Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

"Səhər saatlarında nazirə görə Bakı-Sumqayıt yolunu bağlayırlar" – VİDEO + DİN-dən AÇIQLAMA

Tarix 17.09.21, 14:38

Font ölçüsü : - / +
bitmap-img6


Sürücülər bu gün səhər saatlarında Əliağa Vahid küçəsinin Bakı-Sumqayıt yoluna birləşən hissəsində (Masazır dairəsində) yaranan tıxaca səs siqnalından istifadə edərək etiraz ediblər.

Bu barədə Yeniavaz.com-a məlumat verən sürücülər, iddia edirlər ki, sözügedən yolda nəqliyyat vasitələrinin hərəkəti Dövlət Yol Polisi əməkdaşları tərəfindən hər gün səhər saatlarında məhdudlaşdırılır. Onlar iddia edirlər ki, buna səbəb nazirlərdən birinin günün o saatlarında Bakı-Sumqayıt yolundan istifadə etməsidir.
Sürücülərin redaksiyamıza təqdim etdiyi kadrlarda nəqliyyat vasitələrinin dayandırıldığı və yolun digər hissəsinin açıq olduğu müşahidə olunur. Onlar həmçinin, yaranan tıxaca səs siqnallarından istifadə edərək etiraz etmələrinin əks olunduğu kadrları da redaksiyamıza təqdim ediblər:



Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin rəisi Ehsan Zahidov Yeniavaz.com-un məsələ ilə bağlı sorğusuna cavab olaraq bildirib ki, avtonəqliyyat vasitələrinin hərəkətinin hansısa vəzifəli şəxsə görə məhdudlaşdırılması ilə bağlı iddialar həqiqəti əks etdirmir: "Tamam yalan və uydurmadır. Tıxaclar tək o yolda deyil. Səhər mən tamam başqa yolla işə gəlirəm, o yolda da tıxac olur. Hansı ki, o yoldan heç bir məmur istifadə etmir. Tıxacların yaranmasına səbəb ilk növbədə sürücülərin özləri və yolun infrastrukturundakı nöqsanlardır. Sürücülər o tıxacın səbəbini birinci növbədə özlərində axtarmalıdırlar. Səhər pik saatlarda şəhərin bütün yollarında bu cür tıxaclar olur".

Baş Dövlət Yol Polisi İdarəsinin İctimai Qurumlarla Əlaqə şöbəsinin rəisi Namidan Piriyev isə açıqlamasında sözügedən yolda tıxacın yaranma səbəbini Masazır dairəsinə bir neçə istiqamətdən avtomobillərin daxil olmasını göstərib. O da sözügedən yolda hər hansı vəzifəli şəxsə görə nəqliyyat vasitələrinin hərəkətinin məhdudlaşdırılması ilə bağlı iddiaların həqiqəti əks etdirmədiyini bildirib.
Xatırladaq ki, bu ilin fevral ayında da sürücülər həmin ərazidə yaranan tıxaca görə redaksiyamıza müraciət etmiş və yüksək vəzifəli məmurun Bakı-Sumqayıt yolundan istifadəsinə görə nəqliyyat vasitələrinin hərəkətinin məhdudlaşdırıldığını iddia etmişdilər.




Xəbərin oxunma sayı : 1012




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap