Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO “Heç kəs yaxşı əri başqa qadına verməz“ - Xuraman Şuşalı Mənim həyat hekayəm onunkunu keçər - Günel Zeynalova
Axtar
 
  • / Maqazin / — 11 Noyabr 2025

    Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR

  • / Maqazin / — 10 Noyabr 2025

    “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO

  • / Maqazin / — 01 Noyabr 2025

    “Heç kəs yaxşı əri başqa qadına verməz“ - Xuraman Şuşalı

  • / Maqazin / — 27 Oktyabr 2025

    Mənim həyat hekayəm onunkunu keçər - Günel Zeynalova

  • / Maqazin / — 19 Oktyabr 2025

    Model Günay Musayevə çılpaq fotosunu PAYLAŞDI

  • / Maqazin / — 16 Oktyabr 2025

    Aysel Teymurzadə “The Most“ jurnalında - FOTOLAR

Regionun ən bahalı xiyarı Azərbaycanda satılır – Siyahı

Tarix 31.07.24, 17:38

Font ölçüsü : - / +
bitmap-img6


Hazırda Azərbaycanın aparıcı supermarketlərində xiyarın 1 kiloqramının satış qiyməti təxminən 2 manata bərabərdir.

Yeniavaz.com xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə xiyarın qiyməti 3 dəfə baha satılır.

Müqayisə üçün bildirək ki, ötən ilin iyul ayında Azərbaycanda xiyarın 1 kiloqramının orta satış qiyməti 70 qəpik olub.

Qeyd edək ki, region ölkələri ilə müqayisədə xiyar ən baha qiymətə Azərbaycanda satılır. Nümunə üçün bildirək ki, hazırda ölkənin aparıcı supermarketlərindən biri olan “Bravo”da 1 kiloqram xiyar (melit) 1 manat 88 qəpiyə satılır.
Başqa bir supermarketdə – “Neptun”da 1 kiloqram xiyar (melit) 2 manat 10 qəpiyə satılır.
Ermənistanın aparıcı supermarketlər şəbəkəsindən biri olan “Tsiran”da Rusiyadan idxal olunan 1 kiloqram xiyar 350 drama (1 manat 54 qəpik) satılır.
Rusiyanın aparıcı onlayn satış şəbəkələrindən biri olan “Meqamarket”də yerli istehsal olan 1 kiloqram xiyar 90 rubla (1 manat 78 qəpik) satılır.
Türkiyənin aparıcı supermarketlər şəbəkələrindən biri olan “Migros”da 1 kiloqram xiyar 24,95 lirəyə (1 manat 28 qəpik) satılır.
İranın aparıcı onlayn satış şəbəkələrindən biri olan “Shirik.ir”də 1 kiloqram xiyar 21 000 tümənə (85 qəpik) satılır.



Xəbərin oxunma sayı : 1243




İqtisadiyyat

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap