|
Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı
Azərbaycanla Ermənistan razılaşdı: Qazaxın 4 kəndi qaytarılır
“Express Bank” iflas ərəfəsində - Şirkətlər bankdan 25 milyondan çox depoziti geri çəkiblər
Rusiya sülhməramlı kontingentinin Azərbaycandan çıxması prosesi başlayıb - VİDEO
Deputat Ülvi Quliyev Nəsimi rayonunda torpaq zəbt edib? - FOTOLAR
Digərlərinin ağlı ilə hərəkət edən Ermənistan - VİDEO
“Ermənistan müharibəyə təhrik edilir“ - DTX rəisi kəşfiyyat məlumatlarını açıqladı
Mərkəzi Kəşfiyyat İdarəsi terror hücumlarından necə xəbər tuta bilir? – ŞƏRH
Ərdoğan Qərbi belə mat etdi – Türk əsri başlayıb
Fəxri Kazımov nüfuzlu şəxsləri Taleh Kazımovla Elnur Əliyevə minnətçi salır - Vəzifədə qalmaq üçün
Bəxtiyar Əsgərov məsələsi Fuad Nəcəflini çətin duruma salıb - Naxçıvana ardı-arası kəsilməyən zənglər...
Samir Şərifov Bakıda biznes mərkəzi tikdirir? - FOTOLAR
Pekin dünya üçün “Çin şoku” hazırlayır – Bazarları ucuz məhsulları ilə dolduracaq
Eldar Əzizovun “tender camaşırxanası“: Mirzəyevlə Mehralıyevin “it yemi satınalması“
Ərli qadınla subay oğlanın şok hərəkəti: - “Rayona getdik, kənddə axşam...“
Tarix 23.04.24, 8:44 |
|
Bakının Yasamal rayonunda 1984-cü il təvəllüdlü Loğman qısqanclıq zəminində yaranan mübahisə zamanı tanışı Floranı (adlar şərti verilib – red.) öldürməyə cəhd edib.
Teleqraf.com-un əldə etdiyi məlumata görə, Loğman rəsmi nikahla əri və uşaqları ilə birlikdə yaşayan, həmçinin müxtəlif vaxtlarda onunla da sevgi münasibətləri saxlayan Flora ilə bir müddət qeyri-rəsmi ər-arvad münasibətlərində olub.
Daha sonra Floranın onunla münasibətlərdən və faktiki nikahdan imtina etməməsi səbəbi ilə qısqanclıq zəminində onu öldürmək qərarına gəlib. Niyyətini həyata keçirmək məqsədilə 24 avqust 2023-cü ildə saat 17 radələrində Floranın yaşadığı ünvana gəlib. Özü ilə götürdüyü polietilen materialdan olan "Bizon" qabındakı benzini Floranın baş nahiyəsinə töküb, əlindəki alışqanla yandırmaq istəyərkən ərazidə olan şəxslərin və polis əməkdaşlarının gəldiyini görüb. Loğman qaçaraq hadisə yerindən uzaqlaşıb.
Bundan sonra mənzildən mətbəx bıçağını götürüb və üzərində gəzdirməklə Flora ilə görüşməsi üçün fürsət axtarıb. Bir neçə dəfə telefonla danışdıqdan sonra onun hadisə baş verən ünvana gələcəyini bilib.
Avqustun 29-da saat 12.25-də sərxoş halda Yasamal rayonu Şərifzadə-162 ünvanın qarşısına, “İnşaatçılar” metrostansiyasının həmin ünvan tərəfdən çıxışına gəlib. Flora ilə görüşüb, bir qədər söhbət edib.
Söhbət zamanı Loğman Floraya onunla birlikdə yaşamaq və ailə qurmaq təkliflərinə rədd cavabı aldıqdan sonra onu öldürmək qərarını qətiləşdirib. Bıçaqla qadının bədəninin müxtəlif nahiyələrinə zərbələr vurub. O, yetirdiyi xəsarətlərdən Floranın öləcəyini yəqin edib və hadisə yerindən uzaqlaşıb.
Ətrafda olan insanların köməyi ilə Flora təcili tibbi yardım stansiyasının həkimləri tərəfindən Akademik Mirqasımov adına Respublika Klinik xəstəxanasına çatdırılıb. İxtisaslı tibbi yardım göstərilməsi nəticəsində onun həyatı xilas edilib.
“Dedi, ərim var, amma...”
İstintaq orqanı tərəfindən Loğmanın barəsində Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Loğman ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O bildirib ki, Xutor qəsəbəsində müxtəlif ünvanlarda kirayə yaşayıb:
“2023-cü ilin yanvar ayında kirayə yaşadığım evi təmizlətdirmək üçün internetdə “tap.az” saytı vasitəsilə xadimə kimi çağırdığım Flora ilə tanış oldum. Br müddət telefon vasitəsi ilə yazışdıq. İlk dəfə martın 8-də Yasamal rayonu ərazisində “Jasmin” parkda görüşdük. Bir az söhbət etdik və onu evinə yola saldım. Həmin görüş zamanı Flora mənə ailəli və 3 övladı olduğunu dedi.
Guya əri ilə münasibətinin olmadığını, bir-birilərini sevmədiklərini, başqası ilə ailə həyatı qurmaq üçün boşanmaq istədiyini bildirdi. Ona görə telefonla yazışmağa davam etdik”.
“Kəndi bəyənməyəndə onu ərinin yanına gətirdim”
Loğmanın sözlərinə görə, martın 19-da Novruz bayramı ilə əlaqədar Floranın evinə 260 manatlıq bazarlıq göndərib, kart hesabına 100 manat pul atıb: “Artıq Flora ilə bağlı fikrim qətiləşdi. Onu sevir və onsuz yaşamaq istəmirdim. Aprelin 1-də Floranı Zirə qəsəbəsində kirayə tutduğum evə apardım. Təxminən 2 ay 10 gün birlikdə ər-arvad kimi yaşadıqdan sonra Flora guya Fəhmin adlı balaca oğlunu gətirmək üçün evinə gedərək qayıdacağını dedi. Gecəyə kimi gözləsəm də gəlmədi.
Floranın məni aldatdığını, geri dönməyəcəyini anladım. Telefonda onunla danışdım. Söhbət zamanı Bakıda yaşamaq istəmədiyini deyərək rayona getməyi təklif etdikdə razılaşdım. Flora ilə oğlu Fəhmini ata-baba yurdum olan Cəlilabad rayonunun kəndindəki dayımgilin evinə apardım.
Flora ərinə mesaj yazaraq daha geri dönməyəcəyini dedi. Kənddə axşama kimi qaldıq. Amma Flora oranı bəyənmədi, Bakıya qayıtmaq istədiyini dedi. Onu Bakıya əri Şirvanın yanına gətirdim”.
“Onu öldürməyimi istədi”
Təqsirləndirilən şəxs qeyd edib ki, Flora ərinin yanına qayıtmasına baxmayaraq, ev tutmasını istəyib və gəlib onunla yaşayacağını deyib: “Mən də kirayəyə ev tutdum. İşləyib pul qazanaraq ərzaq aldım ki, evdə yeyib-içmək olsun. Flora gəlib evə baxdı, lakin yenə də bəyənməyib əri Şirvanın yanına qayıtdı.
Bütün baş verənlərdən Floranın məni aldatdığını, hissiyatımla oynadığını, məndən istifadə etməklə ailəsini dolandırdığını anladım. Birtərəfli sevgi yaşamaq istəmədiyimi, belə yaşamaqdansa ondan ayrılacağımı dedim. Flora isə ayrılmaqdansa onu öldürməyimi istədi”.
Təqsirləndirilən şəxs bildirib ki, sonuncu dəfə bu məzmunda danışıqları avqustun 24-də baş verib: “Floranın Xətai icra hakimiyyətinin binasının yaxınlığında işlədiyini bildim. İş yerinə gedib onunla görüşdüm. Yenə məndən onu öldürməyimi istədi, uşaqları bir tərəfdə, özü o biri tərəfdə yaşamqadansa ölməyin yaxşı olduğunu dedi.
Bir-iki gün sonra yenindən “Azərsu” ASC-nin yaxınlığında görüşdük. Söhbət zamanı məndən möhlət istədi və yanıma qayıdacağına dair söz verdi.
Floraya inandım, onunla yenə görüşdükdə arxayın olmağımı, xəyanət etmədiyini, əri ilə cinsi əlaqədə olmadığını dedi. Mən də bir daha xəbərdarlıq etdim, əgər əri ilə cinsi əlaqədə olduğunu bilsəm, ikimizi də yandırıb öldürəcəyimi dedim. Müddət uzandığı üçün anladım ki, Flora məni aldadır”.
“Özümü itirdim”
Təqsirləndirilən şəxsin sözlərinə görə, avqustun 29-a keçən gecə səhərə kimi yatmayıb: “Bir neçə şüşə pivə və bir neçə “Go” spirtli energetik içki içib Flora ilə telefonda danışdım. Səhər saatlarında konkret olaraq mənimlə yaşaya bilməyəcəyini, anasının buna icazə vermədiyini dedi. Onunla “İnşaatçılar” metrosunun yanında görüş təyin etdik.
İçkili olduğum üçün kirayə yaşadığım Xutor qəsəbəsindəki evdən mətbəx bıçağını özümlə götürdüm. Məqsədim Floranı qorxutmaq idi. Saat 11-12 radələrində “İnşaatçılar” metrostansiyasının yaxınlığında görüşdük. O, bir daha çıxılmaza düşdüyünü, uşaqlarının, özünün və mənim - hərəmizin bir tərəfdə qaldığımızı söylədi, mənə qayıtmayacağımı bildirdi. Bu sözlərdən özümü itirdim.
Floranı qorxutmaq məqsədi ilə üstümdə gəzdirdiyim mətbəx bıçağını çıxararaq onun qarın və kürək nahiyəsindən 4 zərbə vurdum. Ancaq onu öldürmək fikrim yox idi. Sadəcə qorxutmaq istəyirdim. Bıçaqla xəsarət yetirdikdən sonra dərhal oradan qaçaraq uzaqlaşdım.
Bizi kimsə ayırmadı, heç kəs müdaxilə etmədi. Sonradan qıraqda özümə bıçaqla xəsarət yetirmək istədikdə polis əməkdaşları və ətrafdakı şəxslər məni tutaraq bıçağı götürdülər. Yalnız sol qoluma bıçaqla xəsarət yetirdim. Özümə xəsarət yetirməkdə məqsədim əsəbimi soyutmaq idi”.
“Məndən xoşunun gədiyini bildirdi”
İş üzrə zərərçəkmiş Floranın sözlərinə görə, müxtəlif ev və idarələrdə təmizlik işləri görməklə çörək pulu qazanır:
“Bununla əlaqədar iş axtardığım zaman Loğman mənim elanıma rast gəlmişdi. Mənimlə telefonla danışdı, amma xidmətə dəvət etmədi. Bir neçə gün sonra yenidən telefonla əlaqə saxladı, məni haradansa tanıdığını bildirdi, görüşə dəvət etdi. Təxminən bir ay telefonla danışdıq.
Harada işlədiyimi soruşdu. İş yerimi dedikdən sonra gəlib məni işdən evə, evdən işə yola saldı. Məndən əl çəkmədiyi üçün görüşə razılıq verdim. Görüş zamanı Loğman məndən xoşunun gədiyini bildirdi. İlk əvvəl çox yaxşı təəssürat yaratdığı və özünü çox mədəni apardığı üçün Loğmanı bəyəndim. Həyatından gileyləndi, ailə qurmaq istədiyini təkidlə dedi. Ona ərim və uşaqlarımın olduğunu desəm də, yenə də mənimlə ailə qurmaq istədiyini bildirdi. Loğmanın səmimiyətinə inandım, onunla yaşamağa razılıq verdim”.
“Ərimlə mən etiraz etdik”
Flora qeyd edib ki, təxminən 2023-cü ilin aprel-iyul ayları aralığında Loğmanla birlikdə Xutorda və Zirə qəsəbəsində kirayə tutduğu evdə qeyri-rəsmi ər-arvad kimi yaşayıblar: “Həmin vaxt Loğman bir neçə dəfə mənə qarşı kobudluq etdi. Ona görə təxminən 2 ay 10 gün sonra müxtəlif bəhanələrlə Zirə qəsəbəsindəki evdən çıxaraq ərimin və uşaqlarımın yanına qayıtdım.
Daha sonra Loğman mənimlə telefon vasitəsilə əlaqə saxlayaraq daha kobud olmayacağına, məni incitməyəcəyinə söz verdi, qayıtmağım üçün yalvardı. 2023-cü ilin yay aylarında, təxminən avqustun əvvəli Loğman təkidlə ailə qurmaq istədiyini və hətta oğlum Fəhmini də qəbul etdiyini dedi. Mənə təklif etdi ki, birlikdə Cəlilabad rayonuna gedib orada yaşayaq. Mən də razılaşdım.
Fəhmini də də götürərək Loğmanla birlikdə Cəlilabad rayonunun kəndinə getdik. Ancaq orada bir gün də qalmadım, geri qayıtmağı tələb etdim. Loğman bizi ərimin kirayə tutduğu evə geri qaytardı. 2023-cü ilin avqust ayı ərzində Loğman dəfələrlə mənimlə telefon vasitəsilə əlaqə yaradaraq ailə qurmağa təkid etdi. Ərim Şirvanla boşanmağımı tələb elədi. Lakin ərim və mən etirazımızı bildirdik”.
“Polisə müraciət etdim”
Zərərçəkmiş deyib ki, avqustun 24-də saat 17 radələrində Loğman onun yaşadığı ünvana gəlib: “Mənə yaxınlaşdı, əlində olan "Bizon" qabındakı mayeni başıma tökdü. Sonra öz başına da maye tökərək həm məni, həm də özünü yandıracağını dedi. Çünki dəfələrlə mənimlə birlikdə yaşamağı təkid etsə də, mən imtina edirdim.
Loğman əlindəki alışqanı başıma yaxınlaşdırmaq istədikdə, mane oldum. Onu sakitləşdirməyə çalışdım. Sonra parkda oturub söhbət edərkən Loğman yenidən mübahisə etdi. Təkidlə onunla ailə qurmağımı tələb etdi. Benzin olan qabını əlində saxladı. Yoldan keçənlər bizə yaxınlaşarkən Loğman "lezva" çıxararaq boyun nahiyəmə tutdu. Məni qorxudaraq getməyimi tələb etdi. Onu itələdikdə sağ əlimin iki barmağı kəsildi.
Polis əməkdaşları bizə yaxınlaşdıqda Loğman qaçaraq getdi. Xətai Rayon Polis İdarəsinin 37-ci polis şöbəsinə hadisə ilə bağlı müraciət etdim. Buna baxmayaraq, Loğman yenə də məndən əl çəkmədi. Telefonla əlaqə quraraq onunla yaşamasam, məni öldürəcəyini dedi. Aqressiv olmasını nəzərə alaraq onunla ailə qurmaqdan imtina etdim”.
“Zərbə vurması 10 saniyə çəkdi”
Zərərçəkmiş bildirib ki, avqustun 29-da saat 12 radələrində Loğmanla görüşüb: “Onunla getməyimi təklif etdikdə ailəmin olduğunu, uşaqlarımı ata bilməyəcəyimi dedim. Bu zaman bıçaq çıxarıb mənə göstərdi. Ancaq heç nə demədi. Mən ona bıçağı yığışdırmağı, artıq hərəkət etməməyi söylədim.
Hər ikimiz ayaq üstə olarkən Loğman 4-5 dəfə bıçaqla bədənimin qarın və sol nahiyələrimə vurdu. Ətrafdakı insanlar bizə yaxınlaşmadı, Loğman isə qaçdı. Zərbə vurması təxminən 10 saniyə çəkdi. Həmin an pul qabım əlimdən düşdü və mən qışqırdım.
Loğman uzaqlaşdıqda pul qabımı yerdən götürdüm. Arxası üstə uzandım. Ətrafdakı insanlar mənə yaxınlaşmağa başladı. Məni xəstəxanaya apardılar”.
Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Loğman 7 il 10 ay 15 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib. Onun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.
Xəbərin oxunma sayı : 949
Hadisə
Xəbərlər
-
“Sponsoru belə məndən istəyirlər...” - Pərvin Abıyeva
-
“Nyukasl“ iki oyunçusuna fantastik qiymət qoydu - MƏBLƏĞ
-
“Türkiyə siyasətində yumşalma prosesinə başlamaq istəyirəm” - Ərdoğan
-
Xocəsən sakinlərinin kanalizasiya problemi: “İydən çölə çıxa bilirik” - VİDEO
-
Evinə qaz və işıq çəkmək istəyənlərin nəzərinə! - Tarif Şurasından QƏRAR
-
Deputatlar toplanır: Gündəlikdə 18 məsələ var (SİYAHI)
-
“Fransa Milli Assambleyasının qərarı Türkiyənin layiq olmadığı ciddi ittihamdır“ - Numan Kurtulmuş
-
Məhkəmə MTN generalı ilə bağlı qərar verdi - FOTO
-
Səfəvilərdən bu günə kimi: Çayxanaların maraqlı tarixi - VİDEO
-
Xaricdə oxuyan daha 62 nəfərin diplomu tanınmayıb - SİYAHI
-
“Nazirliyə 8-10 faiz “otkat“ qaytarılır...“ - 143 milyonluq mənimsəmə işi
-
Altı gündür axtarışda olan Nigar tapıldı: “Anamın telefonunu qırıb, suya atdım” - VİDEO
-
Yenə həmin şirkət qalib oldu - FHN nazirin bacanağına 295 minlik tender verdi
-
Bu şəxslər pensiyaya tez çıxacaq - SƏRƏNCAM
-
Məmurun təzyiqinin qalxmasına səbəb olan şəxs həbs edildi - Gədəbəydə
-
Zaxarova Danimarkanı hədələdi: Sərt addımlar atılacaq...
-
Yasamalın sabiq bələdiyyə sədrinə hökm oxundu - Milyonluq mülkləri geri qaytarıldı
-
Gürcüstan XİN Parisi ittiham etdi: “Sizdə obyektivlik yoxdur”
-
Rusiya ilə Azərbaycan arasında əlaqələr genişlənir - Baş nazirin müavinləri görüşüblər
-
Azərbaycana idxalda Çin liderlik edir – Deputat səbəbini açıqladı
-
Baş nazirdən QƏRAR - Nazirliyin kollegiya üzvlərinin sayı azaldıldı
-
Güclü külək əsəcək, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
-
Mayda niyə toy etməzlər? - VİDEO
-
İlham Əliyevdən ortamüddətli xərclərlə bağlı FƏRMAN
-
Dollar neçəyə olacaq? – 3 günlük rəsmi məzənnəni açıqlandı
-
“Türkiyə İsraillə ticarət əlaqələrini kəsmək qərarına gəlib“ - Ərdoğan
-
Kəlbəcərdə yol qəzası - Bir hərbçi həlak olub, bir neçəsi xəsarət alıb
-
Rektorların xaricdəki milyonluq əmlakları: Tələbələri qəsdən kəsir, zülm edirlər
-
Bakıda bu evlər bahalaşdı - Mənzil bazarını nə gözləyir?
-
“Kapital Bank”ın işçiləri ayda 3 min manat maaş alır – Orta aylıq əmək haqqından 3 dəfə çoxdur
-
Parlament seçkisinə hazırlıq: Kimlər deputat ola bilər? - İZAH
-
Biləsuvarda iki nəfərdə doqquz kiloqram narkotik aşkarlanıb - VİDEO
-
Sərhəd qonşumuza gözlənilmədən qış qayıtdı: İstilik verilişi bərpa edildi - FOTO/VİDEO
-
Vilayət Eyvazov generalı özünə müşavir təyin etdi - FOTO
-
Məşhur şirkət ləğv olunur – Tenderlərdən milyonlar qazanıb
-
Azərbaycanda neçə narkoman var? - RƏSMİ AÇIQLAMA
-
Xırdalanda bağça müdirinin “fond pulu” tələb etdiyi iddia olunur - VİDEO
-
“Sabiq səfir Gürcüstanda iki inqilab cəhdini dəstəkləyib“ - Baş nazir
-
Bakıda kişi sevdiyi qıza görə küçədə özünü yandırdı - VİDEO
-
Türkiyənin milli müdafiə naziri: “İranlı dostlarımızın yanaşması xoş deyil”
-
Ağdam sakinlərinə ŞAD XƏBƏR - Üç kəndə köç olacaq
-
Gəncə xəstəxanasında 364 minlik yeyinti - Vəzifəli şəxslər məsuliyyətə cəlb edildi
-
Müdafiə Nazirliyində 143 milyonluq mənimsəmə: Daha bir vəzifəli şəxs HƏBS OLUNDU
-
İçərişəhərə giriş məhdudlaşdırılacaq - SƏBƏB + FOTO
-
“Dövlət-media dialoqunun yaradılması cəmiyyətin sosial sifarişi kimi meydana çıxıb” - Əhməd İsmayılov
-
“Müharibənin tezliklə bitmə ehtimalı yoxdur” – ABŞ kəşfiyyatının başçısı
-
Prezident Səudiyyə Ərəbistanının energetika nazirini qəbul edib - FOTO
-
İndiki nazirlərin çoxunu tanımıram - Elmar Məmmədyarovla müsahibə
-
Ölkəyə onlarla kiloqram narkotik gətirən şəxs ələ keçdi - VİDEO
-
Azərbaycanda pensiyalar bu yolla arta bilər - AÇIQLAMA
-
G2 səviyyəli geomaqnit qasırğası müşahidə olunur - Xəbərdarlıq
-
DSX-nin sərhəd zastavası xidməti istifadəyə verilib - FOTO/VİDEO
-
Toy karvanında avtoxuliqanlıq edənlər həbs olundular - FOTO
-
“Həkim yoxdur, xəstəyə baxmırlar” - Ucar sakini
-
“YUNESKO bir adamın əlində alətə çevrilməməlidir“ - Hikmət Hacıyev
-
Sumqayıtda çirkab suları evlərə dolur - VİDEO
-
300 min azərbaycanlının qayıdışı: İrəvan kuluarlarında nələr müzakirə edilir? - VİDEO
-
Azərbaycanın profilaktik peyvəndlər təqviminə əlavə edilən yeni vaksin məcburidir? - VİDEO
-
Şuşanın yeni məscidi belə olacaq - VİDEO
-
Efirə qısa ətəkdə çıxdı, tənqid olundu - VİDEO
-
Tbilisi ilə Vaşinqton arasında gərginlik artıb - Kobaxidze ABŞ-a səfərdən imtina edib
-
Sabah bəzi ərazilərdə qaz olmayacaq - Xəbərdarlıq
-
“Aİ-yə üzv bir çox ölkə Ukraynaya qoşun göndərmək ideyasını təsdiqləyib” - Makron
-
Tərtərdə 15 yaşlı qız qaçırılıb, yoxsa itkin düşüb? - VİDEO
-
İcra başçısından mikrafonla danışmağı tələb edən şəxs cəzalandırıldı - FOTO
-
Qışda soyuğuna, yayda istisinə dözülməyən makler evləri - VİDEO
-
Türkiyə İsraillə bütün ticarəti dayandırıb - “Bloomberg”
-
“Ay ərzində ortalama 800 min - 1 milyon manat yığılırdı“ - Nazirin məhkəməsi
-
Rəcəb Tayyib Ərdoğan səkkiz il sonra CHP lideri ilə görüşüb - FOTO
-
Taksi xidmətində qazla işləyən avtomobillərdən istifadə olunacaq? - VİDEO
-
“Bunun sonu faicə olacaq” - “Biz bir-birimizi günahlandırmalı deyilik ki...“
-
Netanyahunun kortejinə hücum olub: Saxlanılan var
-
Azərbaycanda istirahət sərfəlidir, yoxsa xaricdə? -VİDEO
-
“Evləri su aparıb, nə qədər gözləyək?” - VİDEO
-
Bəzi restoranlarda nərə adı ilə digər balıq növləri təqdim olunur? - VİDEO
-
1 iyuladək icazə alan taksi sürücüləri hansı üstünlüklərə malik olacaqlar? - AYNA-dan AÇIQLAMA
-
Mərkəzi Bank yeni pul siyasəti: “Qiymətlər ucuzlaşacaq”
-
Tələbə və məzunlara yeni şans - VİDEO
-
Bakıda sıxlığı aradan qaldırmaq üçün yeni yol çəkirlir - VİDEO
-
“Cəbhədə vəziyyət daha da pisləşə bilər“ - Ukrayna XİN başçısı
-
“3 milyonluq MMC-ni “1 qara qəpiksiz almışam“ - Sabiq deputatdan etiraf
-
ABŞ-Ermənistan hərbi əməkdaşlığı müzakirə olunub - Saziş imzalanıb
-
Bakının Nizami rayonunda kuryoz hadisə: oğlan sevgilisini döyüb, yoxsa...?
-
İraq 30 ildən sonra Türkiyə sərhədində hərbi baza qurdu - FOTO
-
Cəbrayılın daha bir kəndinə ilk köçə hazırlıq gedir - 334 ailə köçürüləcək
-
AQTA-dan qida zəhərlənmələri ilə bağlı ÇAĞIRIŞ - VİDEO
-
Bakıda fantastik qiymətə mənzil satışa çıxarılıb - FOTOLAR
-
İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasına məktub ünvanlayıb - MƏTN
-
AFFA-nın yeni rəhbərliyinin bir ayı: Görün hansı işləri görüblər
-
Bu şəxslər satınalma komissiyasının üzvü ola bilməzlər - RƏSMİ
-
“Gürcüstan demokratiyası risk altındadır“ - ABŞ səfirliyi
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Bakıda bağ evlərinin kirayə qiyməti: 10,15 və 18 min manat
-
Parlament seçkiləri ilə bağlı ilk rəsmi açıqlama - MSK sədri vaxt göstərdi
-
Azərbaycanda yeddi saatlıq iş qrafikinə keçilə bilərmi? - AÇIQLAMA
-
İcra başçısının qardaşı oğlu: “Anamı qan içində görəndən sonra atamı öldürməyə qərar verdim”
-
Ramin Məmmədovun deputat səlahiyyətlərinə xitam verildi - MSK qərar verdi
-
Prezident Heydər Əsədovla bağlı sərəncam verdi - Təyinat + DOSYE
-
Bu şəxslərə birdəfəlik maddi yardım veriləcək – Sərəncam
-
Azərbaycanın ikinci böyük elektrik stansiyası təmir edilir - FOTO/VİDEO
-
Prezident Konstantin Kosaçov və Leonid Kalaşnikovu qəbul edib - FOTO
-
Bakıda silahlı şəxslərə qarşı əməliyyat - FOTO/VİDEO
-
Dini liderlərin Şuşa görüşünün Bəyannaməsi qəbul olunub - FOTO
-
FHN-nin idarə rəisi işçilərin məzuniyyət hüququnu pozub? - Elnar İmanov cərimələndi
-
“Son yeddi ildə Azərbaycanda quraqlıq müşahidə olunub“ - İlham Əliyev
-
Dünyanın ən güclü komandalarının reytinqi: “Qarabağ” ilk 100-ə düşə bilmədi
-
ABŞ Azərbaycanın bu şirkətinə sanksiya tətbiq edib - Rəhbəri kimdir?
-
Yağış yağacaq, külək əsəcək - Sabahın havası
-
Uşağa görə bu ailələrə 435 AZN pul veriləcək - RƏSMİ
-
“Soğanı aşağı qiymətə satmaqdansa, satmamaq yaxşıdır” - Fermer
-
Bakıda sənədsiz evlər kütləvi satışa çıxarılır? – AÇIQLAMA
-
Çin Ayda gələcək bazasını göstərdi - VİDEO
-
Azərbaycanda itkin uşaqla bağlı müəmma böyüyür: Görüntüləri kim sildirib?
-
Sevgilisinə görə bir gün ərzində milyondan çox izləyicisini itirdi - FOTO
-
Ədliyyə Nazirliyində iki rəis müavini təqaüdə göndərildi - İdarə rəisi təyin olundu
-
“Azərsun Holdinq” qanunsuz işçi çalışdırmaqda ittiham edilir - DETALLAR
-
Bundan sonra telefon danışığı zamanı emoji göndərmək mümkün olacaq - VİDEO
-
İranda son 80 ilin inflyasiya rekordu qırılıb - FOTO
-
Şuşaya köç başlayır: Şuşalılar özləri fərdi ev tikə bilərmi?
-
“PAŞA Bank”da yeni baş direktor təyin edilib - FOTO
TOP 10
ARXİV