“Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal
Axtar
 
  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

  • / Maqazin / — 11 Noyabr 2025

    Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR

  • / Maqazin / — 10 Noyabr 2025

    “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO

Döyüşlər təmas xətti üzrə dayanmalıdır - Aleksandr Sırski

Tarix 06.12.25, 9:00

Font ölçüsü : - / +
bitmap-img6


Ukrayna üçün ədalətli sülh heç bir ilkin şərt qoyulmadan müharibənin başa çatması deməkdir. Döyüşlər isə mövcud təmas xətti üzrə dayandırılmalıdır.

AzFakt.com “RBK-Ukrayna”ya istinadla xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin Baş komandanı Aleksandr Sırski “Sky News”ə müsahibəsində bildirib.

General vurğulayıb ki, hazırda əsas vəzifə “Ukrayna torpağını, ölkəni və əhalisini qorumaqdır”.

“Əlbəttə ki, bizim üçün ərazini vermək qəbulolunmazdır. Ümumiyyətlə, torpağımızı kiməsə “vermək” nə deməkdir? Biz məhz ona görə döyüşürük ki, öz ərazimizi heç kimə verməyək”, – deyə o, söyləyib.

Onun sözlərinə görə, Ukrayna hətta Rusiyaya Donetsk və Luqansk vilayətlərinin tam şəkildə verilməsinə məcbur qalacağı ssenarini belə nəzərdən keçirmir.

“Bütün müharibələr nə vaxtsa bitir və əlbəttə, biz də ümid edirik ki, bizim müharibəmiz sona çatacaq. Həmin vaxt gələndə ədalətli sülh qurulmalıdır. Mənim anlayışıma görə ədalətli sülh ilkin şərtlər olmadan, ərazi güzəştləri olmadan sülh deməkdir. Bu isə döyüşlərin mövcud təmas xətti boyunca dayandırılması anlamına gəlir”, – deyə baş komandan qeyd edib.

O bildirib ki, əvvəlcə qeyd-şərtsiz atəşkəs olmalıdır, daha sonra danışıqlar başlamalıdır.

“Bundan başqa hər hansı format bizim üçün ədalətsiz sülh olardı və qəbuledilməzdir”, – deyə A. Sırski vurğulayıb.



Xəbərin oxunma sayı : 115




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap