Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Rusiya Avropa məmurlarına sanksiya qoydu - Üçü Navalnı işi ilə bağlı olanlardır

Tarix 01.05.21, 16:46

Font ölçüsü : - / +
bitmap-img6


Moskva Brüsselin Rusiya vətəndaşlarına qarşı sanksiyalarına cavab olaraq Avropa İttifaqına (AI) daxil ölkələrdən 8 rəsminin Rusiyaya səfərlərini qadağan edib. Rusiya Xarici İşlər Nazirliyi bildirir ki, Rusiyaya girişi qadağan edilənlərin sırasında Avropa Komissiyasının vitse-prezidenti Vera Jurova və Avropa Parlamentinin başçısı David Sassoli də var.

Aİ ötən ay iki Rusiya vətəndaşını Çeçenistan Respublikasında gey və lesbianların təqibində ittiham etmişdi. Aİ habelə prezident Vladimir Putinə yaxın 4 yüksək vəzifəli rəsmiyə sanksiyalar qoymuşdu.

Rusiya Avropa İttifaqının cəzalandırıcı tədbirlərini tənqid edib və bloku anti-Rusiya “şivənində” günahlandırıb. Rusiya XİN-in bəyanatında deyilir ki, Aİ Rusiya vətəndaşlarına və təşkilatlarına qarşı qanunsuz birtərəfli sanksiyalar siyasətini davam etdirir. Rusiyanın bəyanatında bildirilir:

"2021-ci ilin martında 6 Rusiya vətəndaşına qanunsuz olaraq Aİ məhdudiyyətləri tətbiq olunub. Belə hərəkətlər BMT Nizamnaməsinə ziddir və beynəlxalq qanunun təməl normalarını pozur. Bu tədbirlərin tətbiq edilməsi Qərb mediası tərəfindən qəsdən olaraq anti-Rusiya qaraqışqırığı ilə müşayiət olunur”.

Rusiyanın qadağan siyahısına Berlinin baş prokuroru Yorq Raupax da salınıb. Belə görünür ki, bu Rusiyanın Aleksey Navalnının həbsində rolu olan yüksək vəzifəli rəsmilərə Avropa sanksiyalarının tətbiqinə cavabdır.

Moskvanın sanskiya siyahısında daha beş avropalının adları var. Bunlar Latviya elektron mediası milli şurasının rəhbəri İvars Abbolınş, Latviya Dövlət Dili Mərkəzinin direktoru Maris Baltınş, Fransanın AŞPA-dakı nümayəndə heyətinin başçısı Jak Mer, İsveç Müdafiə Tədqiqatları İnstitutunun kimya, bilogiya, radiasiya və nüvə təhlükəsizlyi laboratoriyasının rəhbəri Osa Skott və Estoniya Dil Nazirliyinin rəhbəri İlmar Tomuskdur.

Rusiyanın bəyantında deyilir ki, Avropa İttifaqı bu hərəkətləri ilə əsl məqsədinin nəyin bahasına olursa olsun bizim ölkəmizin inkişafını əngəlləmək olduğunu göstərir.

Rusiya mətbuatı yazır ki, Rusiyaya girişi qadağan edilənlərdən üçü Aleksey Navalnının zəhərlənməsinin araşdırılması ilə bağlılığı olanlardır.

AŞPA Jak Merə Aleksey Navalninin zəhərlənməsinin araşdırılması üçün mandat vermişdi. Osa Skottun rəhbərlik etdiyi laboratoriya Navalnının bioloji materiallarında Noviçok maddəsinin izlərini aşkar etmişdi. Yorq Raupax isə Rusiyanın Navalnı işi üzrə hüquqi kömək ricasına rədd cavabı vermişdi. (azadliq.org)


 



Xəbərin oxunma sayı : 841




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap