Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Silsilə cinayətlər törədən dəstə üzvləri ələ keçdi - VİDEO

Tarix 15.01.22, 12:14

Font ölçüsü : - / +
bitmap-img6


Göyçay Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində rayon ərazisində silsilə oğurluqlar edən dəstə üzvləri saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Qaynarinfo-ya verilən məlumata görə, polis şöbəsinə İkinci Ərəbcəbirli kəndində və şəhər ərazisində yerləşən həyətyanı sahələrdən, eləcə də Qızılağac kəndindəki qaynaqçı sexindən ümumi dəyəri 2 000 manata yaxın olan dəmir konstruksiyaların oğurlanması barədə müraciətlər daxil olub.

Müraciətlərlə əlaqədar keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində cinayət hadisələrini törətməkdə şübhəli bilinən qonşular - keçmiş məhkum Orxan Abdurəhimli, Seyran İsmayılov, Tərlan Həsənov və onların oğurladıqlarını daşımaq üçün sifariş etdikləri yük avtomobilinin sürücüsü Qəzənfər Fərzəliyev saxlanılıb. Saxlanılan şəxslər ifadələrində əməllərini etiraf ediblər və gecə saatlarında oğurladıqları dəmir konstruksiyaları Q.Fərzəliyevin idarə etdiyi "QAZel” markalı yük avtomobili ilə daşıyaraq əlvan metal qəbulu məntəqələrinə satdıqlarını bildiriblər.

Faktla bağlı Göyçay Rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir. Qeyd edək ki, saxlanılan Orxan Abdurəhimli, Seyran İsmayılov və Tərlan Həsənovun digər analoji cinayətlərdə də iştirakları istisna edilmir. Onların əməllərindən zərərçəkən başqa şəxslər olarsa, bu barədə DİN-in "102” Zəng Mərkəzinə və ya polis şöbəsinə müraciət edə bilərlər. 







Xəbərin oxunma sayı : 895




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap