“Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal
Axtar
 
  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

  • / Maqazin / — 11 Noyabr 2025

    Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR

  • / Maqazin / — 10 Noyabr 2025

    “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO

Qətər Avropa İttifaqını hədələdi: Brüssel təlaşa düşüb

Tarix 27.07.25, 17:47

Font ölçüsü : - / +
bitmap-img6


Qətər Brüsseli Avropa İttifaqı ərazisində işləyən şirkətlərdə məcburi əmək və ətraf mühitə dəyən zərərlə bağlı araşdırmanı zəruri edən qanununa cavab olaraq qaz tədarükünü kəsməklə hədələyib.

Qətərin Belçikaya göndərdiyi məktub Reuters-in əlinə keçib.

Qətər ABŞ və Avstraliyadan sonra dünyanın üçüncü ən böyük mayeləşdirilmiş təbii qaz (LNG) ixracatçısıdır. 2022-ci ildə Ukraynada müharibə başlayandan bəri ölkə Avropanın LNG tədarükünün 12 faizindən 14 faizə qədərini təmin  edib.

Mayın 21-də Qətərin energetika naziri Saad əl-Kaabi Belçika hökumətinə ünvanladığı məktubda ölkəsinin Aİ-də fəaliyyət göstərən böyük şirkətlərdən təchizat zəncirlərində insan haqları və ətraf mühit problemlərini müəyyənləşdirməyi və həll etməyi tələb edən Aİ-nin Direktivinə (CSDDD) cavab verdiyini bildirib:  “Sadə dillə desək, CSDDD-də əlavə dəyişikliklər edilmədikcə, Qətər dövləti və QatarEnergy-nin bizim LNG və digər məhsullar üçün Aİ-dən kənarda alternativ bazarları ciddi şəkildə nəzərdən keçirməkdən başqa seçimi olmayacaq”.

Avropa Komissiyası həmçinin Qətərdən mayın 13-də məktub alıb. AK sözçüsü Reuters agentliyinə bildirib ki, Aİ qanunvericiləri və digər ölkələr hazırda CSDDDD-yə dəyişikliklərlə bağlı danışıqlar aparırlar: "Onlar indi danışıqlar aparmalı və Komissiyanın təklif etdiyi əhəmiyyətli sadələşdirmələri qəbul etməli olacaqlar".

Bu ilin əvvəlində Brüssel tələbləri yumşaltmaq üçün CSDDD-yə dəyişiklikləri təklif edib. Bu, qanunun qüvvəyə minmə müddətinin bir il  - 2028-ci ilin ortalarına qədər təxirə salmaq, şirkətlərin tədarük zəncirlərində keçirməli olacaqları yoxlamaların sayını məhdudlaşdırmaq və sair idi. Tələblərə əməl etməyən şirkətlər qlobal dövriyyələrinin 5 faizə qədər cərimə ilə üzləşə bilər.

Qətər CSDDD-nin iqlim planları üçün tələbləri ehtiva edən hissəsini silməyi təklif edib.

Kaabi həm də QatarEnergy-nin baş icraçı direktorudur. QatarEnergy qazının Shell, TotalEnergies və ENI kimi iri Avropa şirkətləri ilə uzunmüddətli qaz tədarükü müqavilələri var.



Xəbərin oxunma sayı : 703




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap