“Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

  • / Maqazin / — 15 May 2026

    Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib

  • / Maqazin / — 12 May 2026

    Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 05 May 2026

    Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO

  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

Suriyada üsyançılar çoxsaylı Rusiya silah-sursatı ələ keçirib - SİYAHI

Tarix 01.12.24, 20:55

Font ölçüsü : - / +
bitmap-img6


Suriyanın Hələb şəhərində üsyançılar Rusiya istehsalı olan “Pantsir” zenit-raket kompleksini və digər texnikaları ələ keçirib.

Musavat.com xəbər verir ki, bu barədə "Military Observer" məlumat yayıb.

Məlumata görə, silahlılar Kveyris aviabazasında ələ keçirilən “Pantsir” qarşısında fotosessiya təşkil ediblər.

Eyni zamanda, "Military Observer"in yazdığına görə, "Heyət Təhrir əş-Şam" təşkilatının üzvləri artıq 220 millimetrlik “Hurricane” çoxlu buraxılışlı raket sisteminə (MLRS) malikdirlər. Həmçinin aydınlaşdırılır ki, Kveyris aerodromunda Suriya ordusu yüngül hücum təyyarəsi kimi istifadə edilən L-39ZA-nı, onlar üçün bomba tədarükü, həmçinin Sovet “Şilka” özüyeriyən zenit silahını (ZSU) qoyub qaçıb. İndi üsyançıların hava qüvvələri, hava hücumundan müdafiə sistemləri və Suriya aviasiyası çoxlu təyyarələri itirib.

Məlumata görə, Suriya Hərbi Hava Qüvvələrinə məxsus Əbu əd-Duhur bazasından üsyançılar "T-72" və "T-55" tankları, "BTR-80" zirehli transportyoru, Grad MLRS, 130 mm-lik M-46 topu, daha bir "Şilka" əldə ediblər.

Həmçinin məlum olub ki, Çexiyaya məxsus L-39 döyüş təlim təyyarəsindən əlavə, üsyançıların əlinə göyərtəsində Bəşər Əsədin özünün təsviri olan Mi-8 helikopteri də keçib. Lakin onun düzgün işləyib-işləmədiyi məlum deyil.





Xəbərin oxunma sayı : 619




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap