Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI
Axtar
 
  • / Maqazin / — 12 May 2026

    Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 05 May 2026

    Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO

  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

  • / Maqazin / — 22 Fevral 2026

    “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun

  • / Maqazin / — 05 Fevral 2026

    Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“

Sabunçu sakinlərinin acınacaqlı vəziyyəti: Nə yol var, nə kanalizasiya sistemi - FOTO

Tarix 01.02.23, 20:43

Font ölçüsü : - / +
bitmap-img6


Sabunçu rayonunun sakinləri yol və kanalizasiya problemindən əziyyət çəkirlər. 

Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. 

Bildirilib ki, qəsəbələrin iki problemi qış mövsümündə sakinləri daha çox narahat edir:
“İkisi də bir-biri ilə bağlıdır. Məsələn, yola asfalt vurulsa, amma kanalizasiya xətti yoxdursa, (yararsızdırsa), yağış suları tədricən yol örtüyünü sıradan çıxaracaq.

Sabunçu qəsəbəsinin sakinləri də oxşar vəziyyətlə üzləşiblər. Teymur Bünyadov küçəsinə asfaltı (işlənmiş) sakinlər öz hesablarına çəkdiriblər. Amma yolun örtüyü tezliklə yararsız hala düşüb. M.Hüseynzadə (keçmiş Qəzənfər Musabəyov) və Xurşidbanu Natəvan küçələrinin də asfalt problemi həllini gözləyir.

Ümumiyyətlə, qəsəbənin su və kanalizasiya sistemi sovet dövründən qalmadır, istismar müddətini başa vurub. Su kəmərlərindən sızmalar küçələrdə gölməçələr yaradır, palçığa, üfunətə səbəb olur”.

Sakinlər qeyd edib ki, problemlə bağlı aidiyyəti yerlərə müraciətləri hələlik nəticəsiz qalıb. 

Sabunçu Rayon İcra Hakimiyyətindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, rayonun bütün qəsəbələrində olduğu kimi Sabunçu qəsəbəsində də içməli su və kanalizasiya xətlərinin çəkilməsi və təmiri aidiyyəti üzrə “Azərsu” ASC tərəfindən icra olunur:

“Qəsəbədaxili yolların asfaltlanması isə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Dövlət İnvestisiya Proqramları çərçivəsində həyata keçirilir. Bununla bağlı Sabunçu qəsəbəsinin T.Bünyadov, M.Hüseynzadə (keçmiş Musabəyov) və X.Natəvan küçələrində yolun asfaltlanması üçün Rayon İcra Hakimiyyəti tərəfindən həmin Agentliyə müraciət olunub”.






Xəbərin oxunma sayı : 520




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap