“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

Rusiya və ABŞ rəsmiləri bir araya gəldi - Departamentdən 7 saatlıq görüşlə bağlı açıqlama

Tarix 28.07.21, 23:17

Font ölçüsü : - / +
bitmap-img6


Rusiya və ABŞ arasında strateji stabilliklə bağlı dialoqun növbəti mərhələsi Cenevrədə baş tutub.

Bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays bildirib.

Dövlət katibinin müavini Vendi Şermanın rəhbərlik etdiyi ABŞ nümayəndə heyətinin tərkibində Milli Təhlükəsizlik Şurası, Dövlət Departamenti, Müdafiə Nazirliyi, Birgə Qərargah və Enerji Departamentindən təmsilçilər olub. Rusiya nümayəndə heyətinə isə Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov başçılıq edib.

Ned Praysın sözlərinə görə, görüş professional və substantiv şəkildə keçirilib.

"ABŞ nümayəndə heyəti ABŞ-ın siyasi prioritetlərini, mövcud təhlükəsizlik mühitini, strateji sabitliyə təhdidləri, nüvə silahlarına nəzarət perspektivlərini və gələcək Strateji Stabilik Dialoqu sessiyalarının formatını müzakirə edib", -deyə ABŞ Dövlət Departamentinin sözçüsü bildirib.

O qeyd edib ki, tərəflər növbəti görüşün sentyabrın sonunda keçirilməsi barədə razılığa gəliblər.

“RİA Novosti” isə nümayəndə heyətinin tərkibində olan mənbəyə istinadən bu görüşün 7 saat davam etdiyini bildirib/APA.



Xəbərin oxunma sayı : 922




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap