| |
|
Məmurların adından “təcili” pul istəyirlər - DTX araşdırma aparır
Sabiq sədr Almaniyada tikinti biznesinə başlayıb - Şərikli bina tikir + FOTO
Məmməd Musayevlə əlbir olub 100 milyonu “yeyiblər” - Vəzifəli şəxslər həbs edildi
“Qardaşımla birgə 16 milyon vermişik” - Tale Heydərovun ifadəsi oxundu
Deputat Cavanşir Feyziyev Londonda milyonluq mülklər alıb - SİYAHI
Saleh Məmmədov 1 ilə 176 milyon manat artıq vəsait xərcləyib - RƏSMİ
Leysan Məmmədovun fəaliyyəti araşdırılacaq….- Milyonlar necə xərclənir?
“Azəraqrar”ın əsl rəhbəri kimdir? - Nazirin sabiq komandirinin maaşı 7 dəfə artırılıb?
Bizim iradəmizə qarşı çıxanın başı əziləcək - Azərbaycan Prezidenti
Maliyyə Nazirliyi AAYDA yoxlama aparır - Ciddi yeyintilər aşkarlanıb
Vensin Azərbaycana səfəri: Zəngəzur dəhlizinin müzakirələri yeni mərhələdə
Sovet təhsil elitası və cavabsız qalan suallar:Rektor 6 il sonra universitetə necə daxil olub?
Binəqədi rayonunda neft buruqları ərazisində daha bir qanunsuz tikinti - FOTO/VİDEO
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması - Kompromat savaşı yenidən başlayıb
Satıcıların “təsir gücü”: Bahalı məhsulu bizə necə aldırırlar?
Tarix 09.04.21, 15:13 |
|
Hər gün onlarla məhsulu mağazalardan alırıq və istehlak edirik. Bu prosesdə bizi bir çox məsələ düşündürür: Nə üçün məhz bu məhsul ucuzdur? Onun digər məhsullardan fərqi nədədir? Niyə digər mağazada daha bahadır? Axı, qiymətdə bu “90”lar nəyə lazımdır? Bu və digər bir çox sual fərqində olmadan məhsulu alarkən beynimizi məşğul edir. Lakin sonunda müəyyən bir seçim edir və rəqib məhsullarından birini “səbətimizə” əlavə edirik. Heç düşünmüsünüz ki, niyə məhz bu məhsulu seçdiniz? Çünki onun satış siyasəti yaxşı hesablanmışdı.
Dünyaca məşhur şirkətin Azərbaycandakı brend meneceri və ticarət marketinqi üzrə mütəxəssisi Tuqay Feyziyev istehsalçıların satış siyasəti, qiymət strategiyası və müştəri psixologiyasının ölçülməsinə dair bəzi fikirləri Oxu.Az-la bölüşüb.
- İlk növbədə gəlin elə sadədən başlayaq, məhsula qiymət təyin edilərkən nə əsas götürülür?
- İlk öncə hər bir iş bazar araşdırmasından başlayır. Bu zaman şirkət satacağı məhsulun hədəf kütləsini müəyyənləşdirir və onların hazırki sosial-iqtisadi vəziyyətini qiymətləndirir. Daha sonra bazarda uyğun rəqiblər dəyərləndirilir (onların müsbət və mənfi cəhətləri, keyfiyyəti, qiymət strategiyası və s.) və artıq riyazi hesablamalara başlanılır: məhsulun maya dəyəri, şirkətin investisiyası, neçə il ərzində bu investisiyanı geri götürməyi və nə qədər gəlir əldə etməyi planlaşdırır? Qısaca desək hər bir məhsulun bazarda qiyməti tələb və təklif əsasında formalaşır.

- İstehlakçı psixologiyası deyəndə hansı amillər nəzərə alınır?
- İstehlakçının məhsulu almazdan öncəki davranışı, istifadəsi zamanı keçirdiyi hisslər və istifadədən sonrakı düşüncələri bir zəncirdir. İstehlakçı psixologiyası dedikdə insanların məhsulu almazdan öncəki davranışının, həyat tərzinin, istəklərinin analiz edilməsidir. Əgər hədəf kütləsi gənc nəsildirsə, marka onların harda daha çox vaxt keçirdiklərini, təklif etdiyiniz məhsulla harda tanış olacağını və harada istifadə edəcəyini anlamaqdır. İstifadə etdiyi zaman keçirdiyi hisslər artıq sizin məhsulun keyfiyyətindən asılıdir və sonrakı düşüncə məhsulun qiyməti ilə keyfiyyətinin müqayisəsidir. Bu zənciri alıcı məmnuniyyəti ilə tamamlayan marka uğurlu markadır və hədəf kütləsinin psixologiyasını anlamışdır.

- Niyə məhz “100” yox “99,90”?
- Bu artıq refleks və ani qərarlar üçün keçərli olur. Alıcı daha çox yuvarlaq rəqəmlərə fikir verir və məntiqi olaraq “99” rəqəmini daha ucuz görür. Bu mənim subyektiv fikrimdir və düşünürəm ki, bu qiymətlə alıcının fikrini cəlb edə bilərsiniz, lakin alışa həvəsləndirmək qəlizdir. Əsas səbəb odur ki, indiki qiymət lövhələrinə baxdıqda artıq bütün məhsullar bu formadadır. Digər səbəb isə alıcı rəf qarşısında duraraq daha detallı analiz edir. Bu zaman məhsulun marka adına, keyfiyyətinə və çəkisinə nəzər yetirir. Sonda müsbətləri çox olan məhsul alıcı səbətinə daxil olur.

- Bəzən eyni məhsulun başqa bir mağazada çox daha ucuz olduğunu görürük və ya əksinə, səbəb nədir?
- Eyni məhsulun fərqli mağazalarda fərqli qiymətlərə olması ilk öncə satış nöqtəsinin gəlirlilik strategiyasından asılıdır. Yəni, satış nöqtəsi “X” kateqoriyasında gəlirlilik faizini 15 faiz planlaşdırırsa, digər satış nöqtəsi bunu 25 faiz planlaşdırır, başqa bir kateqoriyada isə tam fərqli yanaşaraq alıcıları bu istiqamətə yönəldir. Bundan əlavə qiymət fərqinin yaranma səbəbi satış nöqtəsinin partnyorluq etdiyi şirkətlərlə xüsusi razılaşmalarından və endirimli aktivasiyalardan da asılıdır.

- Endirim qiymətlərini təyin edən zaman hansı meyarlara diqqət yetirilir?
- Alıcı kütləsi və məhsuldan asılı olaraq bu meyarlar fərqli olur. Bunlardan əsası: fokuslandığınız alıcı kütləsinin hazırki sosial-iqtisadi durumu analiz olunmalıdır, verilən endirimlər alıcı fikrinin dəyişməsinə yardımçı olmalı, brendin imicinə xələl gətirilməməlidir. Mövsüm və xüsusi günlər düzgün qiymətləndirilmədir ki, istehlakçının səbətinə daxil olasınız.

- Pandemiyadan əvvəl və pandemiyadan sonra... İnsanların istehlak normalları necə dəyişib? Bunu nəzərə alırsınız?
- Əlbəttə ki. Bütün dünyada olduğu kimi Azərbaycan bazarında da istehlakçı pandemiyanın ilk dövründə böyük bir şok keçirdi. Bunu ilk aylarda satış nöqtələrində olan növbələr, birinci dərəcə əhəmiyyətli olan istehlak məhsullarının külli miqdarda alınması (hətta, deyərdim daha sona israf olunması) tam olaraq göstərir. Bu şok alıcıların daha öncə satış nöqtələrində nəzər yetirmədikləri kateqoriyalar və markalar ilə tanış etdi. Əsas dəyişiklik elektron ticarətdə hiss edildi. Əgər alıcı daha öncə yalnız elektron cihazları, geyim və kitabları bu ticari kanaldan əldə edirdisə, pandemiya dövründə insanlar gündəlik istifadə olunan və ya qida məhsullarını da onlayn almağa başladı. Həmçinin karantin dövründə insanlar sosiallaşmanın dəyərini anlamağa başladı və bu, onların alış prioritetlərində də öz əksini tapır.
Təbii ki, pandemiya dövrünü nəzərə alaraq brendlərin strategiyasında dəyişikliklər edilir. Alıcıya verilən mesajlar və ya çağırışlar qanunlara zidd ola bilməz. Məsul olduğum brendlər pandemiyadan öncə öz hədəf kütləsini daha çox toplaşmağa, dostlarla əylənməyə dəvət edirdisə, hazırda bu tipli çağırışları dayandırmışıq. Onları ev şəraitində xoş ab-havanı necə yarada biləcəklərini izah edirik. Hələ ki, pandemiyadan sonranı qeyd etmək mümkün deyil.

- Pandemiyadan əvvəl mütəmadi istehlak etdikləri hansı məhsullara artıq insanlar üstünlük vermirlər? Bununla bağlı araşdırma aparılır və statistika tutulur?
- Qeyd etdiyim kimi birinci dalğada insanlar əsasən yaşam üçün daha əhəmiyyətli məhsullara üstünlük verirdi. Lakin növbəti mərhələlərdə insanlar artıq öz əyləncələrini mövcud olan şəraitdə davam etdirməyə, digər ikinci, üçüncü dərəcəli məhsulların alışına başladı və hətta öncəkindən daha çox. Buna xarici ölkələrə səyahət edə bilməmələri, istirahətə gedə bilməmələri səbəb oldu.

- Bundan sonra necə olacaq? Pandemiya da nəzərə alınaraq satış strategiyası necə dəyişəcək ya artıq dəyişməyə başlayıb?
- Zənnimcə pandemiya bitdikdən sonra insanlar arasında sosiallaşma daha da populyarlaşacaq (dostlarla toplaşma), elektron ticarətə vərdişlər daha da artacaq. Brendlər üçün əsas olan hədəf kütləsidir, onların alış vərdişləri necə dəyişərsə satış strategiyası da ona uyğun qurulacaq. Bu, gündəlik, həftəlik və aylıq analiz olunan bir iş prinsipidir.
Xəbərin oxunma sayı : 364
İqtisadiyyat
Xəbərlər
-
Xameneinin qətli ilə bağlı Trampa xəbərdarlıq olunubmuş
-
Bu şəhid övladları tələbə adını qazandılar -SİYAHI
-
“ABŞ və İsrail sosial partlayışa hazırlıq görür“ - Pezeşkian xəbərdarlıq etdi
-
Milli Məclisin 81 yaşlı deputatı üçüncü dəfə evləndi - FOTOLAR
-
Beynəlxalq axtarışda olan şəxs Azərbaycana ekstradisiya edilib - Prokurorluqdan məlumatı
-
“Təmiz Şəhər” ASC niyə çökür? - 3,8 milyon manatlıq xərc və 249 milyon manatlıq zərər
-
PA Vətəndaş Qəbulu Mərkəzinin sentyabr ayı üçün cədvəli açıqlanıb - SİYAHI
-
Deputat Məşhur Məmmədovu məşhurlaşdıran qaranlıq işlər - DETALLAR
-
Tovuzun ərazisindəki Gədəbəy kəndi: Sakinlər nəqliyyat xərcindən əziyyət çəkir (VİDEO)
-
“Müxalifət Ermənistana hərbi müdaxilə hazırlayır“ - Paşinyan
-
Beyləqanda hesabat konfransı keçirildi - FOTOLAR
-
Pomidorun bostanla bazar arasındakı qiymət fərqi: “Məhsulu 55 qəpiyə satırıq“
-
Xaricə pul aparan dəstə ilə bağlı daha bir ilginc məlumat - Ölkəyə gizli dərman gətirirlər?
-
“Dənizkənarı Bulvar İdarəsi” QSC-yə çevriləcək - Prezident Fərman imzalayıb
-
Azərbaycanda 18 yaşına çatmayan 877 qadın ana olub - Qarşısını almaq üçün…
-
Elvin əməliyyat olunacaq - 3 ay meydanlardan uzaq qalacaq
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Formula 1-lə bağlı viza proseduru sadələşdirilir - Sərəncam
-
“Azəripək“ “Azərxalça“ya birləşdirilib - FƏRMAN
-
Növbə Sarkisyana çatdı - Niyə çağırıldığını bilmir
-
Bu dondurmalar marketlərdən yığışdırıldı:Saxta imiş
-
Azərbaycanda ən çox hansı marka avtomobillərə tələbat var? – Siyahı
-
Saxta şirkətlər açıb milyonlar mənimsədilər - Məhkəmə başladı
-
Ermənistan rəsmiləri Laçına gəliblər – İşgüzar görüş keçirilib
-
ABŞ onlara 10 milyon dollar verəcək - Siyahıda Əhməd Vahidi də var
-
İsraildə “qafqaz mafiyası”nın başçısı güllələnib - ANBAAN VİDEO
-
Məleykə Abbaszadədən tələbə adı qazananlara müraciət: “Bir şeyi unutmayın…”
-
Tovuzda qadın boğazından bıçaqlandı - Şübhəli əridir
-
Bakı aeroportunda əməliyyat: Bağdaddan gələn sərnişinlər cinayət başında tutuldu
-
Azərbaycanda çoxunun evində var: 250 manata alırlar
-
Tədris ili başlayır - Bakıda kirayə mənzillər neçəyədir?
-
Gələn həftədən bankların üzərinə yeni öhdəlik qoyulacaq - TƏFƏRRÜAT
-
Sabah güclü külək əsəcək, leysan yağacaq - PROQNOZ
-
ABŞ 200 minə yaxın vizanı ləğv edir: Qərar kimlərə şamil olunacaq
-
Bu il tələbə adını qazananların sayı daha çoxdur - Məleykə Abbaszadə
-
İşsiz və işaxtaranların nəzərinə – Sentyabrın 10-dək...
-
Ağdamdakı qətllə bağlı İDDİA: Pəncərədən daxil olaraq qayınatasını öldürüb
-
Faizlə borc verən şəxslər bilməlidir ki... - Ali Məhkəmədən sələmçilərə çağırış
-
Pivə Azərbaycana ən çox İran və Türkiyədən gətirilir - Tam siyahı
-
Azərbaycan şou-biznesinin evlənməyən məşhurları - SİYAHI
-
Köçəryan və oğlu saxlanıldı - Evlərində axtarış aparılır
-
Müctəba Xameneinin yeni görüntüləri yayımlandı - FOTO
-
Elşad Xose hər şeyi “sildi“ - FOTO
-
Bu ərazidə qaz olmayacaq - Xəbərdarlıq
-
“ABŞ İrana zərbələrdən imtina etmir“ - Heqset
-
Şəhid anası da tələbə adını qazandı - FOTO
-
Haitidə silahlı hücum - 47 ölü, 22 yaralı
-
Azərbaycanda sosial təyinatlar avtomatlaşdırılır: Son statistika
-
Laçının regionda inkişaf perspektivləri
-
Dövlət səfəri Azərbaycan-Özbəkistan münasibətlərinin yüksəlişini tarixiləşdirdi
-
Azad və müasir Laçın tarixiliklə müasirliyin vəhdətini əks etdirir
-
Azərbaycan-Özbəkistan müttəfiqliyi türk birliyini gücləndirən əsas amillərdəndir
-
Tarixə çevrilən qardaşlıq nümunəsi
-
Külli miqdarda oğurluq edib Rusiyaya qaçmışdı - Bakıya gətirilir
-
Banka borcunu ödəyə bilməyənlərə güzəşt ediləcək? - ŞƏRTLƏR
-
Azərbaycanda da satılan bu məhsulda ölümcül bakteriya aşkarlandı - FOTO
-
Nazirin qaynı Nihad Hənifəyevin 7,4 milyonluq tenderi - Nazirliyin məlum susqunluğu
-
Qəbul olunanlar bu tarixdə qeydiyyatdan keçəcək - Tarix açıqlandı
-
Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri başa çatıb - FOTOLAR
-
Yararsız bina, köçürülən şöbələr: 3 nömrəli Uşaq Dəri-Zöhrəvi Dispanseri bağlanır?
-
Azad Laçın sevincli günlərini yaşayır
-
Çindən ölkəmizə gətirilən bu məhsullarda problemlər aşkarlanıb - Fotolar
-
Etibar Pirverdiyev “Expressbank”dan nə qədər qazanır? - TƏFƏRRÜAT
-
Laçın tarix və mədəniyyətin beşiyidir
-
“Məni Putinə qarşı danışdırmaq istəyirdilər” - ŞOK İDDİA
-
Universitetlərə qəbulun nəticələri AÇIQLANDI
-
Türkiyə və İsrail ordusu - Hansı daha güclüdür?
-
Aynur Dadaşova kiminlə sevgilidir? - “Yaxşı ki varsan“
-
Ortaq dəyərlər üzərində yüksələn müttəfiqlik
-
Bakı metrosunda interval azalacaq? - RƏSMİ
-
Vilayət Eyvazov Sumqayıtda qəbul keçirəcək - Bu tarixdə
-
Prezidentlər xanımları ilə Buxaranı gəzdilər - VİDEO
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Xarici dil müəllimliyi üzrə plan yerləri azalır - Səbəb nədir?/VİDEO
-
Altı ay ərzində Türkiyədən 24 min qram sikkə gətirilib - Qramı 189 manatdan
-
“Südü 15 qəpiyə satmaqdansa yerə tökürəm” - Fermerdən etiraz (VİDEO)
-
Ermənistan KTMT-yə üzvlüyə ehtiyac duymursa, təşkilatı tərk etməkdə azaddır - Peskov
-
Xarici pasport alan azərbaycanlılar hərbi xidmətə çağırıla bilər - RƏSMİ
-
Şuşa sakinləri evlərini kirayə verirlər - Bir günü 150 manata
-
Azərbaycanda 6 ayda 52 mindən çox yeni iş yeri açılıb - İqtisadi rayonlar üzrə
-
Taksi sürücüləri üçün imtahana qeydiyyat başlanır - Bu tarixdən
-
Ərinin qətlini intihar kimi göstərmək istədi - Sabunçudakı dəhşətli cinayətin üstü açıldı
-
Saxta ödəniş səhifələri yaradılıb - Ehtiyatlı olun!
-
“Ermənistanı KTMT-dən çıxarsalar, məmnun olaram” - Paşinyan
-
Avtomobil ehtiyat hissələrinin idxalı azalıb - VİDEO
-
Bakıda 36, rayonlarda 40 dərəcəyədək isti gözlənilir - Sabahın havası
-
İrandan ölkəyə külli miqdarda narkotik keçirilməsinin qarşısı alınıb - FOTO
-
Azərbaycanın ən böyük ixrac şirkətlərindən birinin 8 milyon borcu var - “Stop“ qoyuldu
-
“Qarabağdan Buxaraya uzanan bir elm yolu...“ - Hikmət Hacıyev + FOTO
-
Nura toylardakı “qapalı çevrə”ni ifşa etdi: “Hər kəs öz faizini alır”
-
Prezident və birinci xanım Daşkənddən Buxaraya gedib - VİDEO
-
Ağdaşda qadınla 17 yaşlı oğlu bıçaqlandı - Şübhəli əridir
-
Kərə yağı azaldı, palma yağı idxalında rekord artım: Səbəb nədir?
-
Şəkidə yüzlərlə ailənin yaşadığı ərazidə qaz yoxdur - VİDEO
-
“Dost Ukrayna xalqına humanitar dəstəyimiz davam edəcək” - Əliyevdən Zelenskiyə məktub
-
Paytaxt sakini əvvəlcə evini balta ilə dağıtdı, sonra yandırdı - Video
-
Məktəbdə belə davranan şagirdlər polisə verilə bilər - QAYDA
-
Azərbaycanla Özbəkistanın bu şəhərləri də qardaşlaşır - SİYAHI
-
İran Hörmüzdə gəmilərdən xidmət haqqı alacaq - Parlament təsdiqlədi
-
Bu şəxslərin pensiyası ilə bağlı yenilik ola bilər - VİDEO
-
Azərbaycanda kriptovalyuta dövlət nəfinə müsadirə edilib - İlk dəfə
-
Tramp sentyabrda İrlandiyaya gedəcək - Qolf yarışına
-
Sumqayıtda yataqxana sakinləri ətrafdakı tikinti işlərindən narazıdır - VİDEO
-
Xarici dil müəllimliyi üzrə plan yerləri azalır - Səbəb nədir?
-
Azərbaycan və Özbəkistan çoxtərəfli müstəvidə də əməkdaşlığı uğurla inkişaf etdirirlər
-
Özbəkistan Azərbaycanın Qarabağla bağlı haqlı mövqeyini daim dəstəkləyib
-
Yeni regional əməkdaşlıq modeli qurulmaqdadır
-
Azərbaycan–Özbəkistan müttəfiqliyi Türk dünyasının gücünü artırır
-
Daşkənddə İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub - FOTOLAR
-
Hikmət Hacıyev Özbəkistana dövlət səfərindən paylaşım edib - FOTO
-
Tramp İranla bağlı qərarları verərkən birjada əməliyyatlar aparıb - Milyonlar qazanıb
-
Prezident İlham Əliyev Daşkənddə belə qarşılandı - VİDEO
-
İlham Əliyev Daşkənddə Müstəqillik abidəsini ziyarət etdi - Fotolar
-
40 dərəcə isti gözlənilir - Sabahın hava proqnozu
-
Prezident xanımı ilə Özbəkistandadır - FOTOLAR/VİDEO
-
Kamçatkada köməksiz qalan Azərbaycan vətəndaşı təxliyə edildi - Video
-
Bu qarpızlar mədə və bağırsaq üçün təhlükəlidir - Həkimlərdən xəbərdarlıq
-
Suriya səmasında gərginlik: İsrail və Türkiyə arasında məxfi rabitə kanalları işə düşdü
-
Vergi uçotu ilə bağlı 10 min dollarlıq limit qüvvəyə mindi - Şərtlər nədir?
-
Tramp İran tərəfinin qəzəbinə səbəb olacaq görüntünü təkrar paylaşdı - FOTO
TOP 10
ARXİV






