“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

Rusiya Sülhməramlıları ilə ermənilər arasında qanlı insident - İki sülhməramlı yaralanıb

Tarix 09.09.21, 22:37

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycan ərazisində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlıları ilə qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri arasında qanlı insident baş verib. Nəticədə iki sülhməramlı yaralanıb. Bu barədə məlumat erməni sosial şəbəkə seqmentində yayılıb.

Sosial şəbəkədə yayılan xəbərdən məlum olub ki, sentyabrın 8-də sülhməramlılar Ağdərə istiqamətindəki erməni silahlı dəstələrinə məxsus mövqelərdən birini yığışdırmağı tələb ediblər. 

Bu mövqedə dayanan 7-ci dağatıcı alayın keçmiş komandiri polkovnik Karen Calavyana tabe olan erməni silahlıları sülhməramlıların bu hərəkətinə etiraz edib və nəticədə qarşıdurma yaranıb. Buna baxmayaraq sülhməramlıların israrlı tələbi və onların sayca daha çox olmaları sayəsində postun ləğv olunmasına nail olunub.

Qarşıdurmadan sonra sülhməramlılar ərazini nəzarətə götürməyə cəhd ediblər. Lakin əraziyə nabələd olan sülhməramlılar ermənilər tərəfindən qəsdən xəbərdar edilməyib və onların əvvəlcədən basdırdıqları piyada əleyhinə minaya düşüblər. Nəticədə iki sülhməramlı ağır yaralanıb.



Xəbərin oxunma sayı : 1498




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap