“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

Son günlər müşahidə olunan isti havalar kənd təsərrüfatına ziyan vura bilər - ARAŞDIRMA

Tarix 11.02.24, 19:22

Font ölçüsü : - / +
bitmap-img6


Son günlər ölkə ərazisində hava şəraiti mövsümə uyğun olmayaraq əsasən yağmursuz və isti keçir.

“Report” havaların quraq və günəşli keçməsinin kənd təsərrüfatına mənfi təsirlərini araşdırıb.

Kənd təsərrüfatı mütəxəssisi Mirsahib Zəkiyev bildirib ki, qış aylarında havaların isti keçməsi məhsuldarlığa mənfi təsir edir:

“İsti hava meyvə ağaclarının tez tumurcuqlanmasına gətirib çıxarır. Amma qəfil düşəcək şaxta cücərmiş bitkiləri məhv edə bilər. Məhv olan, çürüyən bitkilərin isə yazda göyərməsi mümkün deyil”.
Ekspert qeyd edib ki, havaların belə keçməsinin taxılçılığa da ziyanı var. Belə ki, isti hava zərərverici bakteriyaların və gəmiricilərin sayının artmasına şərait yaradır ki, bu da öz növbəsində məhsuldarlığın aşağı düşməsinə səbəb olan amillərdəndir.

Qeyd edək ki, isti hava şəraitinin sabah da müşahidə olunacağı bildirilir. Fevralın 12-də havanın temperaturunun 23 dərəcəyədək yüksəlməsi proqnozlaşdırılır.



Xəbərin oxunma sayı : 502




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap