| |
|
Yüksək faiz, qanunsuz girov: “S Lombard”ı kim himayə edir?
“Azəraqrar”da qalmqal - “Nazirin komandiri” yeni direktora qarşı...
Məmurların adından “təcili” pul istəyirlər - DTX araşdırma aparır
Sabiq sədr Almaniyada tikinti biznesinə başlayıb - Şərikli bina tikir + FOTO
Məmməd Musayevlə əlbir olub 100 milyonu “yeyiblər” - Vəzifəli şəxslər həbs edildi
“Qardaşımla birgə 16 milyon vermişik” - Tale Heydərovun ifadəsi oxundu
Deputat Cavanşir Feyziyev Londonda milyonluq mülklər alıb - SİYAHI
Saleh Məmmədov 1 ilə 176 milyon manat artıq vəsait xərcləyib - RƏSMİ
Leysan Məmmədovun fəaliyyəti araşdırılacaq….- Milyonlar necə xərclənir?
“Azəraqrar”ın əsl rəhbəri kimdir? - Nazirin sabiq komandirinin maaşı 7 dəfə artırılıb?
Bizim iradəmizə qarşı çıxanın başı əziləcək - Azərbaycan Prezidenti
Maliyyə Nazirliyi AAYDA yoxlama aparır - Ciddi yeyintilər aşkarlanıb
Vensin Azərbaycana səfəri: Zəngəzur dəhlizinin müzakirələri yeni mərhələdə
Sovet təhsil elitası və cavabsız qalan suallar:Rektor 6 il sonra universitetə necə daxil olub?
Sabiq nazir Elmar Məmmədyarov: “Mənə deyən olmadı ki, gərək işdə olasan...“
Tarix 30.12.20, 10:17 |
|
Keçmiş xarici işlər naziri Elmar Məmmədyarovun AzadlıqRadiosuna müsahibəsi
- Elmar müəllim, söhbətə atəşkəsin pozulması haqda xəbərlərdən başlayaq.
Müdafiə Nazirliyi dekabrın 27-də Xocavənddə bir hərbçinin həlak olması, bir nəfərin yaralanması haqda məlumat yayıb.
- Mən bəyanatı gördüm, əfsuslar olsun ki, bir nəfər şəhid olub. Atəşkəsin pozulması təbii məsələlərdi. 30 illik məsələni bir gecəyə həll etmək çətindir. Belə məsələlər yəqin yenə olacaq. Ermənilər özlərini o qədər aldadıblar, əfsanə yaradıblar ki, onun içindən çıxmaq onlar üçün də çətindir. Ona görə belə hadisələr olacaq. Ancaq Azərbaycan ordusu, Daxili İşlər Nazirliyi bunu yavaş-yavaş həll edəcək, bütün torpaqlarımızı nəzarət altına alacaqlar. Necə Bakıda, Lənkəranda, Qubada... Eyni şəkildə o tərəfdə də nəzarət olacaq.
- İndi Rusiyanın üçtərəfli bəyanata əməl etmədiyini düşünənlər də var, çünki Qarabağdakı proseslərə sülhməramlılar nəzarət etməliydilər. Siz necə fikirləşirsiniz?
- Noyabrın 10-da imzalanan bəyanatda sülhməramlıların harada dayanması qeyd olunub, yalnız təmas xəttində. Amma hadisələrin olduğu yerlər Azərbaycanın nəzarəti altındadır axı. Sülhməramlıların orda işi yoxdur. Bunlar bir-birinə mane olmamalıdır.
- Elmar müəllim, yeri gəlmişkən, sülhməramlıların Azərbaycana gəlməsi narazılıqla qarşılandı, bunu məğlubiyyət kimi dəyərləndirənlər var. Onların fikrincə, Azərbaycan qələbə qazansa da, Rusiyanın bölgəyə gəlməsi ilə bu, məğlubiyyətə çevrildi. Hətta bunu "gec partlayan mina" adlandıranlar da az deyil.
- İnanmıram ki, bu, gec partlayan minadır. Tarixdən də görürük ki, burda əvvəl də Rusiya qoşunları vardı. Müstəqillik qazanandan sonra sovet qoşunlarını (sonradan Rusiya qoşunları idi) danışıqlar yolu ilə burdan çıxardıq. Axırıncı Rusiya əsgəri Qəbələdən (Qəbələ RLS – A.R.) çıxdı. Bu bizim tarixdə var və biz bilirik sülhməramlıların danışıqlar yolu ilə burdan çıxarılmasına necə nail ola bilərik. Ona görə inanmıram nəsə problem olsun. O ki qaldı Sizin sualınıza, bu, müharibə idi, əməlli-başlı müharibə. Ona görə də təmas xəttində kimsə dayanmalı idi. Sağ olsun, Rusiya da əsgərlərini verib. Onlar dedilər ki, bəs biz gələk Azərbaycan və Ermənistan qoşunlarının arasında dayanaq və müharibəni dayandıraq. Ona görə də Azərbaycan tərəfi buna getdi və bəyanatı imzaladı. Amma bunda qorxulu bir şey görmürəm.
- Rusiya sülhməramlıları tək Azərbaycanda deyil, Moldovada, Gürcüstanda da var. İllərdir müşahidə edilən budur ki, Rusiya sülhməramlıları girdikləri ərazilərdən çıxmırlar. Siz də bilirsiniz ki...
- Axı orada saziş yox idi, bəyanat yox idi. Azərbaycanda rus sülhməramlılarının mandatı var. Yəni nəyə görə gəliblər, harada dayanıblar, neçə il dayanacaqlar, müddəti uzatmaq məsələsi var və s. Mexanizm var, başa düşürsünüz? Rusiya qoşunlarının çıxarılması ilə bağlı mexanizm var. Bəyanatda yazılıb ki, 5 ildən sonra hansı tərəf... O ki qaldı dediyiniz Moldovaya, Gürcüstana, orda belə mexanizm yoxdur.
- Bəzi şərhçilər Rusiyanın öz rəsmi strukturlarını Dağlıq Qarabağda yerləşdirməsindən narahatdırlar. Bəzi rəsmi qurumların, o cümlədən Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Dağlıq Qarabağa gəlir və qorxu var ki...
- Məndə belə qorxu yoxdur.
- Belə qorxu var ki, Abxaziyada olduğu kimi, Rusiya Dağlıq Qarabağda separatçı rejimin tərəfdarlarına pasport verəcək və Dağlıq Qarabağ Rusiyanın anklavına çevrilə bilər.
- Ona da inanmıram. Çünki məndə Xarici İşlər Nazirliyinin əməkdaşının gəlməsi haqda məlumat yoxdur. Pasport haqda eşitmişəm, oxumuşam. Mətbuatda var idi. Amma mətbuatda pasport məsələsini yalnız erməni tərəfi qaldırıb, Rusiya müzakirəyə də çıxarmayıb. Bu, erməni tərəfinin təxribat cəhdi də ola bilər, bunu bilə-bilə ortaya ata da bilər ki, Azərbaycanı içəridə qızışdırsınlar. İkincisi, pasport məsələsi... Bizim azərbaycanlılar da Rusiyada yaşayırlar və ora vətəndaşıdırlar, Rusiya pasportu gəzdirirlər. Yəni, pasport məsələsi ciddi məsələdir. Amma o qədər də ciddi deyil ki, camaat desin: "Vay, dədəm, vay, Qarabağ getdi, Kalininqrad oldu". Bu, inanılmaz məsələdir mənim üçün.
- Prezident İlham Əliyev çıxışlarının birində status məsələsi haqda danışarkən "status cəhənnəmə getdi, gora getdi" demişdi, yəni, bu məsələnin qapandığını bildirmişdi. Amma Rusiya prezidenti Vladimir Putin son mətbuat konfransında status məsələsinin gələcəyə qaldığını bəyan etdi. Status məsələsi niyə yenidən gündəmə gəlir və...
- Mən sual vermək istəyirəm: Siz niyə fikirləşirsiniz ki, status deyəndə ancaq müstəqillik nəzərdə tutulur? Düzgün deyil axı. Lənkəranın da statusu var, Naxçıvanın da, Qubanın da, amma Azərbaycanın tərkibində. Siz status deyəndə camaat qızışır ki, vay, dədəm, vay, söhbət müstəqillikdən gedir. Nəyə görə müstəqillik? Xankəndi, Ağdərə, Xocavənd Lənkəranın statusunda olacaq.
- Tarix var, iddialar var. 1988-ci ildə də məsələ belə qalxmışdı, Dağlıq Qarabağda ermənilər müstəqillik istəmişdilər.
- Qələbədən sonrakı, indiki Azərbaycanı 1988-ci illə müqayisə edə bilmərik axı. İndi tam şəkildə kontekst dəyişilib, vəziyyət dəyişib. 1988-ci ildə SSRİ-nin dövründə Azərbaycanda heç nə yox idi, nə silah, nə də sursat. Azərbaycan 30 ildə əməlli-başlı ordu yaradıb, beynəlxalq səviyyədə Azərbaycanın nüfuzu çox böyükdür. 10 milyonluq ölkə kimi hörmətimiz çox böyükdür.
- Amma Rusiya, onun hərbçiləri yenə burdadırlar.
- Qonşu ölkədir. Rusiya burdadır, Türkiyə də o biri tərəfdədir. Qonşunu sən seçmirsən, inkişaf üçün gərək onunla dil tapasan. Ermənistanın problemi odur ki, heç kimlə dil tapa bilmir.
- Türkiyə bölgədədirmi, Sizcə? Yarıgizli-yarıaşkar hiss olunan budur ki, Moskva Ankaranın Azərbaycanda oturuşmasına meylli görünmür, belə niyyəti yoxdur.
- Bu, Moskvanın qərarı deyil axı. Bu, Azərbaycanin qərarıdır. Müstəqil ölkəyik, BMT-nin, 50-yə yaxın beynəlxalq təşkilatın üzvüyük. Azərbaycanın hökuməti var, prezidenti var və qərarları qəbul edir.
- Üçtərəfli bəyanat imzalanandan sonra cəmiyyətdə müzakirə edilən məsələlərdən biri də bu idi ki, Azərbaycan Türkiyə sülhməramlılarının burda yerləşdirilməsinə nail ola bilmədi. Siz də, yəqin, etiraf edərsiniz ki, Bakı bunu istəyərdi.
- Amma düz deyək də, indiki vəziyyətdə Qarabağdakı ermənilər bunu qəbul edə bilməzdilər. Bəlkə, sabah qəbul edərlər. Əgər sabitlik olarsa, Türkiyənin gəlməsini, bəlkə də, istəyərlər. Amma müharibənin dayandırıldığı vaxtda... Əlbəttə, biz çox istəyərdik Türkiyə qoşunları bura gəlsin, sabitlik baxımından bir nömrədir. Türklər də, ruslar da bir yerdə dayansalar, sabitlik baxımından heç nə şübhə altına düşməz. Amma suallarınızdan başa düşürəm ki, şübhələr çoxdur.
- Rus və türk hərbçilərinin birgə Monitorinq Mərkəzi yaradılır. Bu qurumun səlahiyyəti, əhəmiyyəti nədir, sizcə? Bu qurumla bağlı da, dediyiniz kimi, şübhələr və ya suallar var, deyəsən.
- Bu haqda bir az məlumat toplamaq lazımdır. Mən artıq nazir deyiləm, məlumatları oradan-burdan alıram. Mən bilən, belə bir Monitorinq Mərkəzi vacibdir. İlk növbədə qanuni baxımdan həm Rusiya, həm də Türkiyə qoşunlarının mandatları var: onlar nəyə görə gəliblər, nəyi monitorinq edəcəklər, hansısa xoşagəlməz detalları aradan götürəcəklər. Bu, xoşagələn məsələdir. Rusiya ilə birgə Türkiyə və Azərbaycan – mən inanıram ki, Ağdamdakı mərkəzdə aparılacaq monitorinqdə bizimkilər də iştirak edəcəklər, – birgə olacaqlar, təmasda olacaqlar və beynəlxalq baxımdan belə bir təcrübə çox önəmlidir.
- "Azərbaycan ordusu bu müharibədən qalib çıxdı, ancaq Azərbaycan diplomatiyası haqda belə söyləmək olmaz" deyə düşünənlər var. Bir neçə ay əvvələ kimi xarici işlər naziri olan şəxs kimi bu haqda nə deyə bilərsiniz?
- Belə deyim də, üç rayonu şərtsiz, döyüşsüz Azərbaycanın nəzarəti altına almaq böyük qələbədir. Bu, diplomatiyanın qələbəsidir. əlbəttə, cənab prezident bəyanatı imzaladı və Ağdam, Kəlbəcər, Laçın rayonlarının silahsız, şəhidsiz Azərbaycan nəzarətinə keçməsi diplomatiyanın uğurudur.
- Bəs Xankəndi, Xocavənd, Xocalı, Ağdərə ilə bağlı nə olacağı bəllidirmi?
- Mən öz fikrimi deyə bilərəm. Orda, əlbəttə ki, gərək erməni icması ilə azərbaycanlı icması arasında təmas qurulsun. Asan məsələ deyil. Ancaq yavaş-yavaş təmasları artırmalıyıq. Qarabağda yaşayan erməni Azərbaycan vətəndaşlığını qəbul edirsə, qoy qalsın yaşasın, əgər vətəndaşlığı qəbul etmirsə, azərbaycanlılarla birgə yaşamaq istəmirsə, avtobus var, min get.
- Siz Azərbaycan diplomatiyasının uğurundan danışırsınız, amma müharibə boyu Fransada daha çox Ermənistana dəstək verən çıxışlar oldu, hər halda Azərbaycanda belə təəssüratda olanlar var. Həmin müddətdə bu suallar səslənirdi ki, Azərbaycan bu illər ərində Fransanı və ya Avropa Birliyini niyə dostuna çevirə bilmədi? Bəlkə, ölkədə insan haqları sahəsində problemlərin olması buna...
- O, düzgün sual deyil. Əksinə, Azərbaycan başqa ölkələrə baxanda çox böyük iş gördü. Avropa İttifaqı ilə imzalanan bütün sazişlərdə yazılıb ki, münaqişə Azərbaycanın ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı çərçivəsində həll olunmalıdır. Ondan başqa, Aİ üzvü olan 27 ölkədən 9-u ilə strateji əməkdaşlıq sazişi imzalanıb. İtaliya, Polşa, Baltikyanı ölkələrlə çox güclü əməkdaşlıq edirik.
- Amma ATƏT-in Minsk qrupuna həmsədrlik edən Fransa ilə belə münasibət yaradıldığını söyləmək olarmı?
- Analiz edəndə gərək fikirləşək ki, siyasətçi Fransa kimi ölkələrdə seçicidən asılıdır, erməni diasporu gəlir ortaya. Fransa parlamenti qətnamələri qəbul edəndə erməni vətəndaşları, erməni diasporu Senata və başqalarına təzyiq göstəriblər. Məncə, bu, böyük səhvdir, Fransanın imicinə böyük zərbədir. Mənim yadımdadır, 1993-cü ildə BMT Təhlükəsizlik Şurasının dörd qətnaməni qəbul etməsi üçün Fransa ilə necə intensiv işləyirdik və onlar səsə qoyulmadan qəbul edildi. Fransanın mövqeyi də yadımdadır. Ona görə Fransanın son münasibəti səhvdir.
- ATƏT-in Minsk qrupu bundan sonra fəaliyyətini davam etdirməlidirmi?
- Minsk qrupunun mandatı var, asan məsələ deyil götürək ataq bayıra. Orda müzakirə edilməli çox məsələ var. Məsələn, işğaldan azad edilən torpaqların minalardan təmizlənməsini beynəlxalq səviyyədə sürətləndirmək mümkündür. ANAMA ərazilərin minalardan təmizlənməsinə 10-15 il vaxt lazım olduğunu bildirir. Beynəlxalq təşkilatlar yardım etsələr, vəsait ayırsalar, bu məsələni beş ilə həll etmək mümkündür. Təkcə bu deyil, başqa məsələlər də var. Kontekst dəyişib, ona görə gərək Minsk qrupu nə ilə məşğul olacağını özü düşünsün.
- Bəzən belə ehtimallar da səslənir ki, sentyabrın 27-də başlanan müharibə iyulun 12-də Tovuzda baş verənlərə cavab idi. Belədirmi?
- Müharibə ab-havası vardı. Hamı bilirdi, hamı müharibədən danışırdı. Mən danışıqlarda həmişə ermənilərə deyirdim ki, siz təklifləri qəbul etməsəniz, sülh yolu ilə rayonları boşaltmasanız, müharibə hökmən olacaq.
- İyulun 12-ni xatırladıq. Həmin gün Siz doğrudanmı evdən işləyirdiniz? Baş nazir prezidentə dedi ki, Tovuzda atəşkəs pozulanda Siz evdən işlədiyinizi demisiniz.
- Hadisələr olanda mən bəzi nazirlərlə danışdım. Həmin gün üç saat sonra Leyla Abdullayeva (XİN-in sözçüsü) bəyanat verdi. Mənim səhvim idi, gərək oturub maşına işə gedərdim. Mənim səhvim idi ki, camaat hamısı işdə idi. Mənə deyən olmadı ki, gərək işdə olasan...
- Son sual. Siz vəzifədən azad olunmamışdan öncə oğullarınızın Nyu-Yorkda 4 milyonluq mənzil alması haqda iddialar yayıldı. O zaman nazirliyin mətbuat katibi bununla açıqlama vermədi ki, bu, şəxsi məsələdir. Bu məsələyə indi özünüzün aydınlıq gətirməyinizi istəyirik.
- Mən də təkrar edirəm - bu, şəxsi məsələdir.
- Bir nazirin bu qiymətə mülk alması şəxsi məsələ sayıla bilməz axı.
- Necə yəni olmur, mənim şəxsi işimdir də. Siz bank deyilsiniz məndən tələb edəsiniz ki, haradan pul almışam, qazanmışam, necə almışam və s. Ona görə ən asan diplomatik cavab verirəm ki, bu, şəxsi məsələdir. Amma inandırım sizi, Amerika sistemində belədir ki, orda nədənsə şübhələnsəydilər, bir sent, bir qəpik, bir manat belə götürməzdilər.
- Azərbaycanda şübhə doğuran o idi ki, nazir olaraq o qədər vəsaiti necə əldə etmişdiniz?
- Mən nazir olmazdan əvvəl 1983-cü ildən XİN-də işləmişəm, 12 il ABŞ-da işləmişəm. Nazir olmazdan öncə başqa qazancım yox idi?
- O zaman niyə nazir olmazdan öncə almadınız o mənzili, Elmar müəllim?
- Yüz yol var ev almaq üçün, kredit, ipoteka ilə almaq olardı, nə qədər imkan var. Amma yenə deyirəm: şübhə olsaydı, Amerikada məni parçalayardılar. Bank cavabdehdir, çünki o pul haradan, necə gəlir. Şübhə olmayanda imkan yaradırlar.
Xəbərin oxunma sayı : 556
Müsahibə
Xəbərlər
-
Binəqədidə bağçanın bağlanması valideynləri narahat edib - VİDEO
-
Zəngin resurslar iqtisadi gücə çevrilir
-
İqtisadiyyat üçün əlavə dəyər amili
-
Alyona Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqlarla - Fotolar
-
“BI Group“ tikinti şirkəti işçilərin maaşlarını ödəmir - VİDEO
-
Ərdoğanla Paşinyan Nyu-Yorkda görüşdü - FOTO
-
İki metrostansiyadan ödənişsiz istifadə nə vaxtadək davam edəcək? - VİDEO
-
Mənzil bazarında yeni mənzərə - ipoteka ilə bağlı açıqlama
-
Rubio Lavrovla görüşdü - Nəyi müzakirə etdilər?
-
Xocavənddə maşınlar toqquşdu - Xəsarət alanlar var
-
Su filtrləri biznesi necə 26 min manatlıq borca çevrildi? - Məhkəmə işi
-
“Putin Trampla yeni görüşə hazırdır” - Dmitri Peskov
-
Binəqədidə “Şəhərsalma və Memarlıq İli” - Damlar da tikintiyə qoşulub! - VİDEO
-
“Mərkəzi Nəbatat Bağı” və “Dendrologiya Bağı” birləşdirilir - QƏRAR
-
Qeyri-neft sektorunun inkişafı: strateji prioritetlər, nəticələr və hədəflər
-
Plastik cərrah kimi fəaliyyətinə məhdudiyyət qoyuldu - İnarə İsmayılovanın
-
Bu idarə AZCON-un idarəetməsinə verildi - FƏRMAN
-
Artıq müstəqilliyimizə qarşı tələbkarıq, Rusiya bunu nəzərə almalıdır - Araik Arutyunyan
-
Həcc ziyarətinə sənəd qəbulu sabah başlayır - Qiymət artımı ola bilər
-
DGK nazirə məxsus olduğu bildirilən şirkətdən baytarlıq avadanlığı alır - 119 minlik
-
ADU-da prorektor vəzifəsindən azad edildi - YENİ TƏYİNAT
-
Təbii sərvətlərin səmərəli istifadəsi yeni sənaye imkanları yaradır
-
Əfv edilənlər kimlərdir? - 5-i xarici ölkə vətəndaşıdır
-
“Nar” inklüziv mövzulu sənədli filmin nümayişinə dəstək göstərdi - Fotolar
-
Anar Bayramov TƏBİB-də iki xanıma vəzifə verdi - FOTO
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Nərimanovda 31 kiloqram narkotik vasitə aşkarlanıb - VİDEO
-
Şirkətlərinin 13 milyondan çox borcu olan iş adamının Azərbaycandan çıxışına QADAĞA
-
“AzerGold“un Müşahidə Şurasının tərkibi yeniləndi - SƏRƏNCAM
-
Bakıda Təbriz küçəsi yenidən qurulur - 23 milyon manat xərclənəcək
-
Mətbuat Şurasında “süni intellekt və media” mövzusunda tədbir keçirildi - FOTOLAR
-
Sumqayıtda kişi qayınatasının çəliyi ilə arvadını döydü - TƏFƏRRÜAT
-
Tramp 64 illik protokol qaydasını pozacaq - Si Cinpinə görə
-
Bakı Şəhər İcra Hakimiyyəti 7 şirkətlə 140 milyon manatlıq müqavilə imzaladı - Siyahı
-
Maaşlar artdıqca qiymətlər də bahalaşır - Gələcəkdə vətəndaşları nə gözləyir?
-
“Neftçi“ İK bəyanat yaydı: “Komandanın ləğvi ilə bağlı qərar qəbul edilməyib“
-
Bərdədə avtomat silah və patronlar aşkarlandı - şübhəli saxlanıldı
-
40 ilin həkimini işdən çıxarmışdı: Vəzifəsindən azad edildi - VİDEO
-
Masazırda ağır qəza: Ölü və yaralılar var - FOTOLAR
-
Hansı ölkədə insanlar nə qədər kitab oxuyurlar? – 102 ölkənin siyahısı
-
“Avtovağzal” və “Xocəsən” stansiyalarında giriş niyə pulsuz edildi? - Açıqlama
-
Rayonlara yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
-
Tramp Hikmət Hacıyevin müsahibəsini paylaşıb - FOTO
-
Məmməd Musayevə qarşı cinayət işi açılıb - TƏFƏRRÜAT
-
Prezident əfv Sərəncamı imzaladı - SİYAHI
-
Naxçıvanda tanınmış atlet həbs edildi - Dələduzluq ittihamı
-
İlham Əliyev Estoniyanın ölkəmizdəki ilk səfirini qəbul etdi - FOTOLAR
-
Deputatın baha dərman satan şirkəti cəzalandırıldı - Dövlət Agentliyindən “Azəri Med“lə bağlı sərt qərar
-
Azərbaycan dövlət borcu üçün nə qədər faiz ödəyir? - Ölkələrin siyahısı
-
Yemək vermədiyi üçün arvadını bıçaqlayan ər - Sərbəst buraxıldı
-
“Türkiyə ilə sərhədin açılmasını səbirsizliklə gözləyirəm” - Paşinyan
-
Prezident daha bir 3 illik dövlət proqramını təsdiqlədi:nələr olacaq?
-
Milli Məclisin pensiya yaşını çoxdan aşan deputatları: onlar kimlərdir?
-
Binəqədidə sakinləri evlərindən didərgin salan hadisə - VİDEO
-
Evdə hazırladıqlarını bazarda satanlar cərimələnəcək? - Açıqlama
-
Miqren riskini artıran səbəb üzə çıxdı - Qadınlarda 3 dəfə çoxdur
-
Tramp və Zelenski arasında görüş: Putinlə bağlı mühüm açıqlama
-
Avtomobillərin katalizatorlarını baha edən nədir? - VİDEO
-
Məşhurlar instaqramda bunları paylaşdılar - FOTOLAR
-
Bakıda ildə 3-4 dəfə təmir olunan yol yenə çökdü - VİDEO
-
Azərbaycan daha bir ölkə ilə vizanı ləğv etdi - Kimlər gedə biləcək?
-
Prezident Qərb Sənaye Parkının yaradılmasının məqsədini açıqladı - VİDEO
-
Qızılı girov qoyub kredit götürmək üçün - Bankların ŞƏRTLƏRİ
-
Azərbaycanda tıxaclara görə iş saatları azaldılır? - Deputatdan açıqlama
-
Tramp istəyinə çatdı - Qrenlandiya ilə bağlı saziş imzalandı
-
Bakıda xəstəxana pasiyentlərin yeməyini kəsir və həyətə çıxmağa icazə vermir? - VİDEO
-
AQTA-nın yeni qaydası: “Əhalinin çörəyini kəsməkdir”
-
Maştağadakı psixiatriya xəstəxanası bağlanır? - İDDİA
-
Prezident azad edilmiş ərazilərdə yataqların işə salınması barədə danışdı - VİDEO
-
“Tramp Pezeşkianla görüşməyə hazırdır” - Marko Rubio
-
Abşeron təhsilində rüşvəti görmür, kollektor üstündə daxmanı görür...
-
Paytaxtdakı ali təhsil müəssisələri distant təhsilə keçir - Rəsmi
-
Vətən müharibəsi iştirakçısı 1 illik cəza aldı - Qaxda köşk qalmaqalı
-
ABŞ təzyiqi azaltsa, İran Hörmüz boğazını açmağa hazırdır - “Reuters“
-
Özünü PA əməkdaşı kimi tanıdıb 200 min almışdı - 6 il həbs verildi
-
100-dən çox ölkənin xüsusi xidmət rəhbərləri burada - Bakı dünyanı bir araya topladı
-
“Tsxinvalidə keçirilmiş qondarma “prezident seçkiləri”ni tanımırıq” – Rəsmi Bakı
-
“Birliyin Gücü - 2026” hərbi təliminin açılışı oldu - VİDEO/FOTO
-
İsfəndiyar Axundov və oğlu kredit borcunu gecikdirib - Məhkəmə qərarı
-
“Panda Baby” müştəriləri aldadır - Ucuz qiymət qoyub, baha hesablayır
-
Bu avtobuslar sabahdan “Avtovağzal” stansiyasında da dayanacaq - Siyahı
-
Fəaliyyətinə icazə verilən plastik cərrahların sayı artdı - Siyahı
-
Sosial şəbəkədə qadınlarla yazışdı, qısqanan arvadını döydü - Məhkəmə qərarı
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Prezidentdən xəbərdarlıq: “Əməl etməyənlər cəzalandırılacaq”
-
Şəmkirdə 13 il əvvəl törədilən cinayətin üstü açıldı: Nə baş verib?
-
Bakıda marketlərdən bu məhsul yoxa çıxdı: Qiyməti artdı (FOTO)
-
“Xocəsən“ və “Avtovağzal“ metrostansiyalarına giriş müvəqqəti pulsuz olacaq - Sabahdan
-
Mənzil əvəzinə obyekt: Binaların altı niyə obyektlərlə dolur?
-
“Bunları etməsəydik, bəzi ölkələr kimi qapı-qapı gəzib gərək kiməsə ağız açaydıq” - Prezident
-
Satıcı aldatdı, telefon bloklandı... - “Mobifon” MMC-dən daha bir ŞİKAYƏT
-
Ehtiram Quliyev “Turan Tovuz“dan gedir? - Özündən açıqlama
-
“Azərbaycanda alüminium istehsalı 100 min tona çatdırılmalıdır“ - Prezident
-
“Kristal Estetik” və rəhbərliyi 29 min cərimələndi - Kosmetoloq qanunsuz işləyib
-
Polis çətin relyef şəraitində narkotik əməliyyatı keçirdi - VİDEO
-
Süni intellektin bədniyyətli istifadəsi terrorla mübarizəyə ciddi əngəllər törədir - İlham Əliyev
-
Angela Merkel qayıdır? - “Körpülər qurmalıyıq“...
-
Bakıda tozun miqdarı normadan artıqdır - Nazirlik
-
Zamin durmadan öncə 2 dəfə düşünün - Borcdan əlavə öhdəliklər
-
Kitab sərgisinin təşkilatçısı dəyişdi - Məbləğ 2 dəfəyə yaxın azaldı
-
Dələduzluqda təqsirləndirilən sabiq baş konsulun məhkəməsi niyə təxirə salındı? - TƏFƏRRÜAT
-
ABŞ kəşfiyyat şefi Zelenski ilə görüşdü – Moskvaya getmişdi
-
Prezidentin sədrliyi ilə Dövlət Proqramına həsr olunmuş müşavirə keçirildi - FOTOLAR
-
Bakıda polisə silahlı müqavimət göstərən şəxs zərərsizləşdirildi - DİN
-
Mərkəzi Klinikada qalmaqal: Şöbə müdiri infrakt keçirən qadının oğlunu təhqir etdi
-
Ev şəraiti ilə stansiyalar arasında şarj edilən avtomobillərin yürüşündə fərq var - VİDEO
-
İran ölkəni, vətəndaşları və inanclarını müdafiə edəcək – Pezeşkian
-
“Milyonçu qardaşlar”ın sərvəti özlərinə qaldı - Hökm oxundu
-
Sabiq icra başçısı bu vəzifəsindən azad edildi - 7 ay sonra
-
Xaricdə təhsil alan şəxsin diplomu arayışla tanına bilməz - TKTA
-
Ağdamda tikintidə bədbəxt hadisə: Şəmsəddin Aslanovun şirkəti cərimələndi
-
Fermerdən 15 qəpiyə alınan məhsul bazarda necə 1,5 manat olur? - Video
-
Paytaxtın bu rayonunda 52 bina söküləcək: Kompensasiya məbləği açıqlandı
-
Bakıda bu məktəblərdə təhsil onlayn oldu - SİYAHI
-
Kuryerin mopedindən oğurluq edildi - 50 yaşlı kişi saxlanıldı
-
Evdə hazırlanaraq bazara çıxarılan qida məhsulları üçün sertıfikat tələb olunacaq - VİDEO
-
“Böyük qayıdış“ davam edir: Daha 284 nəfər yola salındı (FOTO)
-
İnstaqramda bu gün nələr paylaşıldı? - FOTOLAR
-
Mbappedən Zidanla bağlı maraqlı xatirə - “13-14 yaşım var idi...“
-
Çıxarış almaq istəyənlərin diqqətinə - Bu halda mümkün deyil
TOP 10
ARXİV






