“Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal
Axtar
 
  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

  • / Maqazin / — 11 Noyabr 2025

    Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR

  • / Maqazin / — 10 Noyabr 2025

    “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO

Sedat Pekərin gizləndiyi oteldə əməliyyat keçirilib - İddia

Tarix 12.06.21, 21:31

Font ölçüsü : - / +
bitmap-img6


Haqqında həbs qərarı verilən mafiya lideri Sedat Pekərin Birləşmiş Ərəb Əmirliyində gizləndiyi oteldə əməliyyat keçirildiyi iddia edilib.

AzFakt.com xəbər verir ki, Türkiyənin "Aydınlıq" qəzeti Sedat Pekərin Balkanlardan Mərakeşə, oradan da BƏƏ-yə qaçışını İsrailin kəşfiyyat idarəsi olan Mossad tərəfindən həyata keçirildiyini, Dubayda qaldığı otelin "toxunulmaz otel" adlandırıldığını yazmış, həmin oteldən çəkilən fotoları yaymışdı.

Qəzetin yaydığı yeni məlumata görə, Pekərin Dubaydan aparılması planlaşdırılarkən, cinayətkar şəbəkə başçısı problemlərlə üzləşib. Belə ki, "toxunulmaz otel"dən başqa bir otelə aparılan Pekər və yanındakı 12 nəfərlik qrupa Türkiyədəki rəqibləri tərəfindən əməliyyat həyata keçirilib. Məlumatlara görə, Pekəri mühafizə edən Mossad əməkdaşları onu aralarında "Hilton Dubai" də olmaqla 3 başqa otelə aparmaq məcburiyyətində qalıblar. Lakin, sonda Sedat Pekər yenidən "toxunulmaz otel"ə aparılıb.

Dubay rəhbərliyinin prosesin deşifrə olmasından təlaşlandığı və Pekərin oteli tərk etməsini istədiyi qeyd olunur.

"Mütəşəkkil cinayətkar dəstə liderinin zaman-zaman kontroldan çıxdığını bildirən qaynaqlar, Dubay yönətiminin Mossadın işin içində olmasının deşifrə olmasından təlaşlandığını bildirirlər. Dubay rəhbərliyi prosesin əleyhlərinə çeviriləcəyi və bunun bədəlinin ağır olacağı təlaşı içindədirlər. BƏƏ kəşfiyyatı bölgədə baş verən son prosesləri dəyərləndirərək bazarertəsi günü Pekərin oteli tərk etməsini tələb edib", deyə "Aydınlıq" qəzetinin məqaləsində qeyd olunur.

Qəzetin yazdığına görə, Pekəri idarə edən qrup bir tərəfdən yayınlanan videoların effektivliyini qiymətləndirərkən, digər tərəfdən də "oteli tərk edin" xəbərdarlıqları qarşısında yeni planlar hazırlayırlar.

"Pekər və onu idarə edən qrup çərşənbə günü, Türkiyə vaxtı ilə 23:00-da özəl bir təyyarə ilə Dubaydan çıxmağı planlaşdırır. Pekərin yeni adresini müəyyənləşdirənlər onu Balkanlardan Mərakeşə, ordan da BƏƏ-yə gətirən Mossad qrupudur", deyə qəzet yazır.


Xatırladaq ki, mütəşəkkil cinayətkar dəstə lideri Sedat Pekər çərşənbə günü sosial mediada qaldığı otelin yerinin təsbit edildiyini bildirmişdi. Pekər uzun bir yolçuluğa çıxdığını qeyd etmişdi. (Avropa.info)



Xəbərin oxunma sayı : 742




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap