“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

Rusiyanın yeni dəniz doktrinası təsdiqlənib - ABŞ və NATO əsas təhlükə elan edilib

Tarix 31.07.22, 19:17

Font ölçüsü : - / +
bitmap-img6


Rusiya Prezidenti Vladimir Putin yeni dəniz doktrinasını təsdiqləyib.

"Report" xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.

O, Sankt-Peterburqda dəniz paradında çıxışı zamanı deyib ki, Rusiya üçün əsas təhlükələr ABŞ-ın okeanlarda hökmranlıq kursu və NATO-nun fəaliyyətinin artmasıdır.

"Rusiya öz dəniz sərhədlərini hər vasitə ilə möhkəm qoruyacaq. Donanma ölkənin suverenliyinə qəsd edən hər kəsə ildırım sürəti ilə cavab verməyə hazırdır", - Putin qeyd edib.

Yeni doktrinaya görə, Rusiyanın NATO ilə münasibətlərində müəyyənedici amil Alyansın infrastrukturunun ölkə sərhədlərinə doğru hərəkətinin qəbuledilməzliyidir.

Doktrina Rusiyanın, ilk növbədə, Arktika, Qara, Oxotsk və Berinq dənizlərində milli maraqların sərhədləri və zonalarını müəyyən edir.

Bundan əlavə, Qara dəniz donanmasının qruplaşmalarının gücləndirilməsi, Rusiya bayrağı altında üzən gəmilərin payının artırılması və Baltik dənizində yeni liman komplekslərinin tikilməsi” nəzərdə tutulur.

Rusiya dokrtrina çərçivəsində İran, İraq və Səudiyyə Ərəbistanı ilə əməkdaşlığı, Hindistanla dəniz əlaqələrini genişləndirməyi planlaşdırır.



Xəbərin oxunma sayı : 1009




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap