“Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

  • / Maqazin / — 15 May 2026

    Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib

  • / Maqazin / — 12 May 2026

    Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 05 May 2026

    Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO

  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

Sənaye zonalarına qoyulan investisiyalarla bağlı AÇIQLAMA

Tarix 17.05.22, 16:18

Font ölçüsü : - / +
bitmap-img6


İqtisadi Zonaların İnkişafı Agentliyi Avropa İttifaqı - Azərbaycan biznes forumunda panel iclasda iştirak edib. İclasda agentliyin İdarə Heyətinin sədri Elşad Nuriyev ölkədə fəaliyyət göstərən sənaye zonalarının və aqroparkların təqdimatı ilə çıxış edib:

“2021-ci il yanvarın 22-də yaradılan İqtisadi Zonaların İnkişafı Agentliyi 6 sənaye parkının, 4 sənaye məhəlləsinin və 51 aqroparkın idarəedici təşkilatıdır. İndiyədək sənaye zonalarında 104 sahibkarlıq subyektinə rezidentlik statusu verilib, bunlardan 58-i fəaliyyət göstərir.

Sahibkarlar tərəfindən bu günədək sənaye zonalarına 6,4 milyard manatdan çox investisiya yatırılıb və 10000-dən çox daimi iş yeri yaradılıb. Mövcud layihələr üzrə növbəti mərhələdə sənaye zonalarına əlavə 400 milyon manatadək investisiyanın yatırılması və 2600-dən çox yeni iş yerinin yaradılması nəzərdə tutulur.

Sənaye zonaları üzrə indiyədək ümumilikdə 6,5 mlrd. manatdan çox məhsul istehsal edilib, bunun 2,1 mlrd. manatı (təqribən 32%-i) ixrac olunub”.

O bildirib ki, sənaye zonalarında məhsul istehsalı və ixracı istiqamətində müsbət dinamika müşahidə olunur: “Statistik göstəricilərə əsasən, 2021-ci ilin I rübündə sənaye zonalarında 373 mln. manatlıq məhsul istehsal edilmişdisə, 2022-ci ilin I rübündə 82,6% (681 mln. manatlıq) məhsul istehsal olunub. İxrac isə 2021-ci ilin analoji dövrü (119,9 mln. manat) ilə müqayisədə təqribən 2,7 dəfə artaraq 318 mln. manat təşkil edib.

Hazırda 32 rayon üzrə 240 min hektar ərazidə ümumi layihə dəyəri 2,3 milyard manat olan 51 aqropark və iri fermer təsərrüfatı mövcuddur. 4100-dən çox insan daimi, 5400-dən çox insan isə mövsümi işlərə cəlb edilib”.



Xəbərin oxunma sayı : 727




İqtisadiyyat

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap