“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

Ronaldu azərbaycanlı futbolçuya təşəkkür etdi - FOTO

Tarix 24.06.21, 20:01

Font ölçüsü : - / +
bitmap-img6


Cənubi azərbaycanlı futbolçu Əli Daei milli komandada vurulan qol sayı üzrə beynəlxalq rekorduna Kriştianu Ronaldunun şərik çıxmasına münasibət bildirib.

AzFakt.com xəbər verir ki, İran millisinin sabiq hücumçusu Portuqaliya yığmasının kapitanının Fransa ilə qarşılaşmada "dubl" edərək onunla bərabərləşməsindən sonra açıqlama verib:

"Ronaldunu təbrik edirəm. Hazırda hər ikimizin 109 qolu var. Beynəlxalq rekordumu qırmaq üçün ona bir qol kifayət edəcək. Mənim üçün böyük şərəfdi ki, belə bir ali nailiyyət ona qismət olacaq. Kriştianu böyük çempion və böyük insandı. O, bəşəriyyəti ilhamlandırır, onların həyatlarına təsir göstərir".

Ronaldu öz növbəsində Əli Daeinin jestini cavabsız qoymayıb. Ulduz futbolçu "Instagram”da paylaşım edərək cənubi azərbaycanlı futbolçuya təşəkkür edib: 

"Həqiqi çempionlar həmişəlik çempion olaraq qalır. Sizin kimi böyük futbolçudan bu cür sözləri oxuduğum üçün qürur duyuram. Çox sağ ol, Əli Daei”.

Qeyd edək ki, Ronaldu AVRO-2020-nin qrup mərhələsinin Fransa ilə 2:2 hesablı heç-heçəyə imza atdlıqları qarşılaşmada penaltilərlə "dubl" müəllifi olub. Bununla da portuqaliyalı ulduz Əli Daeinin kişilər arasında milli komandada ən çox qol rekorduna çatıb.
 




Xəbərin oxunma sayı : 769




İdman

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap