![]() |
|














Rusiya “sülhməramlı komandanını ” yenə dəyişdi – General Anaşkin hansı “qəhrəmanlıqlar”ı göstərib?
Tarix 25.09.21, 14:00 |
|

Rusiya bir ay ərzində artıq ikinci dəfədir ki, Qarabağdakı hərbi kontingentinin rəhbərini dəyişir. Bu dəfə general-leytenant Gennadi Anaşkin general-mayor Mixail Kosobokovu əvəzləyib.
Kosobokov bu vəzifəyə təyin olunanda mətbuatda və sosial şəbəkələrdə onun Ukraynada və Abxaziyada Rusiyanın işğalçı qoşunlarının tərkibində qulluq etdiyi, hətta Ukraynanın onu terrorçuluqda günahlandırdığı qeyd olunurdu. Bu səbəbdən də Moskvanın həmin təyinatı cəmiyyətimizdə etirazla qarşılanmışdı.
Bu baxımdan onun qısa müddətdən sonra qəfil geri çağırılmasının səbəbi maraq doğurur. Ancaq bununla bağlı hər hansı rəsmi açıqlama yoxdur.
Qeyri-rəsmi məlumatlarda isə Mixail Kosobokovun geri çağırılması rəsmi Bakının onun fəaliyyətindən narazı qalması ilə izah olunur. Bu barədə musavat.com-un verdiyi məlumatd bildirilir ki, Kosobokov fəaliyyətdə olduğu qısa müddətdə bir neçə dəfə ciddi yanlışlıqlara yol verib.
Belə ki, sentyabrın 17-də Rusiya Müdafiə Nazirliyi erməni tərəfinə istinadən, Azərbaycan Ordusunun bölmələri tərəfindən guya atəşkəsin pozulması və nəticədə Şuşa istiqamətində 2 erməni silahlısının yaralanması barədə xəbər yayıb. Azərbaycan Müdafiə Nazirliyi bu iddianı “təəssüf və təəccüb” ifadələri ilə təkzib edib.
"Haqqında bəhs olunan hadisə Azərbaycanın Müdafiə Nazirliyi nümayəndələrinin və Rusiya Federasiyasının sülhməramlı kontingentinin rəhbərliyinin birgə iştirakı ilə araşdırılıb. Nəticə etibarilə, qeyd olunan tarixdə və göstərilən istiqamətdə bölmələrimiz tərəfindən hər hansı atəşin açılmadığı təsbit olunub. Hər iki tərəfin iştirakı ilə araşdırılmış məlumatın sonradan tamamilə əks formada təqdim edilməsi anlaşılan deyil",- deyə Azərbaycan MN təmsilçisi bildirmişdi.
Bu yalan məlumat əlbəttə ki, Rusiya Müdafiə Nazirliyinin reputasiyasına kölgə salan hadisə kimi də qəbul edilə bilər. Necə ola bilərdi ki, hər iki tərəfin iştirakı ilə araşdırılmış məlumat sonradan məhz Rusiya Müdafiə Nazirliyinin rəsmi məlumatında tamamilə əks formada təqdim edilsin?
Bundan əlavə məlumata görə, general Kosobokov Qarabağa gələndə Laçın koridorunun genişləndirilməsi və razılaşdırılmamış yeni postların qurulmasına göstəriş veribmiş.
"Rusiya Müdafiə Nazirliyinin rəsmi saytında Qarabağa dislokasiya olunmuş sülhməramlıların yerləşdiyi ərazinin xəritəsi ilə bağlı bir neçə dəfə Azərbaycanı narazı salan məqamlar olub. Sonradan bu yanlışlar aradan qaldırılıb. Amma Kosobokovun özbaşınalığı sıradan hadisə deyildi. Görünür, baş verənlər Bakının kifayət qədər etirazına səbəb olub ki, Rusiya Müdafiə Nazirliyi Kosobokovu geri çağırıb" - deyə, məlumatda bildirilir..

Bununla belə Rusiyanın Kosobokovun yerinə göndərdiyi növbəti general da bir çox “xidmətlərinə” görə əvvəlki iki generaldan – Rüstəm Muradov və Mixail Kosobokovdan irəli gedib. Belə ki, 1968-ci ildə Samarada (keçmiş Kuybışev) anadan olan general-leytenant Gennadi Anaşkin hərbçi həyatının böyük hissəsini Rusiyanın işğal və diversiya əməliyyatlarında iştirak etməklə keçirib. 2007-ci ildən məşhur Pskov diviziyasına rəhbərlik edən Anaşkin hətta 2008-ci ildə Cənubi Osetiya bölgəsinin işğalı və Gürcüstanın digər ərazilərinə hərbi müdaxilə zamanı törətdiyi əməllərə görə “Rusiya qəhrəmanı” adına layiq görülüb. Belə ki, onun rəhbərlik etdiyi hərbi birləşmə Qori şəhərinə hücum təşkil edərək, Vaziani hərbi bazasını ələ keçirib. Ona “qəhrəman” adı da elə buna görə verilib.

Ukrayna mətbuatı yazır ki, 2014-cü ildə Anaşkinin rəhbərlik etdiyi 31-ci briqada Krım yarımadasının işğalında xüsusi əməliyyat keçirməklə iştirak edib. Daha sonra onun hərbi qruplaşması Ukraynanın şərqindəki ərazilərin işğalı əməliyyatlarına qoşulub. 2017-ci ilin iyulunda onu Rusiyanın işğal etdiyi Donetsk və Luqanskdakı ordu korpuslarının birləşdiyi Cənub Hərbi Dairəsinin 8-ci Ümumqoşun qvardiyası komandanının müavini təyin ediblər. Ukrayna mətbuatı onun faktiki olaraq, LNR və DNR kimi tanınan qondarma respublikalardakı rus hərbi birləşmələrinə rəhbərlik etdiyini yazır. Onun bu “missiyası” zamanı uydurma soyad olaraq Volqin soyadından istifadə etdiyi qeyd olunur. Həmçinin, Ukrayna hərbi kəşfiyyatı diversiya əməliyyatlarında Anaşkinin rabitə əlaqəsinə “Stalinqrad” kod adıyla çıxdığını bildirir. Göründüyü kimi, Moskva bütün bu “xidmətlərindən” sonra Anaşkini Qarabağa göndərməyə qərar verib. Bu generalın da əvvəlkilər kimi separatçılarla “işləmək” təcrübəsinin böyük olduğunu nəzərə alsaq, Qarabağdakı rus hərbi kontingentinin fəaliyyətində hansısa müsbət yeniliklərin olacağını düşünməyə dəymir.
Ancaq əvvəllər də qeyd etdiyimiz kimi, suveren ərazilərimizdə müvəqqəti(!) yerləşən rus hərbi birləşməsinə konkret olaraq kimin rəhbərlik etməsi o qədər də əhəmiyyətli deyil. Muradov getdi, Kosobokov getdi, Anaşkin də getməyə məhkumdur, necə ki, onları buraya göndərənlər də biraz gec, ya biraz tez öz dəstəsini buradan bir dəfəlik çəkib aparmağa məhkumdurlar.
“AzPolitika.info”
Xəbərin oxunma sayı : 1288
Siyasət
Xəbərlər
-
Azərbaycan klublarının yay transferləri: Kim gəlir, kim gedir?
-
Xanımı Ərdoğanın çlxışı zamanı ağladı - VİDEO
-
Bakı Suriya və İsrail danışıqlarına ev sahibliyi edəcək - KİV
-
Fitnes məşqçilərinin təqdim etdiyi qidalanma proqramları niyə bahadır? - VİDEO
-
Ölkədə 1,5 milyon sahibkar var - Ən çox biznesmen hansı rayonlardadır?
-
Azərbaycanlılar Türkiyədə kütləvi şəkildə mənzil alırlar: Onları ora nə çəkib aparır?
-
Xurmanı Almaniyadan 17 manata, Çindən 2 manata alırıq - QİYMƏTLƏR
-
“Putin İranın uranı zənginləşdirməsinə tam qadağanı dəstəkləyir“ - KİV
-
“Epidbiomed” MMC-yə 138 min manatlıq sifariş - Təsisçisi qanunsuz dərman dövriyyəsinə görə həbs edilmişdi
-
Yeni qida normaları kimlərə şamil ediləcək? - DEPUTAT AÇIQLADI
-
Abşeron İcra Hakimiyyətinin həbs olunan əməkdaşı: “Zəng edib dedi ki, 30 min manat istə“
-
“Sputnik Azərbaycan“ Rusiya FTX-nin filialından başqa bir şey deyildi - Mətbuat Şurası
-
İlham Əliyevin Suriya Prezidenti ilə geniş tərkibdə görüşü oldu - FOTOLAR
-
Çay evində zarafat faciə ilə nəticələndi - Göyçaydakı cinayətin TƏFƏRRÜATI
-
SOCAR Suriya Hökuməti ilə Anlaşma Memorandumu imzaladı - FOTO
-
Nazirlikdən hava ilə bağlı əhaliyə - Videomüraciət
-
“Türkiyə Suriyada da terror dəftərinin bağlanacağına inanır“ - Ərdoğan
-
Azərbaycan klublarının dəyəri nə qədərdir? - SİYAHI
-
Suriya Prezidenti Azərbaycandadır - Fotolar
-
Hər 1 manat Yağmurun həyatını xilas edə bilər - Çarəsiz anadan yardımsevər insanlara MÜRACİƏT
-
Xanımı Polad Həşimovun şəhid xəbərini necə almışdı? - FOTOLAR
-
Dövlət Departamentinin 1300 əməkdaşı işdən çıxarıldı - FOTOLAR
-
Ali Məhkəmənin hakimi Nigar Rəsulbəyova təqaüdə göndərildi - FOTO
-
“Evlərimiz təhlükədədir, hər an çökmə baş verə bilər” - VİDEO
-
Koçaryan Simonyana qarşı daha bir iddia qaldırıb - Nədə ittiham edir?
-
Avtomobillərin utilizasiyası sistemində boşluqlar - İşbazlar fürsətdən istifadə edirlər (VİDEO)
-
Bağçalara qəbul başlayır - Proses necə keçiriləcək?
-
Ölkədə nikahsız doğulanların sayı artır - İki baxış
-
Həm arıq saxlayır, həm də ürəyə xeyirdir - Hazırda mövsümüdür
-
Tələbələrin təqaüdündən xəbərsiz tutulan pullar hara gedir? - VİDEO
-
Çoxmərtəbəli binalarda səs izolyasiyasına niyə diqqət edilmir? - VİDEO
-
Tovuz döyüşlərindən 5 il ötür
-
Abortla bağlı yeni qanun qəbul edilə bilər - VİDEO
-
Qərb Ukraynaya silah tədarükünü bərpa edib - Zelenski
-
Xocalı girovlarının ifadələri: Dəhşətli faktlar ortaya çıxdı
-
Mingəçevir sakinlərin nəzərinə: Bəzi ərazilərdə qaz olmayacaq
-
“Yadıma düşmür ki, nəvaxtsa mən onu söyüm...“ - Zülfüqarov Məmmədyarova cavab verdi
-
Kolumbiya üsyançılarının sayı artır - hökumət narahatdır
-
Masallıda 24 yaşlı oğlan xalası qızı ilə münasibətdə oldu: anası və atasına isə... - TƏFƏRRÜAT
-
“Azəriqaz”da absurd təyinat…- Nəqliyyat mühəndisi maliyyə sektorunda
-
15 mini icra başçısının sürücüsünə vermək adı ilə aldı - Sahibkarın başına iş gəldi
-
Baş prokuror Nərimanovda vətəndaşları qəbul etdi - Fotolar
-
“Qaçqınkom“un tenderi şübhələr yaratdı: “SS-İnşaat“ kimindir?
-
Əli Əsədov İqtisadi Şuranın üzvlərini topladı - Müzakirə
-
Natiq Cəfərli quru sərhədlərinin bağlı qalmasını tənqid etdi - “Belə də iş olar?!”
-
“Stomatoloq.Mehemmed” necə pasiyentləri implant edir? - Araşdırma
-
Dövlət Miqrasiya Xidməti əməkdaşlarının geyim forması dəyişdi - Fərman
-
Biləcəridə şəhid ailəsinin evini dağıtdılar - FOTOLAR
-
Serftifikasiyadan kəsildi, məktəbə texniki işçi kimi düzəlmək istədi - Dələduzluğun qurbanı oldu
-
Pekin düşmənlərinə qarşı “kiber-arılar“ yaradır - SENSASİNON DETALLAR
-
Əhalinin banklardakı əmanətləri 15 milyard manatı keçib - Statistika
-
Bakıda avtomobil ehtiyat hissələri mağazasının faəliyyəti dayandırıldı - VİDEO
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
-
Nikahların sayı artıb, boşanmalar azalıb - Doğulanların və ölənlərin sayı isə...
-
Mənzil qiymətləri niyə sürətlə artır? - Bazara təsir edən amillər
-
Dənizçi pasportu almaq istəyən 181 nəfəri belə aldadıblar - DƏLƏDUZLUQ İŞİ
-
“Putin Ukraynada uzunmüddətli müharibəyə hazırlaşır“ - “Financial Times“
-
Növbəti dörd gündə havanın maksimal temperaturu 41 dərəcə olacaq - XƏBƏRDARLIQ
-
“Veysəloğlu“ Şirkətlər Qrupunun elan etdiyi “Qida Təhlükəsizliyi Ayı”na yekun vuruldu - FOTOLAR
-
Sosial yardım məbləğində artımlar olacaq? - Deputat
-
PKK silahları təhvil verməyə başladı - FOTOLAR/VİDEO
-
Xocalıda girov götürülmüş qadın: Yaşyarımlıq oğlum başından qəlpə xəsarəti aldı
-
Bosniyalı müsəlmanların qətli - Srebrenitsa soyqırımından 30 il ötür
-
Azərbaycanda orta aylıq əmək haqqı 9 % artıb - Rəsmi
-
Prezident daha bir fərman imzalayıb - Şübhəli əməliyyatlarla bağlı
-
Lisey və gimnaziyalara qəbul - 200 şagirdin nəticəsinin əlavə araşdırılmasına zərurət yaranıb
-
“Yaşayış minimumu haqqında” qanun dəyişib - Fərman
-
Magistraturanı bitirənlər bu qədər maaş alacaq - SİYAHI
-
“Bakinski raboçi”, “Respublika” və “Xalq qəzeti”... - Prezident bu nəşrlərlə bağlı fərman verdi
-
İlham Əliyev Mariam Kvrivişvilini qəbul etdi - FOTO
-
Pakistanda avtobusa silahlı hücum olub - 9 nəfər öldürülüb
-
Milli Onkologiya Mərkəzinə 650 min manat ayrılıb - SƏRƏNCAM
-
Bakıda dəfn mərasimində DƏHŞƏT: Oraqla qardaşının BAŞINI KƏSDİ
-
20 avtobus marşrutu müsabiqəyə çıxarılır - SİYAHI
-
Köhnədir, oturacaqları sınıqdır - 50 nömrəli avtobusdan ŞİKAYƏT
-
Bakı zənginlərinin qumar oynadığı məkan: “Ağ klub“un aqibəti necə oldu? (VİDEO)
-
ABŞ-nin NATO müttəfiqləri Amerika silahlarının Ukrayna üçün əvəzini ödəyəcəklər - Tramp
-
Sumqayıtda əliliyi olan şəxslər üçün quraşdırılan panduslar yarımçıq qaldı - VİDEO
-
İsrail yaxın vaxtlarda bir neçə ərəb dövləti ilə sülh sazişi imzalaya bilər - Netanyahu
-
Azərbaycan 103 ölkəyə ixrac, 153 ölkədən idxal edib - Statistika
-
Bazarlarda satılan şaftalıların üzərinə boya vurulur? - VİDEO
-
Azərbaycanda əhalinin yanacaq xərclərinin nə ilə bağlıdır? - VİDEO
-
“Ciyər axşamı”ndakı qanlı davanın səbəbi bilindi - Məclis sahibi də etiraz edib
-
Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri başa çatıb - FOTOLAR
-
Vətən müharibəsinin iştirakçısı arvadını öldürüb? - Valideynlər danışdı
-
Metroda ən çox sərnişin bu stansiyalardan istifadə edir - SİYAHI
-
“AtaSığorta” kibertəhlükəsizlik tələblərini pozub - AMB xəbərdarlıq etdi
-
Bakının ən bahalı və ucuz mənzilləri - Sotu 350 min AZN olan torpaq sahəsi
-
Sərxoş sürücü polisə tabe olmadı - İçkili maşın sürməsini belə izah etdi
-
Romada Ukrayna toplantısı: Zelenski Marşall Planı təklif edir
-
“Dedi ki, qardaşı Kürdəxanıda rəisdir” - Restoranda ağlayan qadın aldadılıb
-
Fərid Əhmədov pakistanlı həmkarı ilə görüşdü - Fotolar
-
Bu imtahanın keçirilmə qaydaları dəyişdirildi - Keçid balı artırılıb
-
Kiyevə göndərilən dron səfirliyimizin yaxınlığına düşüb - Fotolar
-
DİN-də kollegiya iclası: Vilayət Eyvazov yeni tələblər qoydu - FOTO
-
Ən çox şikayət edilən sığorta şirkətlərinin - Siyahısı
-
Lavrov və Rubio arasında görüş olub - Nə müzakirə edilib?
-
Bakı metrosunda ən çox hansı stansiyadan istifadə edilir? - SİYAHI
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
“Nar” tədbirdə rəsmi telekommunikasiya tərəfdaşı kimi iştirak etdi - Fotolar
-
Azərbaycanlı “Vaqner”çilər həbs olundu - DTX-dən əməliyyat
-
Məhşur blogerin “Papağ” restoranları “Cart to card” sistemi işləyir? - Vergidən yayınma……
-
İlham Əliyevlə Paşinyan nələri müzakirə ediblər? - Rəsmi açıqlama
-
Cərrah Elçin Bayramov qonşularına təzyiq göstərir - “Heç kimdən qorxmuram...“
-
Azərbaycan kənd təsərrüfatında fəlakət göstəriciləri: Əkin sahələrinin zərəri 90% artdı
-
İşdən çıxarılan məktəb direktorlarının 20 faizi vəzifəsinə bərpa olunub - Nazir
-
Özünü “vəkil“ kimi təqdim edən Səbiyyə Panəliyevanın dələduzluğu davam edir - ŞİKAYƏT
-
Azərbaycanla Ermənistan bu məsələlərdə razılığa gəldi - Görüşün nəticələri
-
Yağış yağacaq, külək əsəcək - Sabahın havası
-
Xocalıda yaralanan şəxs: Bacımın meyitini üç gün sonra götürə bildim, qardaşım isə...
-
Generalın nömrəsini axtaran müəllimin başına oyun açdılar - DƏLƏDUZLUQ İŞİ
-
İlham Əliyevlə Nikol Paşinyan arasındakı görüş başa çatdı - FOTO
-
“Bakı və İrəvanın sülh sazişi imzalaması regiona sabitlik gətirəcək“ - Peskov
-
Miras üstündə mübahisələrə son qoyulur? - Qanun dəyişdi, qaydalar yeniləndi
-
“Polisləri görüb qışqırmağa başladım” - Qız qaçıran 3 nəfər niyə azadlığa buraxıldı?
-
Bahalaşan və ucuzlaşan məhsullar açıqlandı - SİYAHI
-
“Atlant” sahibi ilə kürəkəni məhkəmədə üz-üzə - 14 milyon kimin cibindədir?
-
“Təxminən 20 min uşaq bağçadan kənarda qalacaq“ - Nazir
-
Zelenskidən Rusiyaya xəbərdarlıq: “Sərt reaksiya olacaq!”
-
I və IV ixtisas qrupları üzrə imtahan keçiriləcək - DİM-dən xəbərdarlıq
TOP 10
ARXİV