Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO “Heç kəs yaxşı əri başqa qadına verməz“ - Xuraman Şuşalı Mənim həyat hekayəm onunkunu keçər - Günel Zeynalova
Axtar
 
  • / Maqazin / — 11 Noyabr 2025

    Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR

  • / Maqazin / — 10 Noyabr 2025

    “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO

  • / Maqazin / — 01 Noyabr 2025

    “Heç kəs yaxşı əri başqa qadına verməz“ - Xuraman Şuşalı

  • / Maqazin / — 27 Oktyabr 2025

    Mənim həyat hekayəm onunkunu keçər - Günel Zeynalova

  • / Maqazin / — 19 Oktyabr 2025

    Model Günay Musayevə çılpaq fotosunu PAYLAŞDI

  • / Maqazin / — 16 Oktyabr 2025

    Aysel Teymurzadə “The Most“ jurnalında - FOTOLAR

Rusiya beynəlxalq internetdən ayrılmağa hazırlaşır - Təlimlər keçirilir

Tarix 07.12.24, 11:31

Font ölçüsü : - / +
bitmap-img6


“Roskomnadzor” Rusiyanın internetin xarici seqmentindən ayrılmasını sınaqdan keçirir.

Bu barədə Rusiya KİV-lərinin yadığı məlumatlara görə, sınaqlar zamanı ölkənin bəzi bölgələrində sakinlər internetdə məhdudiyyətlərlə üzləşiblər. Rusiya mətbuatının yazdığına görə, bu, xüsusilə Dağıstana təsir edib. Bildirilir ki, sosial şəbəkələrdə xarici saytların açıla bilməməsi, bəzi əlavələrin və messencerlərin işində problem olması ilə bağlı şikayətlər gəlməyə başlayıb.

“Ellco” telekommunikasiya şirkəti bildirib ki, “Roskomnadzor”un internetin xarici seqmentinə girişin dayandırılması ssenarilərinin sınaqdan keçirilməsi ilə əlaqədar ötən gün saat 16:00-dan etibarən müəyyən sayt və xidmətlərə (WhatsApp və digərləri) girişdə məhdudiyyətlər olub.

“Roskomnadzor” özü də kəsilmələri təsdiqləyib. Qurumun bəyanatına görə, bu cür təlimlər “Rusiya internet infrastrukturunun qəsdən xarici təsirlərə məruz qaldığı zaman xidmətlərin əlçatanlığını təmin etməyə hazır olduğunu təsdiqləmək” məqsədilə keçirilir.



Xəbərin oxunma sayı : 685




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap