“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

Qubada mağazalardan oğurluq etdi: Polisləri görüb özünü bıçaqladı

Tarix 03.03.22, 20:16

Font ölçüsü : - / +
bitmap-img6


Qubada mağazalardan oğurluq edən şəxs bıçaqla özünə xəsarət yetirib.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat yayıb.

Bildirilib ki, nazirliyin “102 Zəng Mərkəzi” Xidmətinə martın 2-də saat 3 radələrində Quba rayonunun İqriq kəndi ərazisindəki bir mağazadan şüşəni sındırmaq yolu ilə 480 manat dəyərində tütün məmulatı, İsnov kəndi ərazisində isə digər bir mağazanın qarşısından inşaat materiallarının oğurlanması barədə məlumat daxil olub.

Dərhal polis əməkdaşları tərəfindən müvafiq araşdırmalar aparılan və hadisənin “Khazar” markalı avtomobilin sürücüsü tərəfindən törədilməsi aşkar edilib.

Görülən tədbirlərlə həmin avtomobil Bakı-Quba yolunun 26-cı kilometrliyində Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Hadisəni törətməkdə şübhəli bilinən Siyəzən rayon sakini, əvvəllər oğurluq və soyğunçuluğa görə məhkum olunmuş İ.Bəylərov polis əməkdaşları tərəfindən saxlanılarkən o, özünün qarın nahiyəsinə bıçaqla daxilə nüfuz etməyən yüngül xəsarət yetirib.

İ.Bəylərov xəstəxanaya yerləşdirilib, vəziyyəti qənaətbəxşdir.

Faktla bağlı araşdırma aparılır.



Xəbərin oxunma sayı : 496




Kriminal

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap