlar yolu ilə Azərbaycana geri qaytarılmışdır".
      Rəsmi səfərdə "Azərbaycan Respublikasının Bakı Şəhər İcra Hakimiyyəti ilə Misir Ərəb Respublikasının Qahirə Qubernatorluğu arasında dostluq və əməkdaşlıq haqqında Anlaşma Memorandumu", "Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə Misir Ərəb Respublikasının Elektrik və Bərpaolunan Enerji Nazirliyi arasında elektrik və bərpaolunan enerji sahələrində əməkdaşlıq haqqında Anlaşma Memorandumu", və s. kimi sənədlər imzalandı.
      
Azərbaycan Respublikasınını Prezidenti cənab İlham Əliyevin Misir Ərəb Respublikasına rəsmi səfəri dövlətlərarası münasibətlərin daha da inkişaf etdirilməsinin təsdiqidir. Bu inkişaf təkcə siyasi müstəvidə təzahür etmir, həm də etimadın, inamın təzahürüdür.

Nail Xanməmmədov



Xəbərin oxunma sayı : 400




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap